Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6299/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi ilə, Hümbətov Cavidan Etibar oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(001)-1178/2022 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarının artırılmaqla 15 mart 2011-ci il təvəllüdlü X5, 26 dekabr 2019-cu il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 1000 manat olmaqla, ümumilikdə 2000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 24 noyabr 2009-cu ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikahınırəsmiləşdirilmişdir. Birgə nikahlarından iki uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(001)-1178/2022 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların onun yanında qalmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Uşaqların bütün qayğısını, ehtiyaclarını iddiaçı özü qarşılayır. Cavabdeh nikah pozulduqdan sonra övladlarının əvvəlki həyat şəraitinə uyğun yaşaması üçün heç bir köməklik göstərməmişdir. Xəzər Universiteti Dünya Məktəbi ilə bağlanmış müqaviləyə əsasən, X2 illik təhsil haqqı 8000 (səkkiz min) manat təşkil edir. İddiaçı maddi çətinliklərə görə uşaqların inkişafı və yaşayış səviyyəsini təmin edə bilmir. Əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş miqdarda aliment uşaqların tələbatlarını qarşılamağa kifayət etmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mülki işə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, iş icraata aidiyyət qaydalarının pozulması ilə götürülmüşdür. Belə ki, iddiaçı ərizəsində rəsmi qeydiyyat ünvanı kimi ünvan 1a, yazışmaların aparılması üçün Yasamal rayonu, M.Rəhim 4 A ünvanını göstərmiş, AZEMİS elektron sistemdən çıxarışdan isə görünür ki, iddiaçının rəsmi qeydiyyat ünvanı Yasamal rayonu, X3 küçəsi, ev 148,148A,148B,148C, mənzil 15 ünvanıdır. Cavabdehin rəsmi qeydiyyat ünvanı isə ünvan 4 sistem vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmədəiştirak edə bilmədiyini, tələbini müdafiə etdiyini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Mülki işin aidiyyəti üzrə göndərilməsi məsələsi məhkəmə iclasında müzakirə olunmuş cavabdehin nümayəndəsi və vəkili işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsində baxılmasının prosessual normalara zidd olması səbəbindən aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarını və tərəflərin mülahizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-ci maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 149.2.2-ci maddəsinə əsasən, cavabdehin və işdə iştirak edən digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmənin mövqeyi Beləliklə işin hallarında müəyyən olunur ki, iddiaçının həm rəsmi, həmçinin də faktiki yaşadığı ünvan Yasamal rayonu ərazisində yerləşir, cavabdehin rəsmi qeydiyyat ünvanı isə Sabunçu rayonu ərazisindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №e-2(001)-6299/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6299/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver