Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-610/2025 14.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC-nin xeyrinə 16 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1405,49 manat əsas borc, 791,14 manat faiz borcu, 2186,06 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 110,05 manat olmaqla, cəmi 4492,74 manat məbləğində borcun və 65,51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 16 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22.3 faizlə 18 ay müddətinə 2000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh X3 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1405,49 manat əsas borc, 791,14 manat faiz borcu, 4372,11 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 110,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6678,79 manat borcu vardır. X3 16 avqust 2021-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə banka olan cərimə borcu 4372,11 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 2186,06 manat məbləğində tələb olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il, e-2(001)-5215/2022 saylı qərardadı ilə X3 xx.xx.2022-ci il tarixdə öldüyü məlum olmuşdur. ünvan 3us ofisi tərəfindən xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 adına V-14/2022 saylı vərəsəlik işinin sürəti təqdim edilmişdir. Həmin vərəsəlik işindən görünür ki, ölmüş şəxs X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən yaşayış sahəsi 41,21 kv.m olan, 3 otaqlı mənzili miras qalmış və vərəsəsi (arvadı) Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(001)- 6127/2024 saylı qərardadı ilə cavabdehin daxil olmuş etirazına əsasən mülki işi üzrə mübahisəyə tərəflərin iştirakı ilə baxılması üçün iddia icraatı qaydasına keçirilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etdiyini, lakin maddi imkanları olmadığına görə ödəniş edə bilmədiklərini bildirdi.
Mülki işin materialları:
6. "xxxx" ASC ilə borclu X6 arasında bağlanmış 6-Y-1-0-1824-21 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinə 5 saylı əlavəyə əsasən sonuncuya illik 22,3 faizlə 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş, X6 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək hər ay 131,75 manat (sonuncu ay 131,74 manat) ödəməyi öhdəsinə götürmüşdür.
7. Maliyyə arayışına əsasən X3 xx.xx.2021-ci il tarixə 1405,49 manat əsas borc, 14,97 manat faiz borcu, cəmi 1420,46 manat borcu vardır.
8. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir.
9. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
10. ünvan 3at ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X6 oğlundan qalmış miras əmlakı qəbul etmişdir, miras əmlak ünvan 2 41,21 kv.m olan 3 otaqlı mənzildən ibarətdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
11. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X6 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.
12. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X6 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X6 xx.xx.2019cuil tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 15.1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
16. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
17. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
18. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.
19. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X6 öldükdən sonra ünvan 2 ünvanında yerləşən 41,21 kv.m olan 3 otaqlı mənzil miras qalmışdır. ünvan 3at ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X2 qalmış miras əmlakı qəbul etmişdir. İddiaçı ilə X6 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirilmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir.
20. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 110,05 manat vəsaiti də cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, kredit müqaviləsi üzrə borclunun ölümü tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.
21. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1405,49 manat əsas borc, 14,97 manat faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 110,05 manat, cəmi 1535,51 manat və 65,51 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 1405,49 manat əsas borc, 14,97 manat faiz borcu, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 110,05 manat, cəmi 1535,51 (bir min beş yüz otuz beş manat əlli bir qəpik) manat və 65,51 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova