Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-652/2025 15.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kedit müqaviləsi üzrə 13921.01 Azn əsas borc, 956.48 AZN faiz borcu və 278.38 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 15155.87 AZN və 135.47 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 30000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il avqustun 29-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 13921.01 AZN əsas borc, 956.48 AZN faiz borcu və 1113.5 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 15990.99 AZN borcu vardır.Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 1113.5 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 278.38 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməsini tələb etməmiş və nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsinə və ödəniş planına əsasən bank kredit alana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 17 % olmaqla 30000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlk ödəniş tarixi 26 iyun 2022-ci il, sonuncu ödəniş tarixi 26 may 2025-cü il olaraq müəyyən edilmişdir.
6. İddiaçı ASC tərəfindən verilən kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 30000 manat məbləğində kredit verilmişdir.
7. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə 29 avqust 2024-cü il tarixinə 13921.01 manat əsas borc, 956.48 manat faiz borcu və 278.38 manat cərimə borcu olmaqla, 15155.87 manat məbləğində borc hesablanmışdır.
8. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli, KBD 4885 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 26 may 2022-ci il tarixli 12-Y- 1-0-1068-22 saylı müqavilə üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcunu 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir.
9. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10095 saylı, 22 yanvar 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 29 avqust 2024-cü il tarixə banka olan əsas borcun 13799.59 manat, faiz borcu 273.21 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır.
10. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 135.47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:
11. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh arasında 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi bağlanmış, kredit alana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 17 % olmaqla 30000 manat məbləğində borc vermiş, borc alan isə borcu qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
12. Cavabdeh saziş üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona kredit müqaviləsi üzrə ümumilikdə 15155.87 manat borc hesablanmışdır.
13. Hazırda iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb edir.
14. Borc məbləği ilə bağlı məhkəmənin təşəbbüsü ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.
15. Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10095 saylı, 22 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh 29 avqust 2024-cü il tarixə banka olan əsas borcu 13799.59 manat, faiz borcu 273.21 manat məbləğində müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
19. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
20. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
21. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
22. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
23. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;
24. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
26. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
27. Lakin məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borc məbləğinə münasibətdə qeyd edir ki, 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə iddiaçı cavabdehin 13921,01 manat məbləğində əsas borcunun, 956,48 manat faiz borcunun yarandığını iddia etsə də Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10095 saylı, 22 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə cavabdehin əsas borcunun məbləğinin 13799,59 manat, faiz borcunun 273,21 manat olduğu müəyyən edilmişdir.
28. Odur ki, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək məhkəmə o qənaətə gəlir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspertiza tədqiqatının nəticəsinə uyğun olaraq müəyyən edilməlidir. Yəni Cavabdeh 26 may 2022-ci il tarixli 12- Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 13799,59 manat, faiz borcu üzrə 273,21 manat məbləğində müəyyən edilməlidir. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
33. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 26 may 2022-ci il tarixli 12- Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13799,59 manat, faiz borcuna görə 273,21 manat, cərimə borcuna görə 278,38 manat olmaqla, ümumilikdə 14351,18 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Eyni zamanda iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Həmçinin mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************)
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 26 may 2022-ci il tarixli 12-Y-1-0-1068-22 saylı kredit müqaviləsi üzrə əsas borca görə 13799,59 manat, faiz borcuna görə 273,21 manat, cərimə borcuna görə 278,38 manat olmaqla, ümumilikdə 14351,18 (on dörd min üç yüz əlli bir manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev