Məhkəmə qərarları › İş №e-2(001)-6767/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6767/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6767/2024 05.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə məbləği 2500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir.xx.xx.2022-ci il tarixli,BRCB7941538A299 saylı Kredit xətti müqaviləsinə əsasən ona 500 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı,pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona göndərilmiş bildiriş məktubu və əktubun göndəriməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən,1976.37 AZN əsas,330.82 AZN faiz,cəmi 2307.19 AZN borcu,xx.xx.2022-ci il tarixli kredit kartına dair müqaviləyə əsasən,498.47 AZN əsas, 86.61 AZN faiz, CƏMİ 585.08 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2024-cü il tarixdə bildiriş cavabdeh çatdırılmış, lakin cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçıASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli elektron qaydada (mobil tətbiq vasitəsilə) kredit və hesab müqaviləsinin surətindən görünür ki, bank tərəfindən cavabdehin hesabına illik 25 faiz və məbləği 2500 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, 15/00363 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka 1976 manat 37 qəpik əsas, 330 manat 82 qəpik faiz, cəmi 2307 manat 19 qəpik borcu, xx.xx.2022-ci il tarixli,BRCB7941538A299 saylı Kredit xətti müqaviləsinə əsasən 498 manat 47 qəpik əsas, 86 manat 61 qəpik faiz, cəmi 585 manat 08 qəpik borcu vardır. xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli və xx.xx.2022-ci il tarixli,BRCB7941538A299 saylı Müqavilənin əlavəsindən və ödəniş cədvəlindən görünür ki, borclu hər ay 69 manat 0.18 qəpik ödəməlidir. Borclu Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən,Qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcu üzrə tam borc məbləğinin, 498 manat 47 qəpik əsas, 86 manat 61 qəpik faiz, cəmi 585 manat 08 qəpik məbləğin, xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli kredit müqaviləsinə əsasən, 1976 manat 37 qəpik əsas, 330 manat 82 qəpik faiz, cəmi 2307 manat 19 qəpik məbləğin ödənilməsi tələb olunur. Əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görəcəyi barədə məlumatlandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit və kredit xətti müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh kredit və kredit xətti müqavilələri ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqavilələri ilə aldıqlarını İddiaçı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni xx.xx.2023-cü il tarixli, BUMM1486322B299 nömrəli kredit müqaviləsinə əsasən,1976 manat 37 qəpik əsas, 330 manat 82 qəpik faiz, cəmi 2307 manat 19 qəpik, xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 498 manat 47 qəpik əsas, 86 manat 61 qəpik faiz, cəmi 585 manat 08 qəpik məbləğində pul İddiaçı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 48 manat 0.92 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi: Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 1976 (min doqquz yetmiş altı) manat 37 (otuz yeddi) qəpik əsas, 330 (üç yüz otuz) manat 82 (səksən iki) qəpik faiz, cəmi 2307 (iki min üç yüz yeddi) manat 19 (on doqquz) qəpik borc, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 498 (dörd yüz doxsan səkkiz) manat 47 (qırx yeddi) qəpik əsas, 86 (səksən altı) manat 61 (altmış bir) qəpik faiz, ümumi 585 (beş yüz səksən beş) manat 08 (səkkiz) qəpik borcu və dövlət rüsumu üçün ödənilmiş 48 (qırx səkkiz) manat 92 (doxsan iki) qəpik pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar