Məhkəmə qərarları › İş №e-2(001)-6801/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6801/2022

22.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6801/2022 22.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Cavabdeh Etibar oğlu ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X15 dünyaya gəlmişdir. Tərəflərin nikahına Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-43/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xitam verilmiş, xx.xx.2009-ci il təvəllüdlü X9 anasının yanında qalması müəyyən olunmuş və Cavabdeh Etibar oğlunun aylıq qazancının 1/4 hissəsinin aliment qismində İddiaçı ödənilməsi qət olunmuşdur. Bu günədək cavabdeh bir neçə dəfə 50 manat ödənilməsi halları istisna olmaqla hər hansı məbləğdə iddiaçıya aliment ödəməmişdir. Hazırki vəziyyətdə uşaq böyümüş, xərcləri artmış və onun bütün xərclərini bu günədək İddiaçı tərəfindən qarşılanmışdır. İddiaçının uşağın gündəlik xərclərindən başqa övladının inkişafına üzgüçülük, əlavə hazırlıqlar və bu kimi digər faydalı sahələrə olan əlavə xərcləri də mövcuddur. Cavabdehin iddia ərizəsinə qarşı etirazı əsassızdır. Belə ki, məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdeh yaşayış şəraitinin yaxşılaşdırması üçün 28000 manat ipoteka krediti götürmüş və aylıq ödənişi 401,72 manat təşkil edir. Cavabdehin ailə tərkibi həyat yoldaşı və iki azyaşlı övladı olmaqla 4 nəfərdən ibarətdir. Dövlət reyestrindən əldə olunmuş məlumatlara əsasən cavabdehin rəsmi əmək haqqı 700 manat təşkil edir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumunun məbləği əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda cavadehin ailəsi üçün aylıq xərclərinin məbləği 193X2+220X2=826 manat, ipoteka öhdəliyi 401,72 manat təşkil edir. Bütün yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, cavabdehin məhkəməyə və onlara məlum olmayan mülki, kirayə və s. müqavilələr üzrə əlavə gəlirləri mövcuddur. Çünki aylıq gəliri 700 manat olan şəxsin ayda 826+401,76=1227,76 manat xərcləməsi mümkün deyildir. Odur ki, cavabdehin ödəniş imkanın olmamasına əsaslanması reallığı əks etdirmir. Təqdim olunmuş digər kreditin cavabdehin övladının müalicəsinə götürülməsi ilə bağlı qeyd olunmalıdır ki, kreditin götürülmə tarixi xx.xx.2022-ci il qeyd edilmiş, təqdim edilmiş sübutlara əsasən isə cavabdehin övladının müalicəsi xx.xx.2021-il tarixdə baş vermişdir. Göründüyü kimi müalicə tarixi kreditin götürülmə tarixindən əvvəl baş vermişdir. Odur ki, həmin sənədlər hazırki iş üzrə hər hansı halları sübut etmir. Təqdim edilmiş fakturalar sübutlar hər hansı formada təsdiq edilmədiyindən, onların üzərində müvafiq qaydada möhür və ya digər təstiq edici rekvizitlər mövcud olmadığından həmin sübutların mötəbərliyi şübhə altındadır. Ona görə də, xx.xx.2009-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilib artırılaraq, hər ay 193 manat alimentin və əlavə xərclərə görə hər ay üçün 100 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, hazırkı vəziyyətində tələb olunan ödənişi maddi olaraq ödəmə gücündə deyildir. Belə ki, hal-hazırda çalışdığı Tayqa ticarət şirkətində rəsmi olaraq 700 manat olsa da, 630 manat əmək haqqı alır. Aldığı məvacib ailə xərclərini qarşılamasına imkan vermir. Artıq bir neçə aydır ki, övladı X13 təyin olunmuş 100 manat alimenti imkanı olmadığı üçün valideyinləri ödəyir. İkinci nikahından iki övladı vardır. X23 keçirdiyi ağır xəstəliyi ilə bağlı, bu günə kimi Bakı Medikal Plazada müalicə alır. Uşaqda aşkarlanan xəstəliyi ilə bağlı 25000 manata yaxın müalicə xərci pdımişdir. Bundan sonra müalicəni davam etdirmək üçün X10 fillialından 5000 manat kredit götürmüş və beş ayını ödəmişdir. Yoldaşı hal-hazırda zob xəstəliyindən müalicə alır. Aylıq 402 manat olan aktiv ipoteka kreditinin ödəməsinə valideyinləri dəstək olur. İkinci nikahından olan digər övladı doqquz aylıq Raul Rəhimov allergiya xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün kifayət qədər xərci çıxır. Bu vəziyyətində iddiaçının tələbinə uyğun 193 manat və 100 manat əlavə ödəniş tələbini qarşılaya bilmir. Ona görə də iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ № 325971 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 770 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X6r. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-43/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia tələbi təmin edilərək Cavabdeh ilə X8 arasında xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhər qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2009-ci il təvəllüdlü X9 anası X4 yanında qalması və xx.xx.2009-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq qazancının ¼ hissəsi məbləğində alimentin Cavabdeh tutularaq X7 ödənməsi qət edilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 144855 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci tarixdə 100 saylı akt qeydi tərtib edilmiş, nikah pozulandan sonra arvada Hüseynova soyadı verilmişdir. Elektron sistemdən gəlir məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Təhsil İdarəsində ümumi təhsil məktəbində müəllim vəzifəsində çalışaraq 802,67 manat və 346,66 manat əmək haqqı alır. Elektron sistemdən gəlir məlumatları üzrə çıxarışdan müəyyən olunur ki, Cavabdeh satış üzrə bölmə rəhbəri vəzifəsində çalışaraq 700 manat əmək haqqı alır. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ № 223016 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrəsi ilə qeyd edilmişdir. Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 659155 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 45 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 42 mənzil 50 saylı evə dair Cavabdeh xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. X19 Mingəçevir filial ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavənin surətindən müəyyən olunur ki, borcverən borcalana 10 il müddətinə qaytarmaq şərti ilə illik 12% dərəcəsi ilə 28000 manat faizsiz kredit verməyi öhdəsinə götürmüşdür. Access Bank QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 015A********** saylı kredit müqaviləsi üzrə ödəniş planından müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək əsas borca görə 5100 manat, faiz borcuna görə 2414,86 manat olmaqla cəmi 7514,86 manatı Access Bank QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Milli Hematologiya və Transfuziologiya mərkəzinin xx.xx.2021-ci il tarixli analiz nəticəsindən müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X16 qanın ümumi analizi üçün xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinə əsasən 3800 manat və 4500 manat, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 1000 manat, xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən 1700 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 460 manat, koaqulometriya üçün cəmi 490 manat, biokimyəvi testlər üçün cəmi 1493 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, kart testlər üçün cəmi 14 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 27 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 200 manat, EKG+EXO üçün cəmi 322 manat, kompyuter tomoqrafiya üçün cəmi 110 manat, maqnit rezonans tomoqrafiya üçün 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 175 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 45 manat, yataq xidmətləri üçün 1575 manat, yemək xidmətləri üçün cəmi 102 manat, anesteziologiya üçün cəmi 3,43 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 2628,48 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 202,63 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 974,02 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 11000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 105 manat, koaqulometriya üçün cəmi 56 manat, biokimyəvi testlər üçün cəmi 374 manat, immunoloji testlər üçün cəmi 14 manat, bakteriologiya üçün cəmi 40 manat, rentgen üçün cəmi 20 manat, ultrasonoqrafiya üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 25 manat, paket xidmətləri üçün cəmi 50 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 269,33 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 8,88 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 57 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 252 manat, koaqulometriya üçün cəmi 128 manat, biokimyəvi testlər üçün cəmi 557 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, erkütle köçürmə xidməti və pediatrik təsərrüfat xidməti üçün cəmi 88 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 3 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 100 manat, EKG+EXO üçün cəmi 61 manat, maqnit rezonans tomoqrafiya üçün cəmi 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 100 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 5 manat, yataq xidmətləri üçün 175 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 819,74 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 21,83 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 455,43 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 396 manat, koaqulometriya üçün cəmi 240 manat, biokimyəvi testlər üçün cəmi 897 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, kart testlər üçün cəmi 14 manat, pediatrik təsərrüfat xidməti üçün cəmi 97 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 12 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 150 manat, EKG+EXO üçün cəmi 122 manat, kompyuter tomoqrafiya üçün cəmi 110 manat, maqnit rezonans tomoqrafiya üçün 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 150 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 20 manat, yataq xidmətləri üçün 700 manat, anesteziologiya üçün cəmi 3,43 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 1540,17 manat, pediatriya reanimasiya-ilaçsarf üçün cəmi 121,02 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 643,50 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 460 manat, koaqulometriya üçün cəmi 490 manat, biokimyəvi testlər üçün cəmi 1431 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, kart testlər üçün cəmi 14 manat, pediatrik təsərrüfat xidməti üçün cəmi 112 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 27 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 200 manat, EKG+EXO üçün cəmi 272 manat, kompyuter tomoqrafiya üçün cəmi 110 manat, maqnit rezonans tomoqrafiya üçün 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 175 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 45 manat, yataq xidmətləri üçün 1575 manat, yemək xidmətləri üçün cəmi 93 manat, anesteziologiya üçün cəmi 3,43 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 2585,09 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 196,59 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 936,82 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 412 manat, koaqulometriya üçün cəmi 306 manat, biokimyəvi testlər üçün cəmi 1064 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, kart testlər üçün cəmi 14 manat, pediatrik təsərrüfat xidməti üçün cəmi 100 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 15 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 150 manat, EKG+EXO üçün cəmi 122 manat, kompyuter tomoqrafiya üçün cəmi 110 manat, maqnit rezonans tomoqrafiya üçün 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 150 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 25 manat, yataq xidmətləri üçün 875 manat, anesteziologiya üçün cəmi 3,43 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 1804,46 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 137,39 manat, pediatriya reanimasiyasarf üçün cəmi 709,88 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan X20 xx.xx.2021-ci il tarixli fakturasından müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X3 testləri üçün cəmi 318 manat, koaqulometriya üçün cəmi 194 manat, biokimyəvi testlər üçün cəmi 745 manat, infeksiyalar üçün cəmi 40 manat, immunoloji testlər üçün cəmi 14 manat, erkütle köçürmə xidməti və pediatrik təsərrüfat xidməti üçün cəmi 91 manat, bakteriologiya üçün cəmi 72 manat, digər analizlər üçün 6 manat, rentgen üçün cəmi 40 manat, ultrasonoqrafiya üçün cəmi 100 manat, EKG+EXO üçün cəmi 61 manat, maqnit rezonans tomoqrafiya üçün 150 manat, təcili yardım çağırışı üçün cəmi 150 manat, anesteziyalar üçün cəmi 50 manat, genetik testlər üçün cəmi 240 manat, həkim təqibi üçün cəmi 125 manat, paket xidmətləri üçün cəmi 88 manat, tibb xidmətləri üçün cəmi 10 manat, yataq xidmətləri üçün 350 manat, anesteziologiya üçün cəmi 3,43 manat, pediatriya reanimasiya-ilaç üçün cəmi 1090,77 manat, pediatriya reanimasiya-ilaç-sarf üçün cəmi 76,10 manat, pediatriya reanimasiya-sarf üçün cəmi 543,95 manat, radioloji-ilaç üçün cəmi 15 manat olmaqla ümumilikdə 10000 manat ödəniş edilmişdir. Fiziki şəxs olan X14 tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı övladı X15 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ilə qədər hər ay 80 manat ödəyərək Atrium idman və əyləncə kompleksinin hovuz xidmətindən istifadə etmişdir. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunumdur ki, cavabdeh birinci nikahından olan xx.xx.2009-ci il təvəllüdlü X1 üçün Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün uşaqlara görə müəyyən olunan yaşayış minimumu həddindən aşağı həddə aliment ödəyir. Cavabdeh mənzil şəraitini yaxşılaşdırması üçün götürdüyü borcu qaytarması, ikinci nikahından olan uşaqlarının saxlanması, müalicələri ilə bağlı çəkdiyi xərclərə görə iddia tələblərinə etiraz etsə də, məhkəmə etirazın qeyd olunan əsaslarını cavabdehin birinci nikahından olan övladının saxlanması üçün ölkə ərazisində uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu həddindən aşağı həddə aliment ödəmək vəzifəsindən azad edə biləcək əsas kimi qəbul etmir. Belə ki, cavabdeh ikinci dəfə nikaha daxil olarkən, həmin nikahdan da övladlarının dünyaya gəlməsini, özünün mənzil şəraitinin yaxşılaşdırmağı planlaşdırarkən birinci nikahından olan övladının da ən azı minimal xərclərini ödəmək vəzifəsinin olmasını bilmiş, məhkəməyə cavabdehin təqdim etdiyi sübutlar isə onun qazancının və gəlirlərinin yeganə mənbəyinin, yalnız onun bağladığı əmək müqaviləsi olmadığı qənaətinə gəlmək üçün əsasdır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşağlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından, cavabdehin ikinci nikahından olan övladlarının saxlanmasında iştirak etmək digər valideynin də vəzifəsi olduğundan iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2009-ci il təvəllüdlü X1 üçün müəyyən olunan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay 193 manat müəyyən edilməlidir. Məhkəmə iddiaçının əlavə xərclərə görə hər ay 100 manat tələbi ilə bağlı qeyd edir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (AM-nin 81.1., 81.2., 81.3.-cü mad.) Məhkəmə araşdırması zamanı tərəflərin birgə nikahlarından olan uşağın saxlanması üçün, yalnız iddiaçının qəbul etdiyi qərarla çəkilən xərclərə dair cavabdehin razılığının olmadığı müəyyən olduğundan, məhkəmə tərəflərin hər birinin gəlirlərini, himayələrində yetkinlik yaşına çatmayan uşaqların olmasını nəzərə alıb iddia tələbini bu hissədə təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilməklə iddiaçının mediasiya ilə bağlı ödədiyi 50 manat onun özünə aid edilməli, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-43/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2009-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 manat aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar