Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6597/2025 21.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Əfəndiyeva Lalə Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-596/2025 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd edirik ki, həmin məhkəmə prosesi zamanı cavabdeh bir neçə özəl klinikada cərrah kimi çalışmasına baxmayaraq rəsmi və faktiki gəlirini qəsdən alimenti az ödəmək niyyəti ilə gizlətmiş və real gəlirindən dəfələrlə aşağı bir məbləğ göstərməklə alimentin aşağı məbləğdə təyin edilməsinə nail olmuşdur. Həmin dövrdə iddiaçı Türkiyə Respublikasında tibb təhsilini davam etdirməsi ilə əlaqədar olaraq sözügedən məhkəmə proseslərində bilavasitə iştirak edə bilməmiş, cavabdeh isə iddiaçının Türkiyə Respublikasında təhsillə əlaqədar vaxtının və imkanının məhdud olmasından süi istifadə etməklə sübutları saxtalaşdırmış və nəticədə aşağı məbləğdə alimentin təyin olunması barədə ədalətsiz qətnamə çıxarılmışdır. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-596/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin sabit pul məbləğinə dəyişdirilərək hər ay 1500 (bir min beş yüz) manat miqdarında tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, cavabdeh bir neçə xəstəxanada çalışır, əmək haqqısı çox aşağı qeyd edilsə də, həkim cərrahdar kifayət qədər əlavə gəliri var. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdiyini,qazancının stabil olmadığını, 500 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-596/2025 saylı qətnaməsi ilə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2059 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Cavabdeh hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı yetkinlik yaşına çatmayan övladları var. AZEMİS elektron sistemin çıxarışından müəyyən olunur ki, Cavabdeh “TÜRK MED MEDİCAL CENTER" MMC-də uroloq həkim olaraq aylıq əmək haqqı 158.73 manat, "xxxx" MMC-də 556 manat, "xxxx" MMC-də 100 manat və "xxxx" MMC-də 500 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də uşaqlara münasibətdə valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bronda İtaliyaya qarşı” iş üzrə qərarında göstərmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat, uşaqların saxlanılması üçün minimum məbləğ isə 246 manat müəyyən edilmişdir. İddiaçı iddia ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə məhkəmə araşdırmanın yekunu olaraq belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalı, təyin ediləcək sabit pul məbləğindəki alimentin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməsi məqsədilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,25 misli həddində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticəvi hissə QƏT ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-596/2025 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında alimentin məbləği dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla əvvəli xx.xx.2025-ci il tarixdən tutulmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1.25 misli həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin, 80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(001)-6597/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6597/2025
21.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver