Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6351/2022 04.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və əlavə olunmuş sənədləri 04 oktyabr 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər kateqoriyası üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə qarşılıqlı olaraq yoxlanılarkən müəyyən edilir ki, cavabdehlərdən Cavabdeh1 yaşayış yeri Şəki şəhəri, E.Yəhyayev küçəsi 12, Cavabdeh2 ünvanı isə ünvan 2nin 152.1 və 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.3-cü maddəsinə əsasən, ərizə geri qaytarılarsa ödənişmiş dövlət rüsumu qaytarılır. Qeyd olunur ki, elektron qaydada verilmiş iddia ərizəsində iddiaçı tərəfindən 65,3 manat dövlət rüsumunun ödənilməsi öz əksini tapsa da, müəyyən edilir ki, həmin rüsum Şəki Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsi geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6351/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6351/2022
04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver