Məhkəmə qərarları › İş №e-2(001)-6688/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6688/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6688/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1, İddiaçı “Finca Azərbaycan” MMQBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azərbaycan” MMQBKT Cavabdehlər Cavabdeh Öhdəliyə əsas olan müqavilənin **********0730 / xx.xx.2023-cü il nömrəsi və tarixi: Müqavilənin son tarixi: xx.xx.2025-ci il Borc barədə məlumat Verilən borcun/kreditin məbləği: 3000 Faiz dərəcəsi: 28 % Ödənilməmiş əsas borc: 2436 Ödənilməmiş faiz borcu: 445 Tələb olunan dəbbə pulu 272,37 məbləği: Tutulmalı olan cəmi məbləğ: 3153,37 Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 462.1, 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 467 və 739 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Finca Azərbaycan” MMQBKT-nin Cavabdeh arasında bağlanılmış **********0730 saylı, xx.xx.2023-cü tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana illik 28% dərəcəsilə 18 ay müddətinə 3000 manat məbləğində kredit verir, borcalan isə verilmiş krediti, o cümlədən üzərinə hesablanmış faizləri və digər ödənişləri müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Banka xx.xx.2024cü il tarixə 2436 manat əsas, 445 manat faiz, 272,37 manat cərimə borcu olmaqla, cəmi 3153,37 manat borcu vardır. İddia ərizəsindən görünür ki, iddiaçı təşkilat müqavilə üzrə 2436 manat əsas, 445 manat faiz, 272,37 manat cərimə borcu olmaqla, cəmi 3153,37 manat borcu tələb edir. Müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan başqa məhkəmə iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı bank cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 272,37 manat cərimə borcu tələb edir. Məhkəmə hesab edir ki, tələb edilən cərimə məbləği yüksəkdir. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməli və cavabdehdən 50 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2436 manat əsas borc, 445 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2931 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 58,03 manat “Finca Azərbaycan” MMQBKT-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Finca Azərbaycan” MMQBKT-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2436 manat əsas borc, 445 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 2931 (iki min doqquz yüz otuz bir) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 51,54 manat tutularaq iddiaçı “Finca Azərbaycan” MMQBKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar