Məhkəmə qərarları › İş №e-2(001)-6451/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6451/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6451/2023 30.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin törəmə şirkəti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müdiri X3 Azər Adil oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00CN-000654 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 669 manat olan mal almış və hər ayın 17-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olarq aylıq 32 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən, Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 367 manat əsas borc və 36 manat cərimə borcu olmaqla, cəmi 403 manat borcu mövcuddur. İş materiallarında olan bildirişdən görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 00CN-000654 saylı alqı-satqı müqaviləsinə əlavə № 1-də ("xxxx" MMC-nin direktoru tərəfindən imzalanmışdır) aşağıdakılar göstərilmişdir: " 3.5. Alıcıya qarşı Müqavilədən irəli gələn pul tələbini istənilən vaxt xx.xx.2019-cu il tarixli 00CN-000654 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan "X2" MMC-yə (VÖEN **********) güzəşt edilir". İş materiallarında olan xx.xx.2023-cü il tarixli 00CN-000654 saylı alqı-satqı müqaviləsinə əlavə № 1-də ("xxxx" MMC-nin direktoru tərəfindən imzalanmışdır) aşağıdakılar göstərilmişdir: " 3.5. Alıcıya qarşı Müqavilədən irəli gələn pul tələbini istənilən vaxt xx.xx.2019-cu il tarixli 00CN-000654 saylı alqı-satqı müqaviləsi üzrə tələb etmə hüququ hüquqi şəxs olan "X2" MMC-yə (VÖEN **********) güzəşt edilir. Qeyd olaraq bildiririk ki, "xxxx" MMC "xxxx" MMC-nin törəmə şirkətidir və Cavabdeh "xxxx" MMC qarşısında öhdəlik daşıyır. Faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ "X2" MMCyə ötürülmüşdür". Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlirəm ki, ərizə rədd edilməlidir. Belə ki, hal-hazırda Cavabdeh qarşı xx.xx.2019-cu il tarixli, 00CN-000654 saylı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbini İddiaçı irəli sürmüş, halbuki, İddiaçı ilə faktorinq müqaviləsini Cavabdeh ilə xx.xx.2019-cu il tarixli, 00CN-000654 saylı müqaviləni bağlamış "xxxx" MMC-nin müdiri Famil Əhədov (VÖEN: **********) deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti imzalamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru "xxxx" MMC-nin "xxxx" MMC-nin törəmə şirkəti olmasını göstərsə də, hazırkı vəziyyətdə iş materiallarında bunu təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Hazırkı işin materiallarından "Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin hansı hüquqi əsasla faktorinq müqaviləsi üzrə müştəri statusunda çıxış etməsi aydın deyil. Belə ki, ********** VÖEN üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir, qanuni təmsilçisi X1r və həmin şirkətin tələbetmə hüququnu ötürmüş "Vorld Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqi baxımdan hər hansı formada aidiyyətinin olması iş materialları ilə öz təsdiqini tapmır, ərizəyə buna dair hər hansı sənəd əlavə edilməmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaçının subyektiv hüququnun mövcudluğu sual altına düşür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “ ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar