Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6575/2022 15.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə qaytarmaq illik 19% dərəcəsi ilə hesablanmaqla 3100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlərə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, BPM**********71 saylı zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2020-ci il tarixli BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 1080,29 manat, faiz borcu üzrə 20,78 manat olmaqla, cəmi 1101,07 manat borcu mövcuddur. Məhkəməyə müraciət edildikdən sonra borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcunun 645,9 manat, faiz borcunun 13,6 manat təşkil etdiyindən iddia tələbinin həcmi azaldılmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 51 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 22-13805/2022 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********71 nömrəli kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 645,9 manat, faiz borcuna görə 13,66 manat, olmaqla cəmi 659,56 manat borcun və məhkəmə xərclərinə görə 51,40 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən, yaranmış əsas borca görə 645,9 manat, faiz borcuna görə 13,66 manat borcunu qəbul edir və öhdəliyini hər ay banka 200 manat olmaqla hissəhissə icra etməyə razıdır. Eyni zamanda zamini olan Cavabdeh2 borcun tutulmamasını xahiş edir, sonuncunun onun əvəzindən ödədiyi məbləği isə geri qaytaracaqdır. Ona görə də iddia ərizəsinin ona aid olan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən borcalanın öhdəliklərinin icrasına təminat verən zaminlik müqaviləsi bağlasa da, özünün də borcu olduğu üçün Cavabdeh1 borcunu ödəməyə razı deyildir. Ona görə də iddia ərizəsinin ona aid olan hissədə təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 36 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək qaytarmaq, illik 19% ödəmək şərti ilə 3100 manat məbləğində krediti borcalana verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2020-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, bank ayırdığı kreditə görə 3100 manatı Cavabdeh1 vermişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək əsas borca görə 3100 manat, faiz borcuna görə 990 manat olmaqla cəmi 4090 manat borcu Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödəməlidir. Azərbaycan Beynəlxalq Bankı ASC ilə zamin X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********71 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X3 borcalanın xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına görə kreditor qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh1 və X2 ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, kreditor birgə borcluları xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsi üzrə yaranan borc məbləği ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli 702 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 1080,29 manat, faiz borcu 20,78 manat təşkil edir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2022-ci il tarixli 870 saylı maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 645,9 manat, faiz borcu 13,6 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 645,9 manat, faiz borcuna görə 13,66 manat olmaqla cəmi 659,56 manat borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçının birgə borclular olan cavabdehlərə qarşı iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və X1 xx.xx.2020-ci il tarixli BPM**********71 saylı kredit müqaviləsinə əsasən, müştərək qaydada əsas borca görə 645,9 manat, faiz borcuna görə 13,66 manat, məhkəmə xərclərinə görə 51,40 manat olmaqla cəmi 710,96 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-6575/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6575/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver