Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-647/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Cavabdeh1 oğlunun nümayəndəsi-vəkili Vəkil3 Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil2 Üçüncü şəxs Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 13160 manat məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1, 23.08.2020-ci il tarixdə, saat 16:00 radələrində digər Cavabdeh2 məxsus “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən, iddiaçıya məxsus “SCHMİTZ SKO 24” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “X6 1844 LS” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, nəticədə yarımqoşquya külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanın məbləği, müstəqil ekspert Namiq Xanlarov tərəfindən verilmiş zərərin hesablanması aktına əsasən 13160 manat təşkil edir. Hadisə ilə əlaqədar aparılan araşdırmalar nəticəsində Cavabdeh1 İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan deliktin Cavabdeh1 tərəfindən törədilməsi və onun mülki məsuliyyətinin əsası, 23.08.2020-ci il tarixli TP ******* saylı X5 haqqında qərarla müəyyən edilir. Cavabdehə dəfələrlə dəymiş ziyanın ödənilmsi barədə xəbərdarlıq edilsə də, vurduğu zərərin əvəzini ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, Cavabdeh2 məxsus olan “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması (avtomobilin qeydiyyatına məhdudiyyət qoyulması və ölkə xaricinə çıxarılmasının qadağan edilməsi), həmçinin avtomobilin istismarına qadağa qoyularaq duracağa yerləşdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5337/2020 saylı 17.09.2020-ci il tarixli qərardadı ilə Cavabdeh2 məxsus olan “DAF TE 105 XF” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alılnmışdır. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı dəymiş 14400 (on dörd min dörd yüz) manat, onun tərəfindən müstəqil qiymətləndirici X3 ödənilmiş 105 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 5 saylı Vəkil Bürosuna ödənilmiş 110 manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 14645 (on dörd min altı yüz qırx beş) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7.580 manat maddi zərər, 100.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 107.610 manatın cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Cavabdeh2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 öz istifadəsində olan digər cavabdeh İddiaçı mülkiyyətindəki “X6 1844 LS” markalı ** VK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dayanma-durma qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Bu isə onu deməyə əsas verir ki, ilkin iddia üzrə İddiaçı və Cavabdeh3 əməlləri qanunsuzdur və baş verən delikt hadisəsində onların özlərinin də təqsiri vardır. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi-vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin idda tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı idda tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili F.Z. Ələkbər-zadə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı idda tələbinin təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh3 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin idda tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 25.08.2020-ci il tarixli İXP ******* nömrəli X4 Protokoldan və TP ******* nömrəli X5 Haqqında Qərardan görünür ki, Cavabdeh3 baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. - 27.08.2020-ci il tarixli İXP ******* nömrəli X4 Protokoldan və TP ******* nömrəli X5 Haqqında Qərardan görünür ki, Cavabdeh1 baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - Cavabdeh1 tərəfindən 27.08.2020-ci il tarixdə DİN Baş Dövlət Yol Polisi İdarəsində verdiyi izahatdan görünür ki, o, 23.08.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “X6 1844 LS” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin onun zolağında dayandığını görmüş, sola çıxa bilmədiyi üçün avtomobilin qoşqusunun sol hissəsi ilə toqquşduğunu etiraf etmişdir. - M-Trans şirkəti tərəfindən verilmiş aktdan görünür ki, Cavabdeh2 məxsus olan “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə baxış keçirilmiş və hadisə baş verən tarixə qiyməti 7580 manat müəyyən edilmişdir. - DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 08.10.2020-ci il tarixli məktubdan görünür ki, “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil 04.10.2020-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli, 9/6061 nömrəli rəydən görünür ki, müstəqil ekspert Namiq Xanlarov tərəfindən tərtib edilmiş 09.09.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “SCHMİTZ SKO 24” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12460 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. -1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və buna görə də iddiaçıya dəymiş ziyan bilavasitə cavabdeh R.Haqverediyev (mülkiyyətçi) və Cavabdeh1 tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdehlər tərəfindən törədildiyindən dəymiş ziyan R.Haqverediyevdən və Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat, Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri DYPİnin YPXBİ-nin 25.08.2020-ci il və 27.08.2020-ci il tarixli “X5 haqqında” Qərarlarını Azərbaycan Respublikası MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərarlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPMnin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz cavabdeh tərəfindən törədilməsi göstərilən qərarlarla sübuta yetirilmiş və buna görə də Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat, Cavabdeh1 Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişlər. Beləliklə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya məxsus əmlaka ziyanın vurulması, iddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatı, cavabdehlərin inzibati xəta törətməsinə dair tərtib edilmiş protokolla (qərarla) və işin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ilkin iddia qismən əsaslıdır. Buna görə də ilkin iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 12460 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Bu isə ona dəlalət edir ki, Cavabdeh1 yol hərəkəti qaydalarını pozmaqla, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Cavabdehlər sözügedən “X5 Haqqında” Qərarın məhkəmə qaydasında mübahisələndirilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bu hal isə özü-özlüyündə Cavabdeh1 “X5 Haqqında” Qərarla razılaşdığını və həmin hadisədə təqsirli olmasını qəbul etdiyini təsdiq edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 12460 (on iki min dörd yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-647/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-647/2021
14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver