Məhkəmə qərarları › İş №e-2(001)-6083/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6083/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6083/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh Cavabdeh Öhdəliyə əsas olan GTKR3208536A137 / xx.xx.2020-ci il müqavilənin nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2024-cü il Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 5600 Faiz dərəcəsi: 28% Ödənilməmiş əsas borc: 1576,23 Ödənilməmiş faiz borcu: 411,82 Tələb olunan dəbbə pulu məbləği: 0 Tutulmalı olan cəmi məbləğ: 1988,05 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448 və 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 739 Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli GTKR3208536A137 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 28% ödəmək şərtilə 5600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2024cü il tarixə 1576,23 manat əsas borc və 411,82 manat faiz borcu olmaqla, cəmi 1988,05 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat kredit müqaviləsinin ləğv edilməsi barədə tələb verməsə də müqavilə üzrə 1576,23 manat əsas borc və 411,82 manat faiz borcu olmaqla, cəmi 1988,05 manat borcu tələb edir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1576,23 manat əsas borc və 411,82 manat faiz borcu olmaqla, cəmi 1988,05 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 39,88 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1576,23 manat əsas borc və 411,82 manat faiz borcu olmaqla, cəmi 1988,05 (bir min doqquz yüz səksən səkkiz manat beş qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 39,88 manat İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar