Məhkəmə qərarları › İş №e-2(001)-6189/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6189/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6189/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3və Cavabdeh5 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 5 108,03 manat olmaqla – 5 038,75 manat əsas borcun, kredit müqaviləsi müddəti üzrə hesablanmış 69,28 manat faiz borcunun və iş üzrə ödənilmiş 71,49 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, LM052000105 nömrəli Restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh4nın 5 038,75 (beş min otuz səkkiz manat, 75 qəpik) manat məbləğində kredit borcu 60 (altmış) ay müddətinə illik 1 % dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh4 ilə Restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında eyni tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.2-ci bəndinə əsasən zamin durmuş şəxslər restrukturizasiya müqaviləsinə əsasən borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh4nın xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 5 108,03 (beş min yüz səkkiz manat, 03 qəpik) manat təşkil edir. Bundan 5 038,75 (beş min otuz səkkiz manat, 75 qəpik) manat əsas, kredit müqaviləsi müddəti üzrə hesablanmış 69,28 (altmış doqquz manat, 28 qəpik) manat faiz borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh4 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, pulu Cavabdeh3 üçün götürmüşdür və hazırda həmin məbləğdə borcu var. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Bankdan kredit götürmüş və maddi vəziyyətində yaranan çətinliklə bağlı borcu ödəyə bilməmişdir. O, iddianı qəbul edir və həmin borcu hissə-hissə ödəyə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Bankdan kredit götürülüb, onlar da zamin durmuşlar. Maddi çətinliklə əlaqədar həmin borcu ödəyə bilməmişlər. Onların qeyd edilən məbləğdə borcu var. Cavabdeh5 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bankdan kredit götürülüb, onlar da zamin durmuşlar. Maddi çətinliklə əlaqədar həmin borcu ödəyə bilməmişlər. Onun qeyd edilən məbləğdə borcu var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etdiyini, İddiaçı ASC ilə aralarında kredit müqaviləsi bağlandığını və həmin krediti götürərək Cavabdeh3 verdiyini, hal-hazırda iddia tələbində qeyd edilən borcla razı olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdiyini, Bankdan kredit götürdüyünü, maddi vəziyyətində yaranan çətinliklə bağlı borcu ödəyə bilmədiklərini, halhazırda iddia tələbində qeyd edilən borcla razı olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, Cavabdeh4 Bankdan kredit götürməsi ilə əlaqədar zamin durduğunu, yaranmış maddi çətinliklərlə əlaqədar borcu ödəyə bilmədiklərini, hal-hazırda iddia tələbində qeyd edilən borcla razı olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etdiyini, Cavabdeh4 Bankdan kredit götürməsi ilə əlaqədar zamin durduğunu, yaranmış maddi çətinliklərlə əlaqədar borcu ödəyə bilmədiklərini, hal-hazırda iddia tələbində qeyd edilən borcla razı olduğunu və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: LPO Kredobank ASC ilə Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh4 “Kredobank ASC”-yə olan 5038,75 manat məbləğində borcu illik 1 faiz olmaqla “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezdentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunmuşdur. 20 may 2020-ci il tarixli, LM052000105 №-li restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 tərəfindən götürülmüş kreditin hər ay 86,13 manat olmaqla, xx.xx.2025-ci il tarixə qədər geri qaytarılması razılaşdırılmışdır. LPO Kredobank ASC ilə zamin Cavabdeh3 və borclu Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin “Ləğv prosesində olan bank” la borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM052000105 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 5038 (beş min otuz səkkiz) manat 75 (yetmiş beş) qəpik manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavadehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. LPO Kredobank ASC ilə zamin Cavabdeh2 və borclu Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin “Ləğv prosesində olan bank” la borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM052000105 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 5038(beş min otuz səkkiz) manat 75(yetmiş beş) qəpik manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavadehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. LPO Kredobank ASC ilə zamin Cavabdeh1 və borclu Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin “Ləğv prosesində olan bank” la borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM052000105 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 5038 (beş min otuz səkkiz) manat 75 (yetmiş beş) qəpik manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavadehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. LPO Kredobank ASC ilə zamin Cavabdeh1 və borclu Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin “Ləğv prosesində olan bank” la borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM052000105 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 5038 (beş min otuz səkkiz) manat 75 (yetmiş beş) qəpik manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavadehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. LPO Kredobank ASC ilə zamin Cavabdeh5 və borclu Cavabdeh4 arasında bağlanmış 20 may 2020-ci il tarixli, LM052000105 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin “Ləğv prosesində olan bank” la borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli LM052000105 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 60 ay müddətinə verilmiş 5038(beş min otuz səkkiz) manat 75(yetmiş beş) qəpik manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavadehlik daşımağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borclu restrukturizasiya müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə “Zamin” “Borclu” ilə birlikdə “ləğv prosesində olan bank” qarşısında restrukturiza müqaviləsinə əsasən borc məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyırlar. 29 avqust 2023-cü il tarixli **********382 №-li Arayışdan görünür ki, Cavabdeh4 20 may 2020-ci il tarixli, LM052000105 №-li Restrukturizasiya müqaviləsi üzrə 24 avqust 2023-cü il tarixinə 5038,75 manat məbləğində əsas borc və 69,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 5108,03 manat məbləğində borcu vardır. LPO Kredobank ASC tərəfindən cavabdehlərə ünvanlanmış 08 avqust 2023-cü il tarixli bildirişdən və həmin bildirişin ünvan sahiblərinə göndərilməsini təsdiq edən qəbzlərdən görünür ki, cavabdehlərə may 2020-ci il tarixli, LM052000105 №-li restrukturizasiya müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3619/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 71,09 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi LPO Kredobank ASC ilə Cavabdeh4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Həmçinin, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Məmmədov X1 Elman Teyyub oğlunun müqavilə üzrə ödəliklərinin icrası üçün üzərinə məsuliyyət götürmüşlər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5038,75 manat əsas borc və 69,28 manat faiz borcu olmaqla, cəmi 5108,03 manat məbləğində borc tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilmləlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 71,09 (yetmiş bir manat 09 qəpik) manat dövlət rüsumu və 0,40(40 qəpik) manat məbləğində bank xidmət haqqı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5038,75 (beş min otuz səkkiz manat 75 qəpik) manat məbləğində əsas borc, 69,28 (altmış doqquz manat 28 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5108,03 (beş min yüz səkkiz manat 03 qəpik) manat məbləğində borc və 71,09 (yetmiş bir manat 09 qəpik) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar