Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-665/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2023-cü il tarixinə ödənilməli olan 621.29 (altı yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 1107 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 43.2 kv.metr torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 1107 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə ki, icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə ödənilməli olan 621.29 (altı yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2024-cü il tarixli, 3-21-3/2-9623/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddianı ərizəsində göstərilənləri təsdiq edir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 43.2 kv.m. torpaq sahəsi Cavabdeh icarəsinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 1107 nömrəli icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə ki, icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixinə ödənilməli olan 621.29 manat icarə haqqı borcu mövcuddur. İddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, 2021-ci ildə həmin ərazidə “Ümid Mtk tərəfindən söküntü işləri aparılmış və əlavə olaraq 7 ay ödəniş etmişlər. Lakin, hazırda sökülmüş, yəni mövcud olmayan yerə ödəniş etməyi məqsədəmüvafiq hesab etmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarə müqaviləsi) 16 iyun 2020ci il tarixli, 1588 nömrəli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 109 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin başçısı ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmışdır. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 dekabr 2021-ci il tarixli, 1107 nömrəli müqavilədən görünür ki, ünvan 4 ünvanındakı qeyri yaşayış binasının yerləşdiyi 43.2 kv/metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 720,0 manat, aylıq icarə haqqı 60 manat müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş 15 mart 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Bakı şəhəri, Bınəqədi rayonu, X8 prospekti ev 64 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adından X5, ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh və ünvan 7 ünvanında qeydiyyatda olan X6 bu barışıq sazişjni, ünvan 8 ünvanında olan tərəflərin razılığı əsasında sökülmüş qeyri-yaşayış sahəsinə aid olan avadanlıqlara (soyuducu, sayqaclar. kondisioner və s.) dəymiş ziyanın (zərərin) və ərzaq dükanına aid bütün mallara görə dəymış ziyanın (zərərin) əvəzinin icarəçi V.Namazova ödənilməsi ilə bağlı mübahisənin sulh yolu ilə tənzimləməkdən ötrü aşağıdakı şərtlərə dair razılığa gəldilər: Tərəflər, “ÜMİD VQM" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh və X6 Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid olan avadanlıqlara (soyuducu, sayqaclar. kondisioner və s.) dymiş ziyanın (zərərin) və fəaliyyət göstərmiş ərzaq dükanına aid mallara görə dəymiş ziyanın (zərərin) məbləğini qarşılıqlı razılaşma əsasında 50000 manat məbləğində qiymətləndirirlər. Tərəflər arasında razılaşdırılmış ziyanın (zərərin) ümumi məbləği olan 50000 manat hazırki Barışıq sazişi imzalandığı an “ÜMİD VQM" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birdəfəlik qaydada notariusun bankda açılan depozit hesabı vasitəsi ilə mülkiyyətçi Cavabdeh razılığı ilə icarəçi V.Namazova ödənildi. Tərəflər “ÜMİD VQM" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh xüsusi mülkiyyətində olan tərəflərin razılığı əsasında sökülmüş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi razılaşdırılmış layihə əsasında tikinti norma və qaydalarına uyğun bərpa etmək üçün hazırki barışıq sazişi imzalandığı gündən 3 ay müddətində müqavilə imzalanacağını bəyan edirlər. Sazişin 3-cü bəndində qeyd edilən öhdəliklər “ÜMİD-VQM" MMC tərəfindən icra edilmədikdə, müqavilə imzalanmadıqda “ÜMİD VQM" MMC Veysəlova Cavabdeh xüsusi mülkiyyətində olan tərəflərin razılığı əsasında sökülmüş ünvan 4 ünvanında yerləşən 31.1 kv/metr (Çıxarış RX seriyalı ******* nömrəli) qeyri-yaşayış sahəsinin əvəzi olaraq 200000 manat məbləğində birdəfəlik kompensasiya ödənilməsini öz öhdəsinə götürür. Bu barışıq sazişi ilə tərəflər sazişin predmeti olan mübahisə ilə bağlı bir-birlərinə qarşı tələblərinin iddialarının olmamasını bəyan edirlər. Tərəflər hazırki barışıq razılaşmasına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389,390,881-ci madələrinin qaydalarına şamil edib, bundan doğuran hüquq və vəzifələrin nəticələri barədə xəbərdar olunublar. “ÜMİD-VQM" MTK-nın 19 dekabr 2024-cü il tarixli, 37 nömrəli arayışından görünür ki, “ÜMİD-VQM" MTK tərəfindən verilir ona görə ki, 27 dekabr 2020-ci il tarixdə Cavabdeh məxsus 43 kvm qeyri yaşayış tikili tərəfinizdən qarşılıqlı razılaşma əsasında söküldü. Bakı şəhər İcra Hakimiyyəti başçısının 109 saylı xx.xx.2020-ci il tarixli sərəncamı və əmlak məsələləri dövlət komitəsinin xx.xx.2020-ci il tarixli yer quruluşu planına əsasən ünvan 9 ünvanda yerləşən və yaxın ətraf sahələr (o cümlədən Cavabdeh məxsus 4.3 kvm q/y sahəsi) icarə müqaviləsi bağlanmışdır. İcarə haqqı tərəflərindən yuxarıda göstərilən tarixdən ödənilir. Şəxsi hesab vərəqindən görünür ki, Cavabdeh 1107 nömrəli müqavilə üzrə ümumilikdə 709,39 manat məbləğində ödəniş etmi, 621,29 manat ödənilməlidir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.1-ci maddəsinə əsasən icarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur. 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu; M a d d ə 2 3 . İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək; icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq; icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq; torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək; icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İşin halları ondan ibarətdir ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında (torpaq icarə müqaviləsi) 16 iyun 2020-ci il tarixli, 1588 nömrəli müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 109 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin başçısı ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmışdır. Həmçinin müəyyən edilmişdir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 dekabr 2021-ci il tarixli, 1107 nömrəli müqaviləsinə əsasən ünvan 4 ünvanındakı qeyri yaşayış binasının yerləşdiyi 43.2 kv/metr torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh müvəqqəti istifadəsinə verilmiş və torpaq sahəsinin illik icarə haqqı 720,0 manat, aylıq icarə haqqı 60 manat müəyyən edilmişdir. Hazırda təqdim edilmiş şəxsi hesab vərəqinə əsasən isə Cavabdeh 1107 nömrəli müqavilə üzrə ümumilikdə 709,39 manat məbləğində ödəniş etmiş, 621,29 manat ödənilməlidir. Müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəyyən edilib və müqaviləyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 64 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan 43.2 kv.metr torpaq sahəsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixinə 621.29 (altı yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat icarə haqqı borcunun ödənilməli olduğunu iddia edir. Məhkəmə aşağıdakılara görə iddianı əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Cavabdehin sözügedən torpaq sahəsini icarəyə götürməsinin məqsədi Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 64 ünvanında yerləşən dövlət mülkiyyətində olan 43.2 kv.metr torpaq sahəsi üzərində olan 43 kv.metr qeyri-yaşayış sahəsindən faydalanmaq olmuşdur. Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş 15 mart 2022-ci il tarixli barışıq sazişi ilə "xxxx" MMC-nin adından X5, Cavabdeh və X6 barışıq sazişi imzalayaraq “ÜMİD VQM" MMC Cavabdeh və X6 Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid olan avadanlıqlara (soyuducu, sayqaclar. kondisioner və s.) dymiş ziyanın (zərərin) və fəaliyyət göstərmiş ərzaq dükanına aid mallara görə dəymiş ziyanın (zərərin) məbləğini qarşılıqlı razılaşma əsasında 50000 manat məbləğində qiymətləndirmiş və “ÜMİD VQM" MMC tərəfindən birdəfəlik qaydada notariusun bankda açılan depozit hesabı vasitəsi ilə mülkiyyətçi Cavabdeh razılığı ilə icarəçi V.Namazova ödənilmişdir. Göründüyü kimi hazırda ünvan 4 ünvanındakı qeyri yaşayış binası “ÜMİD VQM" MMC tərəfindən sökülmüş və sözügedən torpaq sahəsi xx.xx.2022-ci ildən cavabdehin istifadəsində deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə müqaviləsi üzrə ödənilməmiş icarə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-665/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-665/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver