Məhkəmə qərarları › İş №e-2(001)-6616/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6616/2021

13.08.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6616/2021 13.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, kreditorun tələbi notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276-cı maddəsinə əsasən, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə. Göründüyü kimi, notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanan tələblər həmin maddə ilə əhatə olunmur. Mülki Prosessual Məcəllənin 279.2.1-ci maddəsinə müvafiq olaraq, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar