Məhkəmə qərarları › İş №e-2(001)-6373/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6373/2023

20.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6373/2023 20.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi və “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin hər ay Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(001)-5044/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından olan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 üçün alimentin məbləği artırılaraq aylıq 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilərək, alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda xx.xx.2007-ci il təvəllüdlü X3 16 yaşı var. Məhkəmə tərəfindən müəyyənləşdirilmiş aliment məbləği halhazırda uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşağın saxlanılması, geyimi, təhsil və s. xərclərini həmin məbləğ əsasında tam qarşılamaq mümkün deyildir. Eyni zamanda alimentin məbləğinin artırılmasından sonra Fidanın səhhəti ilə bağlı şəkərlidiabet olması müəyyən olunmuşdur ki, (təsdiqedici sənədlər əlavə edilir) onun müalicəsi, daim həkim müayinəsi və labotoriya göstəricilərinin yoxlanması alimentdən əlavə onun tərəfindən xərclərin qarşılanması baxımından ciddi çətinliklər yaradır. Belə ki, övladları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanununa görə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Onu da qeyd etmişdir ki, cavabdeh övladı ilə maraqlanmır. Bu halda tək valideyn kimi övladlarına baxmaq da ona ciddi maddi çətinliklər yaradır. Övladının bütün qayğısını, ehtiyacını bu günə qədər tamamilə o çəkmişdir. Təbiidir ki, uşaqlar böyüdükcə onların həm maddi, həm mənəvi tələbatları da artır. Lakin, cavabdeh özünü bu öhdəliklərdən azad etməyə çalışır. Bu da nəticədə uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinliklər yaradır. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnanır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılacaq və övladnın saxlanılması üçün Qanunla müəyyən edilmiş minumum məbləğdə aliment tutulması barədə ədalətli qətnamə qəbul ediləcəkdir. Əlavə olaraq bildirmişdir ki, işin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etsə də cavabdeh gəlməmiş və xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasına dair arayış Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ona təqdim edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, alimentin artırılması tələbinə dair iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahi. etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1435/09 saylı iş üzrə 12 iyun 2009-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, qızları Qasımova Fidanın anasının himayəsində qalması müəyyən olunmuş və uşağın saxlanması üçün ondan hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı 2022-ci ildə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək alimentin miqdarının artırılaraq 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5044/2022 saylı iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, hər ay 130 (yüz otuz manat) sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İndi, iddiaçı yenidən məhkəməyə müraciət edərək alimentin miqdarının artırılmasını istəyir. İddiaçının iddia ərizəsində, onunla bağlı bildirdikləri düzgün deyildir, həqiqətdən uzaqdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, övladı ilə maraqlanmır, ona diqqət,qayğı göstərmir. Amma bunun təqsiri onun yox, iddiaçının üzərindədir. Çünki, nikahları pozulandan sonra o, dəfələrlə davamlı olaraq uşağını görmək, onunla ünsiyyət saxlamağa cəhd göstərsə də, iddiaçı buna imkan verməmişdir. Hətta, cəhdlərinin qarşısını almaq üçün onun barəsində hüquq mühavizə orqanlarına şikayət də etmişdir. Qaldı ki,aliment məsələsinə Fidan onun övladıdır. O, indi də uşağın saxlanması üçün iddiaçıya aliment ödəməkdən imtina etmir. Lakin, iddiaçının iddia ərizəsində tələb etdiyi 220 manat məbləği ödəmək iqtidarında deyil, sağlamlığı buna yol vermir. Belə ki, bir sıra ağır xəstəliklərdən əziyyət çəkir. Hələ 1994-cü ildə ağır cərrahiyə əməliyyatı keçirmişdir. Yoğun bağırsağı tamamilə kəsilib götürülüb. Bundan başqa vərəm xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq (hər il) kurs müalicə alır. 2007-ci ildən hepatit-c xəstəliyinə tutulmuş və dövri olaraq müalicə alır. Onurğa sütununun bel nahiyəsində üç dənə yırtıq mövcuddur. Qeyd olunan xəstəliklər səbəbindən işləmək qabliyyəti yoxdur, işləyə bilmir. Eyni zamanda iddiaçı ilə nikahları pozulandan sonra yenidən ailə qurmuşdur. Həmin nikahdan da 3 azyaşlı övladları var. Kiçik qızı Qasımova Əminə skaleroz və anemiya xəstəliyindən əziyyət çəkir. Digər qızı Qasımova Fərəh də anemiya xəstəliyindən əziyyət çəkir. Hər ikisi daimi müalicə alırlar. İkinci qrup əlilliyə görə aldığı 580 manat əmək pensiyası ilə dolanmaq çox çətindir. Bu məbləğ onun və xəstə qızlarının heç müalicə xərclərini belə qarşılamır. Lakin, qardaş və bacılarının maddi köməyi ilə birtəhər keçinirlər. Hərdən də Banklardan kredit götürərək vəziyyətdən çıxmağa çalışır. Bu qədər ağır vəziyyətdə yaşasa da, problemlərin məngənəsində sıxılsa da iddiaçıya 130 manat alimentin ödənilməsini də təmin etməyə çalışır. Onun bundan artıq məbləğdə aliment ödəməyə imkanı çatmır, gücü yetmir. Məhz onun ağır ailə vəziyyətini nəzərə alaraq Binəqədi Rayon məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə 130 manat alimentin ödənilməsini qət etmişdir. Qeyd olunan məhkəmə prosesində iddiaçı, Alxazova Fatma verdiyi izahatında özü bildirmişdir ki, 1000 manat əmək haqqı alır. Yəqin ki, bu il daha çox əmək haqqı alır. Göründüyü kimi iddiaçının maddi vəziyyəti onunkundan qat-qat yaxşıdır. Onun əlilliyə görə aldığı penisiyadan başqa gəliri yoxdur. Qeyd etdiyi kimi o, övladının saxlanması üçün aliment ödəməkdən imtina etmir. Hər bir valideyn uşaqlarını saxlamağa borcludur. Sadəcə olaraq qeyd etdiyi səbəblərdən onun 130 manatdan artıq aliment ödəməyi mümkünsüzdür. Odur ki,hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 024807 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5044/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2009-cu il tarixli, 2(008)-1435/2009 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməsi və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X7 məxsus tibbi analizlərin nəticələrindən görünür ki, X8 qlükoza, LDL, triqliserid normadan artıqdır. İş materiallarında olan AZ-İİ seriyalı 009536 №-li Nikahın haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Nağıyeva Dürdanə arasında rəsmi nikah xx.xx.2015-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı 096246 №-li, AZ-İİİ seriyalı 096247 №-li və AZ-İİİ seriyalı 391861 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası isə Nağıyeva Durdanədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 082623 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh ümumi xəstəlikdən 2-ci qrup əlildir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş tibbi sənədlərdən görünür ki, cavabdeh tibbi analizlər vermiş, qaraciyər, böyrək və bel fəqərələrinə yaranmış xəstəliklərlə əlaqədar tibbi müayinədə olmuşdur. İş materiallarında olan Xətai rayonu 4 saylı uşaq poliklinikası tərəfindən xx.xx.2022ci il tarixdə verilmiş Arayışın surətindən görünür ki, 2012-ci il təvəllüdlü X9 “skolioz İ” diaqnozu ilə poliklinika da dispanser qeydiyyatdadır. Uşaq cərrahın nəzarətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli 3-17-7/2-Q-39677/2023 №-li Arayışın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İİ dərəcə əlilliyə görə 583,43(beş yüz səksən üç manat 43 qəpik) manat əmək pensiyası alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli GTZK24737B114 saylı kredit müqaviləsinə əlavə olan Ödəniş qrafikinin surətindən görünür ki,”Kapital Bank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə hər ay 253,37 manat ödəniş etmək şərti ilə, illik 15,5 %-lə 5200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh Gündüz oğlu isə iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşağı iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər ay uşağa görə 130 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə sabit pul məbləğində 130 (yüz otuz) manat miqdarında alimentin tutulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti və saxlanılması üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin yenidən ailə qurması, himayəsində iki azyaşlı uşağının olması və xəstə olması, iddiaçının cavabdehin hər ay 220 manat məbləğində alimenti ödəmək üçün maddi imkanının olmasına dair sübutların məhkəməyə təqdim edilməməsi, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafları üçün Cavabdeh hər ay uşağa görə sabit pul məbləğində 150 manat miqdarında aliment tutulmalıdır. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5044/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan 130 manat miqdarda tutulan alimentin məbləği artırılmalı, xx.xx.2007ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat miqdarda aliment tutularaq, İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5044/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay 150 (bir yüz əlli) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar