Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-670/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 ( yüz altmış) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (¼) hissəsi miqdarında alimentin tutularaq azyaşlı uşağın mənafeyi naminə ona ödənilməsi və mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzi Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Binəqədi Rayon Məhkəməsinə Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 onun yanında saxlanmasının müəyyən edilməsi və yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, uşaq 3 yaşına çatanadək cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, № 2(001)-1480/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, 79 № ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüzaltmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, alimentin məbləğinin 26 noyabr 2018-ci il tarixdən hesablanılması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət nəfinə alınması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 2019-cu il qətnaməsi ilə müəyyən olunmuş 160 ( yüz altmış) manat aliment himayəsində olan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, uşağın böyüdükcə maddi-sosial tələbatları,ehtiyacları, reabilitasiya və müalicəsi, habelə təhsil və tədrisi ilə bağlı xərcləri artır. Onlarda olan məlumata görə Cavabdeh "xxxx" MMC (VÖEN: **********) -dən 650 AZN (altı yüz əlli manat/ vəzifə: hüquqşünas, vəkil), "xxxx" MTK (VÖEN:**********) –dan 850 AZN ( səkkiz yüz əlli manat/ vəzifə hüquqşünas, vəkil), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli/ vəzifə: hüquqşünas),"xxxx" Motors MMC (VÖEN:**********)-dən 150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas), "xxxx" MTK(VÖEN:**********)-dan 150 AZN ( yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), “EURO STYLE” LTD (VÖEN:**********)-dən 300 AZN ( üç yüz manat/ vəzifə: hüquqşünas), "xxxx" MMC-dən (VÖEN: **********)500 AZN (beş yüz manat/ vəzifə: idarə edən), "xxxx" MTK-dan (VÖEN: **********)150 AZN (yüz əlli manat/ vəzifə: hüquqşünas, məhkəmə prosesi), "xxxx" MMC (VÖEN: **********) -dən 700 AZN (yeddi yüz manat/ vəzifə: idarə edən),Bərgüşad MTK (VÖEN: **********)-dan 150 AZN ( yüzəlli manat/ vəzifə: hüquqşünas, vəkil) hər ay əmək haqqı alır. Ümumilikdə, Cavabdeh 3750 ( üç min yeddi yüz əlli) AZN əmək haqqı alsa da övladı onun mövqeyinə görə 17 yanvar 2018-ci il təvəllüdlü X3 cəmi 160 AZN ( yüz altmış manat) alimentdən bir qəpik də artıq pul vermir. Bunu məhkəmənin özü də elektron sistemdə axtarış etməklə rahatlıqla müəyyən edə bilər. Bundan başqa Cavabdeh adına xx.xx.2022-ci ildə ** RP *** dövlət qeydiyyat nişanlı, BB286181 nömrəli qeydiyyat şəhadətnaməli, WP1ZZZ9YZPDA00302 banömrəli, 557646 mühərrik nömrəli, 2022-ci il istehsal ili olan, “Porsche Cayenne” markalı qara rəngli minik avtomobili, xx.xx.2022-ci il tarixdə ** LB *** dövlət qeydiyyat nişanlı, BB273695 saylı qeydiyyat şəhadətnaməli, KNAFX411BE5112871 ban nömrəli, G4FGDH655111 saylı mühərrik nömrəli qara rəngli, 2013-cü il istehsal ili olan “Kia Cerato” markalı avtomobil qeydə alınıb. Həmin avtomobilin bazar qiyməti 101.000-149.000 Dollar (253.300 AZN) arasında dəyişir. Buna dair sübutu iş materiallarına əlavə etmişlər. Bundan başqa Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Hesab edirlər ki, cavabdehin maddi vəziyyəti dəyişdiyi üçün alimentin miqdarı artırılmalıdır. Bir məbləğ təyin olunduqdan sonra aliment verənin maaşının, gəlirinin və digər qazanclarının artdığı barədə yeni məlumatlar əldə edilirsə,aliment alan tərəf alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər. 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi ( ¼) miqdarında aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, xx.xx.2023-cü il tarixdə saat 11:00-a təyin edilmiş məhkəmə iclasında iştirakı mümkün olmadığından, xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemində şəxsi kabinet vasitəsilə təqdim etdiyi vəsatətə münasibət bildirib müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 046311 №-li doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, 17 yanvar 2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış, 79 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160(bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, aliment məbləğinin 26 noyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında İddiaçı nümayəndəsi Vəkil iştirak etmiş və o, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemi vasitəsi əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də idarə edənlər, hüquq praktikası vəzifəsində (əmək haqqısı 500 manat), "xxxx" MMC-də hüquqşunas, vəkil vəzifəsində (əmək haqqısı 150 manat), "xxxx" MMC-də idarə edənlər, hüquq praktikası vəzifəsində(əmək haqqısı 700 manat), "xxxx" MTK-da hüquqşunas vəzifəsində (əmək haqqısı 150 manat), "xxxx" MTK-da hüquqşunas, vəkil vəzifəsində (əmək haqqısı 150 manat), "xxxx" MTK-da hüquqşunas, vəkil vəzifəsində (əmək haqqısı 850 manat), "xxxx" MMC-də hüquqşunas, vəkil vəzifəsində (əmək haqqısı 650 manat), "xxxx" MTK-da hüquqşunas(məhkəmə prosesi) vəzifəsində (əmək haqqısı 150 manat), “EURO STYLE” LTD-də hüquqşunas vəzifəsində (əmək haqqısı 300 manat) və "xxxx" MTK-da hüquqşunas(məhkəmə prosesi) vəzifəsində (əmək haqqısı 150 manat) işləyir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi... Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh hüquqşunas, vəkildir və bir neçə şirkətdə hüquqşunas (vəkil) vəzifəsində işləyir. Cavabdehdən bir uşağın saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği (160 manat), onun qazancının (3750 manat) dörddə bir hissəsinin miqdarı (937,5 manat) nəzərə alındıqda əhəmiyyətli dərəcədə azdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilməsini tələb etməkdə haqlıdır və onun iddiası həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Alimentin tutulma müddətinin əvvəli ilə bağlı məhkəmə qeyd edir ki “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarının tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə işin yuxarıda sadalanmış hallarını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan 160 manat miqdarda alimentin məbləği dəyişdirilməli, 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, həmin aliment məbləği tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün ədalətli hesab olunmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesinə ödədiyi 50 manat ödənişin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməli və cavabdehdən 50 manat mediasiya xərci tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləği və tutulma qaydası dəyişdirilsin. 17 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-670/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-670/2023
16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver