Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-626/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1316.29 manat əsas, 56.49 manat faiz, cəmi 1372.78 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 34.13 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abduləliyev Əlipaşa Ağamoğlan oğluna şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 1625 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Abduləliyev Əlipaşa Ağamoğlan oğlu arasında xx.xx.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun xx.xx.2022-ci il tarixinə əsas borcu 1316.29 manat, faiz borcu 56.49 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №103425 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abduləliyev Əlipaşa Ağamoğlan oğlu xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdiyimiz məlumata əsasən Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vəfatından sonra Bakı şəhəri 26 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2022-ci il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq 30 sentyabr 2022-ci il tarixli məktubdan göründüyü kimi, xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsəsi - ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdehdur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsəsi Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda qeyd edilir ki, xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 1372. manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir.Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı ASC ilə Abduləliyev Əlipaşa Ağamoğlan oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, №1021723 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı ASC borcalana 36 ay müddətinə illik 23 % ödəmək şərti ilə 1625 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Aylıq ödəniş məbləği 62,90 manat olmaqla ilkin ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 1316,29 AZN əsas, 56,49 AZN faiz borcu olmaqla, cəmi 1372,78 manat borcu vardır.
7. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 103425 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abduləliyev Əlipaşa Ağamoğlan oğlu xx.xx.2020-ci il tarixində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 00 iyul 2020-ci il tarixində 655 № ilə qeyd edilmişdir.
8. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən 46 saylı vərəsəlik işinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsələri Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin “X3” X7 xx.xx.2020-ci il tarixli, 285 saylı məktubuna əsasən Bakı şəhər Baş Səhiyyə İdarəsinin “X3” X4 sürücü vəzifəsində çalışan Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vəfat etməsi ilə əlaqədar verilməli olan əmək haqqının 3 misli qədəri müavinət 2318,1 manat pul məbləğindən ibarətdir.
9. İddiaçı ASC tərəfindən borclu Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu 5 iş günü müddətində icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.
10. 09.09.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 34,13 manat məbləğində dövlət rüsumu, ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
11. İddiaçı ASC ilə Abduləliyev Əlipaşa Ağamoğlan oğlu arasında xx.xx.2019-cu il tarixli, №1021723 saylı kredit müqaviləsi bağlanmış və bank borcalana 36 ay müddətinə illik 23 % ödəmək şərti ilə 1625 manat məbləğində kredit vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
12. Abduləliyev Əlipaşa Ağamoğlan oğlu xx.xx.2020-ci il tarixində ölmüşdür. Ölümündən sonra 26 saylı Notariat ofisində xx.xx.2021-ci il tarixində vərəsəlik işi açılmışdır.
13. Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilən 46 saylı vərəsəlik işinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış və Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vəfat etməsi ilə əlaqədar verilməli olan əmək haqqının 3 misli qədəri müavinət 2318,1 manat pul məbləğindən ibarət miras əmlakı qəbul etmişdir.
14. İddiaçı cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımınca icra etmədiyini, nəticədə maliyyə arayışında göstərilən məbləğdə- 1316.29 manat əsas, 56.49 manat faiz, cəmi 1372.78 manat məbləğində borcunun yarandığını iddia edir və həmin borc məbləğinin cavabdehin vərəsəsindən tutulmasını tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
18. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
19. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
20. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
21. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
22. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
23. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
25. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
26. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir.
27. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
29. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
31. Göründüyü kimi İddiaçı ASC qarşısında borclu Abduləliyev Əlipaşa Ağamoğlan oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Borclunun ölümündən sonra ondan qalan mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmış, Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun vərəsəsi kimi tanınmış Cavabdeh atasının vəfat etməsi ilə əlaqədar verilməli olan əmək haqqının 3 misli qədəri müavinət- 2318,1 manat pul məbləğindən ibarət miras əmlakı qəbul etmişdir.
32. Odur ki, cavabdeh vərəsə kimi miras əmlakı qəbul etdiyindən və qəbul edilən mirasın həcminin 2318,1 manat olduğu (faktiki olaraq tələb edilən borc məbləğindən artıq olduğunu) nəzərə alındıqda, vərəsələrin miras payının həcmi miras qoyanın passivini qarşılayır. Bu baxımdan əgər vərəsələr miras qoyanın aktivini qəbul etmişlərsə, deməli onun miras əmlak həcmində passivini də qəbul etmiş hesab olunurlar.
33. Məhkəmə sadalanan normaları rəhbər tutub, tədqiq edilmiş sübutlara əsaslanaraq belə qənaətə gəlir ki, xx.xx.2019-cu il tarixli, №1021723 saylı kredit müqaviləsi üzrə borcalan Abduləliyev Əlipaşa Ağamoğlan oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh həmin müqavilə üzrə kreditorun borclusu hesab edildiyindən, öhdəliyin pozulmasına görə məsuliyyət daşıyaraq kreditor qarşısında yaranmış borcu ödəməlidir. Kredit müqaviləsi üzrə borcun mövcudluğu iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
36. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
39. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli, №1021723 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1316,29 (bir min üç yüz on altı manat, iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 56,49 (əlli altı manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 1372,78 (bir min üç yüz yetmiş iki manat, yetmiş səkkzi qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 34,13 (otuz dörd manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu, tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, №1021723 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1316,29 (bir min üç yüz on altı manat, iyirmi doqquz qəpik) manat, faiz borcuna görə 56,49 (əlli altı manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 1372,78 (bir min üç yüz yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 34,13 (otuz dörd manat, on üç qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev