Məhkəmə qərarları › İş №e-2(001)-6378/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6378/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6378/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, BOKT "xxxx" MMC-nin Cavabdeh1 və Cavabdeh2 Əlizamin oğluna qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə işə 07 noyabr 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: BOKT "xxxx" MMC Cavabdeh1 və Cavabdeh2 Əlizamin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclularla BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-BK-0061559-F saylı Kredit müqaviləsi və BK-00028094saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas məbləğ üzrə 2866,54 manat, faiz borcu üzrə 505,71 manat, cərimə borcu üzrə 235,50 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 413,33 manat olmaqla cəmi 4021,08 manat məbləğində kredit borcunun və ödənilmiş 61 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2022-ci il tarixli L-BK-0061559-F saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, aylıq 2.42 %, illik 29 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK- 00028094saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2022-ci il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 2133,46 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 1264,51 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 166,03 manat olmaqla cəmi 3564,00 manat məbləğində pul ödənilmişdir. Hal hazırda borclunun təşkilata ödənilməmiş 2866,54 manat əsas məbləğ üzrə, 505,71 manat məbləğində faiz və 235,50 manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2022-ci il tarixli, L-BK-0061559-F saylı Kredit Müqaviləsinin 6.6 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər(əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur.Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Halhazırda müqaviləyə əsasən hesablanmış zərər(əldən çıxmış fayda) 413,33 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, L-BK-0061559-F saylı kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, aylıq 2.42 %, illik 29 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK- 00028094 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 01 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, L- BK-0061559-F saylı Kredit müqaviləsi üzrə Cavabdeh2 əsas məbləğ üzrə 2866,54 manat, faiz borcu üzrə 505,71 manat, cərimə borcu üzrə 235,50 manat və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olaraq 413,33 manat olmaqla, cəmi 4021,08 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 Əlizamin oğlu kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Buna görə də, iddianın əsas və faiz borcu hissəsində təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də hesab edirəm ki, hesablanmış 235,50 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 200,65 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən hesab edirəm ki, BOKT "xxxx" MMC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 61 manatın 55 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, L-BK-0061559-F saylı Kredit müqaviləsi və BK-00028094saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh2 Əlizamin oğlu və Cavabdeh1 2866,54 manat əsas, 505,71 manat faiz, 200,65 manat cərimə borcu və 413,33 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olaraq, cəmi 3.986,23 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 55 manat məbləğində pul vəsaiti Cavabdeh2 Əlizamin oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar