Məhkəmə qərarları › İş №e-2(001)-6055/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6055/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6055/2025 26.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2ı Həsən oğluna və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2ı Həsən oğluna və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh2 cəmi 13497,38 ABŞ dolları - bundan 5336,25 ABŞ dolları əsas, 2140,82 ABŞ dolları faiz, 5249,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 770,34 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 158,84 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və təqdim olunmuş barışıq sazişi nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: 2.1 Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 5336,25 ABŞ dolları əsas, 2140,82 ABŞ dolları faiz, 4281,42 ABŞ dolları köçürülmüş faizlər və 968,55 ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 600 manat və faiz borcundan 1900 manat olmaqla, ümumilikdə 2500 manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6880 manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində borcun 12 ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin noyabr ayından başlayaraq, hər ay 573,34 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3 İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 6880 manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 12 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4 Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət ediləcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən barışıq sazişi təsdiq edilsin: 2.1 Tərəflər təsdiq edirlər ki, Cavabdehin Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 5336,25 ABŞ dolları əsas, 2140,82 ABŞ dolları faiz, 4281,42 ABŞ dolları köçürülmüş faizlər və 968,55 ABŞ dolları cərimə borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər təsdiq edirlər ki, Kredit müqaviləsi üzrə əsas borcdan 600 manat və faiz borcundan 1900 manat olmaqla, ümumilikdə 2500 manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində ödənişin 30 iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6880 manat (1 ABŞ dolları = 1,40 manat məzənnəsi) məbləğində borcun 12 ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin noyabr ayından başlayaraq, hər ay 573,34 manat ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3 İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən 6880 manat borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsinə 12 ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4 Tərəflər təsdiq edirlər ki, Cavabdeh-Borclu bu Sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 ay ərzində və ya hər hansı ardıcıllıqla 3 dəfə vaxtında və lazımi qaydada icra etmədikdə bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu Sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə Cavabdeh-Borcludan tutulacaqdır. 2.5 Barışıq Sazişi üzrə ödəniş şərtləri Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə Cavabdehdən tutularaq İddiaçıya ödənilməsini Tərəflər təsdiq edirlər. İddiaçı Cavabdehə bildiriş vermədən dərhal bu Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq Məhkəmə və ya İcra orqanlarına müraciət ediləcəkdir. 2.6 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.2-ci bəndi Cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini İddiaçı öz üzərinə götürür. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2ı Həsən oğluna və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar