Məhkəmə qərarları › İş №e-2(001)-6109/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6109/2023

06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6109/2023 06.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının nümayəndəsi(vəkili) Nümayəndə, Cavabdeh nümayəndəsi(vəkili) Vəkil iştirakları ilə, İddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 20 avqust 2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(001)-2488/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş, Cavabdeh tutulmalı olan alimentin miqdarının dəyişdirilərək, hər ay qazancının və digər gəlirlərinin 1\4 hissəsi miqdarında müəyyən edilməsi və mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 oktyabr 2001-ci ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan üç övladları - xx.xx.2002-ci il təvəllüdlü X12, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X13 anadan olmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2488/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə 19 oktyabr 2001-ci ildə Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızı ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh mediasiya sessiyasına gəlmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə də ona xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 ehtiyaclarının təmin edilməsi cavabdehin birbaşa vəzifəsidir və buna görə də təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Onlar mediator Balaca Cəfərovun mediatorluğunda mediasiya sessiyasında iştirak etmişlər. Lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyinə görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O, mediasiya sessiyasında iştiraka görə Bakı 3 saylı Mediasiya Təşkilatının bank hesabına 50 (əlli) manat haqq ödəmişdir. Bütün uşaqlar kimi X4 da normal geyinməyə, qidalanmağa, istirahət etməyə, təhsil almağa, sağlam böyüməyə, inkişaf etməyə hüququ vardır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment tutulmalıdır ki, övladının ehtiyaclarını ödəyə bilsin. Cavabdeh nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızı tərəfindən verilmiş iddianı qismən təmin edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun aldığı əmək haqqı olan 2247,56 manatın 4/1 hissəsini yəni 562 (beş yüz altmış iki) manat müəyyən edərək, onun 50 % olan hissəsini, yəni 281(iki yüz səksən bir) manat uşağın depozit hesabına, yerdə qalan hissəsini, 281 manatını isə iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh ilə iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızı 19 oktyabr 2001-ci il tarixində rəsmi nikaha daxil olublar. Tərəflərin birgə nikahdan üç övladları - xx.xx.2002-ci il təvəllüdlü X12, xx.xx.2005 -ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X7 doğulmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Əsgərova(Əhmədova) Aynur Elxan qızı və Cavabdeh aralarında olan nikah pozulmuşdur. Hal-hazırda Cavabdeh ilə Aynur Əsgərova(Əhmədova) faktiki olaraq birgə yaşamırlar. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2488/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçı Əsgərova(Əhmədova) (Əsgərova) Aynur Elxan qızının xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulur. Cavabdeh dövlət müəssisəsində işləyən işçi olub gəliri yalnız aylıq əmək haqqından ibarətdir. Hal-hazırda Cavabdeh Bakı şəhər Mədəniyyət Baş İdarəsi 2 saylı Maliyyə və X6 baş mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 537,46 manat məbləğindədir. Cavabdeh uzun illə DTX-da işlədiyi və yalnız 2022-ci ilin sentyabr ayında təqaüdə çıxdığı üçün ona 1710,10 manat məbləğində təqaüd verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən aldıqları 3-17-5/2-31797/2023 nömrəli 24 Avqust 2023-cü il tarixli arayışına əsasən Əsgərova(Əhmədova) Aynur Elxan qızı "xxxx" MMC-də dilerlərə dəstək bölümünün administratoru vəzifəsində işləyir və onlarda olan məlumata əsasən 2600 manatdan çox əmək haqqı alır. Həmçinin, işə əlavə edilmiş "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində GTKR0248248B299 saylı 29.900 (iyirmi doqquz min doqquz yüz) manat kredit məbləği hal-hazırda Cavabdeh tərəfindən ödənilir. Baxmayaraq ki, həmin kredit məbləğini 2 hissəyə bölünməsi barəsində iş Binəqədi Rayon Məhkəməsində icraatındadır (e-2(001)- 6303/2023 saylı iş mövcuddur) və onun hansı qaydada gələcəkdə ödənilməsi qərara alınacaq, həmin tarixədək hər ay Cavabdeh hesabından hər ay mütəmadi olaraq aylıq kredit məbləği olan 1025 manat tutulmaqda davam edir. Buna baxmayaraq, Cavabdeh hər ay məvacibinin ¼ hissəsinin aliment məbləğində tutulmasına etiraz etmir, lakin məbləğin yarı hissələrə bölünərək 50%-in uşağın adına açılmış depozit hesabına, qalan 50% hissəsini isə ananın hesabına köçürülməsini təmin edilməlidir. Birgə nikah dövründə ailə ehtiyaclarının ödənməsi və bir neçə şəxsə olan borclarının bağlanması səbəbindən "xxxx" ASC-dən alınan bu krediti məhz cavabdeh ödəyir və bu öhdəlik onun üzərindədir. Eləcə də, hər ay 220 manat sabit aliment məbləği cavabdehin hesabından tutulur. İddiaçı özü əmək müqaviləsi əsasında çalışdığı Azercell Telekom şirkətində yüksək vəzifədədir və aylıq əmək haqqı kifayət qədər çoxdur ki, uşağa maddi dəstək versin. Bildirir ki, iddiaçı və cavabdehlərin əlavə 2 yetkinlik yaşına çatmış uşaqları da var, onlardan biri hazırda işləyir, digərinin isə 19 yaşı var və gələcəkdə işləyib özünü təmin edəcəkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edirlər ki, həm iddiaçının aylıq aldığı məvacibin cavabdehdən çox olmasını, eləcə də cavabdehin öhdəliyində olan kredit borclarını, yəni hər ay ödədiyi 1025 manatı, həmçinin uşağın gələcək mənafelərinin qorunması və onun təmin olunacağını nəzərə alaraq, aliment məbləğinin cavabdehin ümumi gəlirinin 1710,10 + 537,46 = 2247.56 manat 4/1 hissəsi üçün, yəni 562 (beş yüz altmış iki) manat müəyyən edərək, onun 50% olan hissəsini, yəni 281 (iki yüz səksən bir) manat uşağın depozit hesanına, yerdə qalan hissəsini 281 (iki yüz səksən bir) manatın isə iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının nümayəndəsi(vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi(vəkili) Vəkil iddia tələbini qismən qəbul etdiyini bildirib, etirazın məzmununa uyğun izahat verdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2488/2023 saylı 13 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Əhmədova (Əsgərova) Aynur Elxan qızı arasında xx.xx.2001-ci il tarixdə 772 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 anası Əhmədova (Əsgərova) Aynur Elxan qızının yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı Əhmədova (Əsgərova) Aynur Elxan qızının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 462467 №-li Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov X8(Əhmədova) Aynur Elxan qızı arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2488/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən pozulmuş və nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 529 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 10:30- 11:00-da keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi(vəkili) Nümayəndə iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiya xərci ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi 2 saylı Maliyyə və X11 09 avqust 2023-cü il tarixli 21 №-li Arayışından görünür ki, Cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 2 Nömrəli Maliyyə və X5 baş mühasib vəzifəsində işləyir. Onun aldığı əmək haqqısı 537,46 (beş yüz otuz yeddi manat qırx altı qəpik) məbləğindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəz Filialının 09 avqust 2023-cü il tarixli 3-17-1/2-Ə- 178882/2023 №-li Arayışdan görünür ki, Cavabdeh 1710,10 manat məbləğində yaşa görə pensiya ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Azərbaycan Respublikası Vəkillər Kolegiyası “Alyans” Vəkil Bürosuna ünvanlanmış 24 avqust 2023-cü il tarixli 3-17-5/2-31797/2023 saylı məktubundan və həmin məktuba əlavə edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dilerlərə dəstək bölümünün administratoru vəzifəsində işləyir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş müştəri Cavabdeh xx.xx.2022-ci il tarixdən-xx.xx.2023-cü il tarixədək olan hesabından çıxarışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 29.900 manat məbləğində kredit verilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 2 Nömrəli Maliyyə və X5 baş mühasib vəzifəsində işləyir və əmək haqqısı 537,46 manat təşkil edir, eyni zamanda 1710,10 manat məbləğində təqaüd alır. Cavabdehdən bir uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği (220 manat), onun qazancının (2247,46 manat) dörddə bir hissəsinin miqdarı (561,89 manat) nəzərə alındıqda əhəmiyyətli dərəcədə azdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb etməkdə haqlıdır və onun iddiası əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə cavabdeh tərəfin etirazı ilə, yəni iddiaçının aylıq aldığı məvacibin cavabdehdən çox olmasını, eləcə də cavabdehin öhdəliyində olan kredit borclarını, yəni hər ay ödədiyi 1025 manatı, həmçinin uşağın gələcək mənafelərinin qorunması və onun təmin olunacağını nəzərə alaraq, aliment məbləğinin cavabdehin ümumi gəlirinin 1710,10 + 537,46 = 2247.56 manat 4/1 hissəsi üçün, yəni 562 (beş yüz altmış iki) manat müəyyən edərək, onun 50% olan hissəsini, yəni 281 (iki yüz səksən bir) manat uşağın depozit hesanına, yerdə qalan hissəsini 281 (iki yüz səksən bir) manatın isə iddiaçının hesabına köçürülməsi tələbi ilə bağlı qeyd etməyi lazım bilir ki, cavabdeh alimentin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra həmin tələbi ilə bağlı ailə qanunvericiliyinin və mülki prosessual qanunverciliyin tələblərinə uyğun olaraq ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarının tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2488/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının xeyrinə 20 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 220 manat miqdarda alimentin məbləği dəyişdirilməli, 20 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızına verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ədalətli hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesinə ödədiyi 50 manat ödənişin cavabdehədən alınıb iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən 50 manat mediasiya xərci tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2488/2023 saylı, 13 iyul 2023cü il tarixli qətnaməsi əsasında 20 avqust 2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızının xeyrinə hər ay sabit pul məbləğində tutulan alimentin məbləği və tutulma qaydası dəyişdirilsin. 20 avqust 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızına verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq, iddiaçı Əsgərova(Əhmədova) Aynur Elxan qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar