Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-654/2022 30.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 1371,1 manat, təbii qazdan istifadəyə görə 225,9 manat, 38,42 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1700,42 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 07-135 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, 2021-ci ilin dekbar ayı da daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 225.9 manat təşkil edir. Bundan başqa, cavabdeh tərəfindən ümumilikdə 2020-ci ilin aprel ayında 2.6 manat ödəniş edilmişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1371.1 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərini ödəməməsi nətəsində yaranmış borcu ilə birlikdə iddiaçıya cəmi 1597 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, dəymiş ziyanın orta qaz sərfiyyatı 24 saat üçün 90 günə vurulmuşdur. Yay ayları üçün 12 saat, qış ayları üçün isə 24 saat götürülmüşdür.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbində göstərilən 225,9 manat məbləğində borc təbii qazdan istifadəyə görə yaranmış borc məbləğidir. Digər borc məbləğləri tərtib edilən aktlara uyğun hesablanmışdır.
5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı İB ilə Cavabdeh arasında 19 mart 2020-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-135 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
7. **********00000 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2020-ci il üçün 1367,8 manat təşkil edir.
8. BRQDS-nın rəisi və mühəndislər tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 yanvar 2020-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
9. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 1 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müdəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müdəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 8856m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. Halbuki, hesablama zamanı hesabat müddəti 30 gün göstərilsə də, hesablama 90 gün üzrə aparılmışdır..
10. Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş 07/627 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X1 məxsus Binəqədi r-nu, Sulutəpə kəndi, Hacı Həsən, ev 426 ünvanında yerləşən sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.
11. BRQDS-nın rəisi və mühəndislər tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 fevral 2020-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
12. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 1 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müdəti 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müdəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
13. Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş 07/847 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh oğuna məxsus Binəqədi r-nu, Sulutəpə kəndi, Hacı Həsən, ev 426 ünvanında yerləşən sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.
14. BRQDS-nın rəisi və mühəndislər tərəfindən tərtib edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 19 mart 2020-ci il tarixli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi aşkar edilmişdir.
15. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 19 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı Cavabdeh aid ünvan 1 ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müdəti 19 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müdəti 19 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 19 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1870m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur.
16. Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri tərəfindən tərtib edilmiş 07/1149 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X1 məxsus Binəqədi r-nu, Sulutəpə kəndi, Hacı Həsən, ev 426 ünvanında yerləşən sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2022-ci il tarixli, 10/1155 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş ünvan 2 ünvanında sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmişdir. Qeyd olunan ünvanda daşıyıcı qaz xətti üzərində bir ədəd sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq vardır. Həmin borucuğun sonluğunun açıq olduğu halda, borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəm tərəfindən araşdırmalarla müəyyən edilə bilər. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır.
18. 19 oktyabr 2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 38,53 manat dövlət rüsumu ödəmişdir.
19. 28.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 65 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
20. İddiaçı ilə Cavabdeh arasında 19 mart 2020-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 07-135 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən istehsalçı Cavabdeh fərdi yaşayış evini təbii qazla təchiz etmək, istehlakçı isə aldığı qazın dəyərini ödəmək barədə öhdəlik götürmüşdür. Qazın qiyməti 1 kubmetr üçün 0.1 manat məbləğində müəyyən edilmişdir.
21. Cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
22. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.
23. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885.6 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.2 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187 manat olmaqla, cəmi 1371,1 manat məbləğində akt borcu hesablanmışdır.
24. Bundan başqa iddiaçı cavabdeh tərəfindən təbii qazdan istifadə edildiyini, lakin istifadə edilmiş təbii qazın dəyərinin ödənilmədiyini, yəni 2021-ci ilin dekbar ayı daxil olmaqla, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcunun 225.9 manat təşkil etdiyini iddia edir.
25. İddiaçı tərəfindən qeyri-müəyyən şəraitdə qanunsuz qoşulmanı əks etdirən foto şəkillər çəkilmişdir. Məhkəmə tərəfindən qanunsuz qoşulmanın həyata keçirilibkeçirilməməsi barədə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 16 may 2022-ci il tarixli, 10/1155 saylı ekspert rəyinə əsasən ekspertə təqdim edilmiş ünvan 2 ünvanında sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmişdir.
26. Rəydə qeyd edilir ki, qeyd olunan ünvanda daşıyıcı qaz xətti üzərində bir ədəd sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq vardır. Həmin borucuğun sonluğunun açıq olduğu halda, borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazdan istifadə edib-etməməsi məhkəm tərəfindən araşdırmalarla müəyyən edilə bilər.
27. Ekspertiza tədqiqatının dəyəri 102 manat hesablanmışdır.
28. Hazırda iddiaçı Cavabdeh İddiaçı xeyrinə tərtib olunmuş akt üzrə 1371,1 manat, təbii qazdan istifadəyə görə 225,9 manat, 38,42 manat dövlət rüsumunun əvəzi və 65 manat vəkil xərci olmaqla, cəmi 1700,42 manat məbləğində pulun tutulmasını xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
29. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir.
30. Belə ki, ekspertiza tədqiqatı zamanı abonentin evinə gedən daşıyıcı qaz xətti üzərində sonluğu tıxacla bağlanmış borucuq olduğu müəyyən edilmişdir. Məlum məsələdir ki, abonentin evinə çəkilmiş daşıyıcı qaz xətti üzərində borucuğun olması hansı məqsədə xidmət etmək üçündür. Faktiki olaraq həmin borucuğun bağlı olması, qanunsuz qoşulma halının mövcud olmuş olmasını istisna etmir.
31. Lakin vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyəti ölçüsü də nəzərə alınmalıdır.
32. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Eyni zamanda həmin maddənin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
34. Təbbi ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
37. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2020-ci ildə 07-135 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
38. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
39. Lakin işin hallarından göründüyü kimi, qaz paylayıcısı olan iddiaçı ilk dəfə qanunsuz qoşulma halını xx.xx.2020-ci ildə müəyyən etmişdirsə müvafiq tədbirlər görməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin əməl zərərin məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. İddiaçı qanunvericiliyin verdiyi imkanlardan istifadə etməyərək, əlavə olaraq 2 dəfə AKT tərtib etmiş və hal-hazırda həmin aktlara əsasən zərəri tələb edir.
40. Halbuki qazdan istifadə qaydalarında qaz paylayıcının qanunsuz qoşulma halını dərhal ləğv etmək və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq tələb etmək vəzifəsi təsbit olunmuşdur. Təbii qaz təchizatını həyata keçirən və bazarda inhisarçı statusa malik olan subyektin qanunsuz qoşulma halına etinasız yanaşması istehlakçıların bu halı təkrar etməsinə təşviq etməklə lüzumsuz məhkəmə mübahisələrinin yaranmasına gətirib çıxarır. Məhkəmə çəkişməsi zamanı isə müvafiq hüquqazidd əməlin törədildiyi vaxtdan uzun müddət keçməsinə görə təqsirin və ya təqsirsizliyin sübuta yetirilməsi mümkünsüz olur. Üstəlik Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
41. Belə ki, Mülki Məcəllənin 458.1-ci maddəsində qeyd edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
42. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir.
43. Eyni zamanda həmin Məcəllənin 560.3.2-ci maddəsində qeyd edilmişdir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir.
44. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ekspertiza tədqiqatı nəticəsində müəyyən edilmiş hallar cavabdehin qanunsuz qoşulma faktını dolayı yolla təsdiq etdiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbi yalnız ilk akt üzrə, o da qismən əsaslı hesab edilməlidir.
45. Belə ki, iddiaçının 30 yanvar 2020-ci il tarixli aktın əsasında dəymiş ziyanın hesablanması barədə tələbnaməsi əsassız olaraq 90 gün üçün hesablanmışdır. İddiaçı həmin hesablamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na istinad etməklə aparmışdır. Halbuki həmin qaydalarda qeyd edilmişdir ki, bu qaydalar Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Enerji resurslarında istifadə haqqında” Qanunlarına və Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik aktlarına əsaslanmaqla, qaz qurğuları və avadanlıqlarının quraşdırılması, texniki istismar və təhlükəsizlik texnikası qaydalarına və bu sahəyə dair digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır və qaz təchizatı sahəsinin fəaliyyətini tənzimləyən hər hansı bir normativ-hüquqi aktı əvəz etmir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, bu qərar imzalandığı tarixdən qüvvəyə minir və müvafiq münasibətləri tənzimləyən normativ-hüquqi akt qanunvericilikdə müəyyən olunmuş qaydada qeydiyyata alınanadək qüvvədədir.
46. Halbuki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarından sonrakı tarixdə, yəni xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları” təsdiq edilmişdir.
47. Göründüyü kimi iddiaçının dəymiz ziyanın hesablanması ilə bağlı qaydaları nə normativ hüquqi akt, nə qeyri-normativ hüquqi akt, nə də ki normativ xarakterli akt deyildir və hər hansı hüquqi nəticə yaratmır.
48. Buna baxmayaraq “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”-nin 3.3-cü maddəsində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında, müvafiq normativ hüquqi akt qəbul olunanadək paylayıcıya dəyən zərər Socar-ın Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərqarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na uyğun olaraq hesablanacaqdır.
49. Hər bir halda həmin qaydalarda eyni zamanda göstərilmişdir ki, Sayğacdan əvvəl qaz xəttinə quşulma aşkar olunduqda, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 iləqədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir.
50. Halbuki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-1-ci maddəsində qeyd edilmişdir ki, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
51. Həmin qanunun 11.6-cı maddəsində göstərilmişdir ki, Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
52. Odur ki, məhkəmə həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa, həm Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na, həm də “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”-na əsasən hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
53. Çünki əvvəla qaz paylayıcı tərəfindən axırıncı dəfə nə vaxt texniki baxış aparılması qeyri-müəyyəndir, eyni zamanda qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət müəyyən edilmir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, həmçinin istifadə edilmiş qazın dəyəri hər ayın sonu ödənilməli olduğundan qanunsuz qoşulma ilə bağlı dəyən zərər də 1 ay müddətinə tutulmalıdır.
54. Bu səbəbdən cavabdehdən 30 yanvar 2020-ci il tarixli akt üzrə 90 gün üçün deyil, 30 gün üçün cəmi 295.2 manat məbləğində dəymiş zərərin əvəzi tutulmalıdır.
55. Həmçinin iş materiallarında cavabdehin 2020-ci ilin yanvar ayından, 2020-ci ilin dekabr ayına kimi istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 225,9 manat məbləğində debitor borcu vardır. Belə ki, həmin borc məbləğinin mövcudluğu abonentin saldosunda öz təsdiqini tapır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
56. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
57. Məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının məhkəməyə müraciət üçün hüquqi xidmətlərə çəkilən xərc kimi tələb ediyi 65 manat məbləğində vəsait keçirilmiş məhkəmənin hazırlıq və baxış iclaslarının sayı, mübahisənin mahiyyəti nəzərə alınmaqla ağlabatan hesab edir. Belə ki, iddia həmin təmin edilməklə 65 manat məbləğində çəkilən xərc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Tətbiq edilən prosessual normalar:
58. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
59. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
60. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
61. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
62. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh akt əsasında 295,2 manat, təbii qazdan istifadəyə görə 225,9 manat olmaqla, ümumilikdə 521,1 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
63. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38,42 manat məbləğində pul vəsaiti və 65 manat məbləğində vəkil xərci Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
64. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************)ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh qaz xəttinə qanunsuz qoşulmaya görə 295,2 (iki yüz doxsan beş manat, iyirmi qəpik) manat, qazdan istifadə ilə bağlı yaranmış borca görə 225,9 (iki yüz iyirmi beş manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 38,42 (otuz səkkiz manat, qırx iki qəpik) manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə 65 (altmış beş) manat xərcin əvəzi tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev