Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-615/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4854.41 manat məbləğində borcun və ödənilmiş 69 manat dövlət rüsumunun və 55 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 4,854 (dörd min səkkiz yüz əlli dörd) manat 41 (qırx bir) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2023-cü il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixlimaliyyə arayışından görünür ki,Cavabdeh İddiaçı MMC-yə yekun olaraq 4,854 (dörd min səkkiz yüz əlli dörd) manat 41 (qırx bir) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazirəlisürülə bilməz. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.3-cü bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba – Bayıl 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, müvafiq tarixlərdə “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğicəmi 5889 manat 34 qəpik məbləğində zərər vurmasıməlum olmuşdur. xx.xx.2023-cü il tarixli Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəştiedilmiş və ümumi kənarlaşma məbləğindən bir hissəsişirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 4854 manat 41 qəpik təşkil edir. Hətta bununla bağlı cavabdehlə xx.xx.2023-cü il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 4,854 (dörd min səkkiz yüz əlli dörd) manat 41 (qırx bir) qəpik borcunun olduğunu etiraf etmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm AR Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış X6 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirmiş və etirazını belə əsaslandırmışdır ki, o, 8 il İddiaçı MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu dəfə filial müdiri vəzifəsində işləyən zaman əməliyyat olunmuş və işə bir müddət gələ bilməmişdir. O sağalandan sonra işə gələn zaman malların əksik olduğunu və seyfdə pulun çatmadığını müəyyən etmişdir. Kamera görüntülərinə baxan zaman seyfdə təxminən 400-500 manata yaxın pulun işçi tərəfindən oğurlandığını görmüşdür. O bu barədə rəhbərliyə məlumat vermiş və rəhbərlik dükana sayım qrupu göndərmişdir. Sayım qrupu dükanda keçirdiyi yoxlanışdan sonra təxminən 2500-2800 manat arası malın əksik olduğunu müəyyən etdilər. O bundan sonra Səbail RPİ-nə şikayət etmişdir. Aparılan araşdırma zamanı işçinin yalnız 500 manat pul oğurlaması barədə video görüntü olduğundan digər oğurluqlarla bağlı araşdırma aparılmadı. Belə ki, mağazada videogörüntü 10 gündən bir silinirdi. Ona görə də o yalnız sonuncu oğurluqla bağlı videogörüntü təqdim edə bilmişdir. Bundan sonra rəhbərlik ona məsələni dükandan oğurluq edən işçi ilə öz aralarında həll etməyinizi bildirdi. Dükandan müştərilərdə oğurluq edirdilər, lakin həmin oğurluqlarla bağlı videogörüntü olmadığı üçün mağazada çatmayan malların pulunu rəhbərlik ondan tələb etdi. Birinci dəfə sayım qrupu gəldikdən 2 ay sonra o işdən çıxmaq qərarına gəlmiş və bu barədə ərizə ilə müraciət etmişdir. O, 44 günlük vətən müharibəsi iştirakçısıdır və müharibədən gəldikdən sonra psixi vəziyyəti ilə bağlı müalicə almalı olmuşdur. Rəhbərlik yenidən mağazaya sayım qrupu göndərdi və mağazada təxminən 5800-ə yaxın əksik çıxdı. Daha sonra rəhbərlik ondan 2 dəfə 500 manat tələb etmiş və həmin məbləği ödədikdən sonra ayda 150 manat ödəniş etməyini tələb etmişlər. Yoxlamanın nəticəsinə görə mallar qalıqda göstərilsə də faktiki olaraq mövcud olmamışdır. Bundan əlavə oğurluq hadisəsinə görə onda kəsir yarandığını və məsul şəxs olaraq ona müqavilə bağlamağı bildirdilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Borcverən İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanan “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 1-ci bəndində qeyd edilmişdir ki, İddiaçı MMC-nin OBA-Bayıl 1(261) mağazasında administrator vəzifəsində çalışdığı zaman müxtəlif tarixlərdə aparılmış invertarizasiya nəticəsində Cavabdeh 4874.41 manat məbləğdə zərər vurması müəyyən edilmişdir. Tərəflər arasında X6 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu 4874.41 manat məbləğdə cəmiyyətə zərər vurduğunu tam etiraf edir. Həmin müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, borclu xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 406 manat olmaqla 12 ərzində borcunu tam olaraq ödəməlidir.
6. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 4854.41 manat təşkil edir.
7. X5 Müdiri və ONŞ kiçik mütəxəssisi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin İdarə Heyətinin sədrinə ünvanlanan xidməti məlumatda qeyd edilmişdir ki, araşdırma nəticəsində Cavabdeh, X2 və X1 mənimsəmə halı müəyyən edilmişdir və intizam tənbehinin tətbiq olunmasına göstəriş verilməsi xahiş edilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
8. Cavabdeh əmək müqaviləsi ilə İddiaçı MMC-də administrator vəzifəsində işləmişdir. Onun mənimsəmə əməli törətdiyini MMC-nin əməkdaşları idarə heyətinin sədrinə xidməti məlumat kimi təqdim etmişdir. Bundan sonra tərəflər arasında hər ay 406 manat olmaqla 12 müddətində ödəniş etməsi üçün borcun etirafı barədə mücərrəd müqavilə bağlanmışdır. Hazırda iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyini və tələb edilən məbləğdə borcunun qaldığını iddia edir. Bundan əlavə işəgötürənlə işçi arasında X6 barədə müqavilə bağlandığını bildirir, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
9. Cavabdeh isə iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, yaranmış borc marketdə çalışan işçinin oğurluq etməsi nəticəsində olmuş və o hər hansı mənimsəmə etməmişdir. Polisə edilmiş şikayətlərin isə nəticəsi olmamışdır. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
13. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
14. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
17. 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
18. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - X6 götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X6 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Əsaslandırma:
20. Məhkəmə əvvəla qeyd edilməsini zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Bundan əlavə öhdəliyin yaranması üçün zərərin vurulması halı, əsassız varlanmanın baş verməsi və ya tərəflər arasında etibarlı müqavilə münasibətləri olmalıdır.
22. İşin müəyyən edilmiş hallarından göründüyü kimi işəgötürənlə işçi arasında əmək müqaviləsindən irəli gələn münasibətlər olmuş və işçinin işəgötürənə vurduğu ziyanla bağlı tərəflər arasında mahiyyəti baxımından mövcud borcun etirafı barədə mücərrəd müqavilə bağlanmışdır. İddiaçı isə həmin müqaviləyə əsasən cavabdehə qarşı tələb irəli sürmüşdür.
23. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən hesab edir ki, Borcverən İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanan “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə əhəmiyyətsiz olmaqla etibarsızdır.
24. Bu səbəbdən də iddiaçının həmin müqaviləyə əsasən öhdəliyin icrasını tələb etməsi əsassız olmuşdur.
25. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının işçinin vurduğu ziyana görə tələb irəli sürmə hüququ istisna edilmir. Tətbiq edilən prosessual normalar:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
32. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev