Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6245/2025 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 12075,04 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 383,59 manat və 127,38 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12586,01 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində AKX-04651xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00066 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 5702,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 958,56 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 475,20 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 492,48 manat, xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 371,52 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 673,92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 133,92 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 228,96 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 419,04 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat, xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 375,84 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 375,84 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 198,72 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 250,56 manat, xx.xx.2025-ci il tarixli ******* saylı akt əsasında 796 manat (video). Cəmi 12075,04 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildirirlər ki, cavabdehin ödənilməmiş 2022-ci ilin üzrə qalıq 483,80 manat sərfiyyat borcu, 2025-ci ilin iyun-avqust ayları üzrə 10,51 manat sərfiyyat borcu, cəmi 494,31 manat sərfiyyat borcu qalmışdır. 2022-ci ilin noyabr ayından 2025-ci ilin avqust ayına qədər cavabdeh 110,72 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 383,59 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və gasrep üzrə ümumi 12458,63 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, onun iddiaçıya iddia ərizəsində qeyd olunan məbləğdə borcu yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-04651xx/xx- 2022 saylı müqaviləsinin surətindən görünür ki, paylayıcı istehlakçını təbii qazla təmin etmək, istehlakçı isə, paylayıcı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. **********00066 nömrəli abonentin saldosunun surətindən görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2022-ci il üçün 5702,4 manat, 2023-cü il üçün 399,84 manat, 2024-cü il üçün 1576,8 manat və 2025-ci il üçün 796 manat borcu var. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 47520 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 7920 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3960 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 4104 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3096 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 5616 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni xətti birləşmə aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1116 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman abonentin sayğacdan kənar təbbi qazdan qeyri-qanuni istifadəsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1908 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 2052 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X2nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı tərəfindən Cavabdeh mənzilin qaz təchizatına baxış keçirilmiş, baxış keçirilən zaman abonentin sayğacdan kənar təbbi qazdan qeyri-qanuni istifadəsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3492 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 may 2022ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıCısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Bu baxımdan xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cavabdeh tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin bu tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Eyni zamanda bildirilmişdir ki, "Azəriqaz" İB tərəfindən Bakı filialına daxil olmuş xx.xx.2025-ci il tarixli, 14- 2-2/2-3245/2025 nömrəli məktubda (foto və videolar) qeyd olunmuş faktlar əsasında "İnzibati tənbeh vermə haqqında” MN №1277133 nömrəli Qərar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 127,38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 12075,04 manat məbləğində zərərin və 383,59 manat məbləğində debitor borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona 12075,04 manat məbləğində zərərin vurulmasını iddia etsə də, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məslələrini Tənzimləmə Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər iddiaçı tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələbinə əməl edilmədən tərtib edildiyindən, həmin aktlar üzrə hesablanmış dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Belə olan halda da, dəymiş zərərin məbləği məhkəmə tərəfindən 3038,08 manat (246,24 + 419,04 + 1576,8 + 796 = 3038,08 məbləğində müəyən edilir. Həmçinin, iddia tələbi debitor borc hissəsində əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı İB-yə vurulmuş 3038,08 manat məbləğində zərər və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 383,59 manat borc (debitor borc) olmaqla, ümumilikdə 3421,67 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 35 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********00066) vurulmuş 3038,08 manat məbləğində zərər və sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 383,59 manat borc (debitor borc) olmaqla, ümumilikdə 3421,67 (üç min dörd yüz iyirmi bir manat, altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 35 (otuz beş) manatı İddiaçı (İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-6245/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6245/2025
10.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver