Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-676/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32400 manat borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 187,20 manat dövlət rüsumunun əvəzinin, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manatın, ümumilikdə 32887,20 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 13 iyul 2023cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə, iddiaçı tərəfindən cavabdehə 13 iyul 2024-cü il tarixədək qaytarılmaq şərtilə 32400 manat məbləğində pul vəsaiti borc verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq, iddiaçıdan aldığı borcu qaytarmamışdır. İddiaçı cavabdehə pretenziya göndərərək borcun qaytarılmasını xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin İddiaçı məhkəmədə iştirak edən zaman bildirmişdir ki, cavabdeh ona borcundan təxminən 8000 (səkkiz min) manat ödəniş etmişdir. Məhkəçə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, oğlunun iddiaçıya ümumiyyətlə borcu yoxdur, həmin borc müqaviləsi onun borcuna görə bağlanılmışdır. O, Gəncə şəhərində olduğu üçün oğlu onun yerinə notariat ofisinə getmişdir. O, iddiaçıya bu borcnan bağlı 12050 (on iki min əlli) manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana 32400 manat məbləğində pul borc verir, borcalan isə krediti xx.xx.2024-cü il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin hesabına 32400 manat məbləğində ödəniş etmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 32400 manat məbləğində borcun 2 gündən gec olmayaraq ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəzblərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə 480 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə 100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində ödənişlər etmişdir. "xxxx" ASC-ti tərəfindən sorğuya cavab olaraq göndərilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 480 manat, xx.xx.2023-cü il tarixdə 480 manat, xx.xx.2023-cü il tarixdə 480 manat, xx.xx.2023-cü il tarixdə 480 manat, xx.xx.2023-cü il tarixdə 480 manat məbləğlərində ödənişlər edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 187,2 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 32400 manat məbləğində borcu xx.xx.2024-cü il tarixədək qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, həmin kredit müqaviləsi üzrə olan borcundan cəmi 12050 manat ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Belə olan halda, cavabdeh tərəfindən borcun 12050 manatının ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21450 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq və cavabdehin maddi vəziyyətini nəzərə aıaraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 150 manatı, həmçinin, vəkilə ödənilmiş xidmət haqqının 150 manatı (AR MPM 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 21450 (iyirmi bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 150 (yüz əlli) manatı və vəkilə ödənilmiş xidmət haqqının 150 (yüz əlli) manatı alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-676/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-676/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver