Məhkəmə qərarları › İş №e-2(001)-683/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-683/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-683/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 196000 ABŞ dolları dəyərindəki əsas borc və 7350 ABŞ dolları təşkil edən faiz borcu olmaqla cəmi 203350 ABŞ dollar dəyərindəki vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan rəsmi valyuta məzənnəsinə uyğun manatla tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 196000 ABŞ dolları dəyərindəki əsas borc və 7350 ABŞ dolları təşkil edən faiz borcu olmaqla cəmi 203350 ABŞ dollar dəyərindəki vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan rəsmi valyuta məzənnəsinə uyğun manatla tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında iddiaçı tərəfındən verilmiş borc pulun geri qaytarılması ilə bağlı mübahisə mövcuddur. Belə ki, Cavabdeh1 Cavabdeh2 vasitəsilə Rusiya Federasiyasında iş görmək məqsədi ilə iddiaçıdan xx.xx.2022-ci il tarixdə bir il müddətinə 98000 ABŞ dolları məb1əğində borc pul vəsaiti almışdır. İddiaçının öz qohumu olan Cavabdeh2 iddiaçıya Cavabdeh1 bu pulu biznesində istifadə edəcəyini və dövriyyəyə buraxacağını bildirmiş, iddiaçını bu borcu verməyin ona yaxşı gəlir gətirəcəyinə inandırmışdır. Cavabdeh2 Cavabdeh1 tanıdığı üçün onun iddiaçı qarşısındakı borcuna zamin durmuşdur. Cavabdeh1 bu vəsaiti aldığı zaman bildirmişdir ki, bir ilin sonunda iddiaçıya borc məbləğinin iki qatı, yəni ümumilikdə 196000 ABŞ dolları dəyərində vəsaiti geri qaytarılacaqdır. Eyni zamanda, Cavabdeh1 iddiaçı tərəfındən ona verilmiş borc pulun qarantiyası olaraq öz mülkiyyətində olan 1) ünvan 1 ünvanında yerləşən 93.90 kv.m sahəsi olan (reyestr **********67-05301-093472, qeydiyyat № **********), 2) ünvan 2 ünvanında yerləşən 95.14 kv.m sahəsi olan (reyestr JE **********67-05301-093021, qeydiyyat M **********) 3) ünvan 3 ünvanında yerləşən 79.90 kv.m sahəsi olan (reyestr M **********67- 05301-093222, qeydiyyat **********) mənzillərinin dövlət reyestrindən çıxarışlarını iddiaçıya təqdim etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 bir il ərzində tez-tez xatırlatmalar və xəbərdarlıqlar edilmiş, borcun geri qaytarılması tələb olunmuşdur. Cavabdeh1 isə hər dəfə müxtəlif səbəblər və ya bəhanələr yaradaraq, borcu ödəyəcəyini bildirsə də, sözügedən borc indiyə qədər qaytarılmamışdır. Hazırda borcun qaytrılmalı olduğu bir il müddət bitmişdir. Tərəflərindən Cavabdeh1 dəfələrlə zənglər edilsə də, şəxs zənglərə cavab vermdiyindən onunla əlaqə yaratmaq mümkün olmamışdır. Ailəsi, qardaşı və oğlu ilə əlaqə yaradıldıqda onların da Cavabdeh1 harada olması və zənglərə hansı səbəbdən cavab verməməsi ilə bağlı məlumatlarının olmadığı məlum olmuşdur. Belə olduğu halda, iddiaçı öz qohumu olan zamin Ş.Cavabdeh2 müraciət etmişdir. Zamin Ş.Cavabdeh2 isə iddiaçıya olan cavabında narahat olmamasını, Elşənin etibarlı adam olmasını, qaytaracaq deyibsə, qaytaracaqdır, 100 faiz əmin ola bilərsən, o, zamin durmuş, istəyirsə, sənədə də qol çəkə bilər demişdir. Bundan sonra zamin Cavabdeh2 mövcud borcun etirafi haqqında müqavilə imzalanması istənmiş, Cavabdeh2 belə bir borcun mövcudluğunu və bu borcun xx.xx.2022-ci ildə İddiaçı tərəfındən Cavabdeh1 bir il müddətinə verildiyini yazılı şəkildə etiraf etmiş və öz imzası ilə təsdiqləmişdir. Borcun qaytarılmalı olduğu xx.xx.2023-cü il tarixindən indiki vaxta qədər uçot faiz dərəcəsi ilə hesablanmış məbləğ 7350 ABŞ dolları təşkil edir. İddiaçı 196000 ABŞ dollar məbləğində vəsaitini Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə ödənişin gecikdirildiyi 5 ay müddət ərzində həmin məbləğdən 7350 ABŞ dolları gəlir əldə edə bilərdi. 2023-cü il üçün bank uçot dərəcəsi illik 9,0% müəyyən olunmuşdur. Cavabdeh1 borcunu ödəmədiyindən iddiaçı həmin gəlirdən də məhrum olmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərdən və qanunvericiliyin normalarından belə aydın olur ki, Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi tamamilə icra etməmiş, iddiaçıya məxsus 196000 ABŞ dolları məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, bu puldan faydalanmaqla və onu qaytarmaqdan boyun qaçırmaqla ciddi qanun pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və X3 oglundan müştərək qaydada 196000 ABŞ dolları dəyərindəki əsas borc və 7350 ABŞ dolları təşkil edən faiz borcu olmaqla cəmi 203350 ABŞ dollar dəyərindəki vəsaitin tutularaq iddiaçıya Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan rəsmi valyuta məzənnəsinə uyğun manat ilə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında borc müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh1 Rusiya Federasiyasında yaşamaqda, orada müəyyən ticarət və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh1 onlara müəyyən məbləğdə vəsait verməyi təklif etmiş, o, həmin vəsaiti daha artıq məbləğdə, yəni iki qat formada onlara qaytaracağını demişdir. Bu danışıqlarda həmçinin Cavabdeh2 iştirak etmişdir. Bir növ Cavabdeh2 bu razılaşmada vasitəçi, zamin, qarant rolunda çıxış etmiş və hər iki tərəfi əlaqələndirmişdir. İddiaçı bu təkliflə razılaşmış, çünki verəcəyi məbləğin, borcun əvəzində xeyli miqdarda gəlir də qazanc əldə edə bilərdi. Bununla bağlı tərəflər 2022-ci ildə razılığa gəlmişlər. 98000 ABŞ dolları məbləğində vəsait müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə Cavabdeh1 təqdim olunmuşdur. Lakin bundan sonra geri dönüş olmağı iddiaçı bir müddət gözləmiş, Cavabdeh1la bir müddət sonra əlaqə tamamilə kəsilmişdir. Lakin vasitəçi və zamin olan Cavabdeh2 Bakıda olduğuna görə Cavabdeh2lə müzakirələr aparılmış və vəsait tələb olunmuşdur. Ş.F.Şəbiyev isə pulu geri qaytaracaqlarını vəd etmiş, bu danışıqlar uzun müddət davam etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət olunması qərar alınmışdır. Elşən iddiaçıya borc məbləğinin geri qaytarılması ilə bağlı öhdəliyin təminatı olaraq özünə məxsus üç mənzilin çıxarışını cavabdehə və iddiaçıya təqdim etmişdir. İddiaçı bununla bağlı müvəqqəti təminat tədbiri seçilməsi üçün məhkəməyə müraciət etmişdir. Çünki Elşən evlərdən birini satmış, digər iki ev isə satılmamışdır. Elşənin evinin çıxarışlarının verilməsində məqsədi borcun əvəzində gələcəkdə pul batsa o, evləri satıb borcun əvəzini ödəmək olmuşdur. Məhkəməyə həmçinin telefon danışıqları təqdim olunmuşdur. Elşənlə iddiaçının əlaqə saxlaması mümkün olmamış, ümumiyyətlə o şəxs tapılmır, telefonlarına cavab vermir. Bir dəfə Elşən Cavabdeh2lə əlaqə saxlamış, həmin səs yazısını onlar məhkəmə iclasında dinləmişlər. Elşən borc məbləğini qəbul edir, səmimi şəkildə peşmançılığını bildirir, həmçinin Cavabdeh2 də çətin vəziyyətdə qoyduğunu etiraf edir. İddia verildikdən sonra prosesə Cavabdeh1 vəkili qoşulmuş mənkəməyə etirazı təqdim edərək, iddiaçını ümumiyyətlə tanımadıqlarını bildirmişdir. Lakin iclasda digər cavabdehin nümayəndəsinin verdiyi izahatdan da məlum olmuşdur ki, bu şəxslər hamısı bir birini tanıyırlar, eyni rayondan, eyni kənddəndirlər və müəyyən əlaqələri vardır. Hətta cavabdehin nümayəndəsinin çıxışından da aydın oldu ki, şəxslər kifayət qədər bir birilərini yaxşı tanıyırlar. Ona görə də Cavabdeh1 bu mülahizəsini ümumiyyətlə qəbul etmirlər. Digər tərəfdən də vəkil bildirir ki, ümumiyyətlə o müqavilə etibarsızdır. Belə ki, xx.xx.2023cü il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında da oxşar məsələ ilə bağlı hüquqi mübahisələrdə göstərilmişdir ki, forma və tələblər qanunvericilikdə nəzərdə tutulduqda bunlar etibarlılıq şərti kimi yox, sübut etmə şərti olaraq göstərilir. Həmçinin o, Bakı Apellyasiya Məhkəməsinin başqa qərarı ilə tanış olmuş, həmin qərar Konstitusiya Məhkəməsinin qərarından daha əvvəl olsa da, oxşar hüquqi yanaşma movcuddur ki, məhkəmə öz qərarında göstərir ki, tərəflər arasında yazılı müqavilənin bağlanılmamış olması həmin əqdi etibarsız etmir. Çünki əqdin bağlanması başqa sübutlarla təsdiqini tapırsa, yəni sübutetmə başa çatmışdırsa, o halda bu əqd etibarsız olardı. Beləliklə, göstərilənlərə əsasən, yekun olaraq hesab edir ki, iddia tələbi məhkəməyə təqdim olunan sübutlarla və tərəflərin izahatları ilə kifayət qədər öz təsdiqini tapmışdır. İddiaçı borcu hissə-hissə vermiş, pulun bir hissəsi Cavabdeh1 özünə verilmiş, bir hissəsi də Cavabdeh2 vasitəsilə verilmişdir və yaxud da başqa tanışları vasitəsi ilə verilmişdir. Şərt də o idi ki, bir il sonra borc iki qat məbləğdə geri qaytarılacaqdır. Borc 2022-ci ilin mayından verilməyə başlamış, yay aylarında ödəniş tamamlanmışdır. Borc Cavabdeh1 verilmışdır. Bütün məbləğ Elşənə müxtlif vasitələrlə çatdırılmışdır. O, vasitələri indi dəqiq izah edə bilmir, çünki fərqli fərqli vaxtlarda fərqli-fərqli məbləğlərə olmuş, məbləğləri isə o, dəqiqləşdirməlidir. Bu məsələdə Cavabdeh2 başqa, özlərinin dost tanışları qohumları məlumatlıdır. İddiaçını Cavabdeh1 ilə Cavabdeh2 tanış etmişdir. Ona görə də hesab edir ki, Şaban da həmin borc üzrə borcludur. O, qarant rolunda çıxış edib əminliklə iddiaçıya deyib ki, borc geri qaytarılacaqdır. Cavabdeh2 deyir ki, Elşən burada deyil, Rusiyadadır, tapa bilmir, əlaqə saxlaya bilmir. İddiaçıda Şabana deyir ki, sən gətir pulu qaytar. Əvvəldən şərt olmuşdur ki, əgər pulu Cavabdeh1 qaytarmasa, digər Cavabdeh2 də pul tələb ediləcəkdir. İş materiallarında Cavabdeh2 borcun etirafı ilə bağlı izahatı da vardır. Orada qeyd olunur ki, “Bu borca mən zamin durmuşam, borcun ən qısa zamanda geri qaytarılacağına şübhəm yoxdur və geri qaytarılacaq”. Əvəllər Cavabdeh1 ilə borc verilməsi ilə bağlı iddiaçının başqa alış-verişi olmamışdır. İlk dəfə iddiaçı Cavabdeh1 borc pul vermişdir. Tərəflər yerli idilər, bir birilərini tanıyırdılar, bir-birinə güvənmişlər. Cavabdeh2 ilə İddiaçı bir-biriləri ilə yaxın adamlar olublar, bir-birilərinin sözlərinə güvəniblər. Yəqin ki, əvvəllər də müəyyən əlaqələri olmuşdur. Ş.İ.Şəfiyev iltizama arxayın olmuşdur. Cavabdeh1 Rusiyada bazarda işləyir, onlar verilən pula nəsə alıb satırdılar. Ona görə də rəsmiləşmələr çox olmayıbdır. Elşən orada çoxdan yaşayan bir insandır və onun orada o pulla hansı əməliyyatlar edəyəcəyini çox da dəqiq bilmirik. Yəqin ki, Cavabdeh2 onları dəqiq bilər. Tərəflər bir-birilərinə yaxın adamlar olub, arada inam olub, razılaşıblar və kağıza imza edib, bu da müəyyən qədər inam yaradıb, kifayət qədər böyük məbləğdir, Belə hallar həyatda baş verir. Cavabdeh1 aldığı vəsaitdən heç bir vəsait qaytarmamışdır. Verilən borcun iddiaçı iki qatını və faiz də tələb edir. X4 uçot dərəcəsinə uyğun olaraq pulun saxlanmasına görə hesablanmış faizdir. Evlərin çıxarışları həmin pulun alındığı dövrdə may ayında Cavabdeh1 tərəfindən iddiaçıya verilmişdir. İddiaçı pulun bir hissəsini Cavabdeh1 özünə vermiş, bir hissəsinə çıxarışları götürmüş, bir hissəsini Cavabdeh2 vasitəsilə göndərilmişdir. İddiaçının ona verdiyi şifahi məlumata görə 98000 ABŞ dolları pul vəsaitinin hamısı Cavabdeh2 vasitəsilə Elşənə ayrı-ayrı vaxtlarda hissə-hissə verilmişdir. Pul hazırda Cavabdeh1dır və bu işin danılmaz faktıdır, bu yazısından da görünür. Pul Elşəndə qanunsuz olaraq saxlanılır, geri qaytarılmır. Pul cavabdehdədir və iddiaçıya geri qaytarılmalıdır. İddiaçının tələbi hər iki cavabdehə qarşıdır. Kimin nə qədər ödəməsini cavabdehlər öz aralarında müəyyənləşdirsinlər. Cavabdeh2 zamin olmasını təsdiq etməsi aydındır, o, olmasaydı Azər Elşənə borc pul verməzdi. Səs yazısı vatsapla göndərilmiş səs yazısı olduğuna görə bir tərəfin danışıqlarıdır. Səsli mesaj Şabanın nömrəsinə gəlmişdir. Belə bir senari qurub emosional tonda danışıq uydurmaları absurd olardı, mümkün deyildir. Səs Cavabdeh2 göndərilmişdir. Onlar səs yazısının qarşı tərəfdən inkar olunmasını gözləməmişlər. Azər özü Elşənlə birbaşa əlaqə saxlaya bilməyib, ona görə də Azər Cavabdeh2 sıxışdırır ki, arada o vasitəçi olduğuna görə pulu ya o, özü qaytarsın ya da Elşəni tapıb pulu qaytarsın. Səs yazıları ilə bağlı Ali Məhkəmənin qərarları ilə tanış olmuşdur. Belə ki, bu gün oxşar bir halda məhkəmə MPM-nin 106.2-ci maddəsinə istinad edərək bildirir ki, sübutu özündə saxlayan tərəf əksini sübut etməmiş kimi hesab olunur. Ona görə onlar həmin qərarın mətnini bu işə əlavə etmişlər. Oxşar işdə şəxs ekspertizadan yayınmış, səsin özünə aid olmasını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda Apellyasiya və Ali Məhkəmə bu hallarda MPM-nin 106.2-ci maddəsinin təsiri dairəsinə düşdüyünü qeyd etmişdir. Bundan başqa, cavabdehin ölkədə olmaması müzakirə olunarkən qarşı tərəfin vəkili Cavabdeh1 ölkədə olmadığını və həmçinin digər cavabdehlə görüşmədiyini bildirmişdir. Digər cavabdehin təqdim etdiyi pasport məlıumatlarından aydın olur ki, cavabdehlərdən Cavabdeh2 Rusiya Federasiyasında olmuş və eyni qaydada onlar xx.xx.2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinə sorğu vermiş, lakin bu günə qədər cavab daxil olmamışdır. Onlar əmindirlər ki, Elşən ölkəyə gəlib getmişdir. Çünki Cavabdeh2 də münasibətdə eyni hal baş vermişdir. Ola bilər ki, sistemdə yenilənmə yavaş gedir. Çox təəsüfki, Sərhəd Xidmətindən bu günə qədər cavab gəlməmişdir. Qarşı tərəf bu məsələni mübahisələndirsəydi, onlar sorğunu verərdilər. Hər hansı şübhə olmadığına görə onlar sorğunu daha əvvəl verməmişlər. Çünki ehtiyyac hiss etməmişlər. Çıxarışların onlara hansı formadan verilməsi, hardan əldə olunması ilə bağlı qarşı tərəf nə sübut, nə də məntiqli izah verə bilməmişdir. Bu çıxarış ayrıca indefikasiya nömrəsi, ayrıca reyestr nömrəsi olan xüsusi bir sənəddir ki, bu sənədi kənardan əldə etmək mümkün deyildir. Çıxarışlar məhz Cavabdeh1 tərəfindən onlara təqdim olunmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 196000 ABŞ dolları əsas borc və 7350 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 203350 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh1 İddiaçı ümumiyyətlə tanımır, onunla arasında nə işgüzar münasibət olmuş, nə də, borc münasibəti olmuşdur. Cavabdeh2 Firidun oğlunu tanıyır, lakin onunla da heç bir borc münasibəti yoxdur. İddiaçının bildirdiyi hər hansı bir borc məbləği mövcud olsaydı bununla bağlı müqavilə olardı. Belə ki, qanunvericiliyin tələbinə görə, məbləği 3000 manatdan çox olan borc müqavilələri yazılı şəkildə bağlanmalıdır. Qeyd olunanlardan da göründüyü kimi, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Nə yazılı müqavilə var, nə də əsaslı digər bir sübut. Halbuki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, iddia tamamilə əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və təmin edilməməlidir. Qeyd olunanları rəhbər tutaraq, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçı tərəf birinci dəfə dedi ki, 98000 verilibdir, sonra dedilər, hiss-hissə verilibdir, daha sonra da dedilər ki, özünə verilibdir, sonra dedilər ki, Şaban vasitəsilə verilibdir. Lakin bununla bağlı sübut yoxdur. Ümumiyyətlə İddiaçı Cavabdeh1 tanımır, lakin Cavabdeh2 eyni rayaondan olduqlarına görə tanıyır, onlar arasında hər hansı borc pul məsələsi yoxdur. Onlar ümumiyyətlə nə etirazımızda nə də izahatlarında müqavilənin etibarsızlığını mübahisələndirməmiş, müqavilənin ümumiyyətlə olmadığını deyirlər. Mövcud olmayan müqavilənin hansı etibarsızlığını mübahisələndirə bilərlər. İddiaçı tərəfin qeyd etdiyi Konstitusiya Məhkəməsinin qərarı ilə razıyıq, amma o qərarın bu məsələyə aidiyyatı yoxdur. Digər Cavabdeh2 nümayəndəsinin qeyd etdiklərinə gəldikdə isə, keçən məhkəmə iclasında cavabdehin nümayəndəsi onların görüşmədiklərini, bir-birilərini tanımadıqlarını, bütün pul alış-verişinin Cavabdeh2 vasitəsilə olmasını desə də, bu məhkəmə iclasında atası vasitəsilə Azər və Elşənnin bir yerdə oturmaları, Şabanın Moskvaya getməsini, orada da danışmalarını bildirir. Lakin sərhəd keçmə məlumatlarından görünür ki, Cavabdeh1 ümumiyyətlə 2022-ci ildən sonra Azərbaycan Respublikasına gəlməmişdir. Cavabdeh2 isə 2021-ci ildən sonra Moskvaya getməmişdir. Buradan hər şey açıq aydın görünür və hesab edir ki, iddia tamamilə əsassızdır, düzgün məlumatlar deyildir. Əgər düzgün məlumat olsaydı, hər hansı formada təsdiqini tapardı və ya təsdiq edəcək hər hansı sənədlər sübutlar məhkəməyə təqdim olunardı. Lakin heç bir sübut yoxdur. Digər cavabdeh tərəf ziddiyyətli ifadə verərək, onları borclu çıxarır, onun pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən istəyir. Lakin bununla bağlı heç bir sübut təqdim etmir. Borc məbləği az məbləğ deyildir, 98000dir, nəticədə 203000 dollar tələb edirlər və bununla bağlı heç bir yazılı sənəd, məlumat təqdim etmir, öz dedikləri kimi Cavabdeh1 İddiaçı tanımırdı. Necə güvəniblər, o qədər pulu vermək olmaz. İndiki dövrdə bu real məsələ deyil, mümkün deyildir. Ən azından videoçəkiliş edərdilər, yazılı sənəd tərtib edərdilər. Deyirlər ki, səs yazı təqdim olunubdur. İndiki müasir texnologiya dövründə, kimin səsi istənilsə, hansı formada hansı sözlərlə hazırlamaq olar. Səs yazıları ilə bağlı mütəxəssis rəyi də təqdim etməyiblər ki, o səs yazısı kimə aiddir, texniki vasitələrin köməkliyi ilə düzəlibdir ya yox, real göndərilən səsdir ya yox. Bununla bağlı sübutlar təqdim olunsaydı, həqiqətən səs yazısının Cavabdeh1 aid olması açıq aydın ortaya çıxardı. Onlar hazırda etiraz edirlər, Cavabdeh1 də deyir ki, “mənim elə bir borcum yoxdur, elə bir səsi heç kimə göndərməmişəm, əgər varsa belə bir, sübutunu təqdim etsin”. İndiki halda biz hesab edirik ki, heç bir sübut yoxdur, bu məbləğlərin də hansı formada alınması öz təsdiqini tapmır. Cavabdeh1 İddiaçı tanımır, ondan borc pul almamış, nə də Cavabdeh2 vasitəsilə də borc pul almamışdır. Cavabdeh1 deyir ki, o, heç kimə çıxarış verməmişdir. Sadəcə olaraq çıxarışlar, yalnız Elşənin bacısının həyat yoldaşında vardır. Çünki həmin evlərdən ikisi Elşənin bacısının həyat yoldaşınındır, yəni onda ola bilər. Bundan əlavə çıxarışlar elektron çıxarışlardır. Elektron çıxarışları da sistemdən çıxartmaq mümkündür. Yəni ki, kiməsə əllə verməyə ehtiyyac yoxdur. Satılan əmlak Elşənin bacısının ərinin əmlakıdır. O, Elşənə müvəqqəti təminat tədbiri seçilməsi ilə bağlı qərardad barədə deyəndə, Elşən evin bacısının ərinin olmasını deyib “özü bilər, mən ona evi alan kimi baş etibarnamə vermişəm” demişdir. Cavabdeh deyir ki, etibarnaməni indi verməyib, köhnə etibarnamədir və notariat işinin içində də vardır. Cavabdeh1 bacısının ərinin iki evi vardır. Onlardan birini bacısının əri satmış, digər iki evlər qalmışdır. Dediyim kimi Cavabdeh1 xəbəri olmayıbdır. Cavabdeh1 çıxarışları heç kimə təqdim etməmişdir. Cavabdeh1 ona mobil notariat vasitəsilə elektron etibarnamə vermişdir. Cavabdeh1 dediyinə görə Cavabdeh2 ola bilsin ki, Əmlak Komitəsində işləyən tanışları var və onlar vasitəsilə elektron çıxarışlar əldə edilmişdir. Cavabdeh1 deyənə qədər çıxarışların onlarda olmasını bilmirdi. Sırf həmin evlə bağlı verilən etibarnamə notariat işinin içindədir. Elşənin bacısının ərinin evidir və ev alınan kimi, etibarnamə verilmişdir. Cavabdeh1 satılmasını da MTT qərardadını biləndən sonra xəbər tutmuşdur. Cavabdeh1 İddiaçı tanımadığını, onun kim olmasını bilmir, o, Ş.F.Manafovu tanıyır. Cavabdeh1 İddiaçılə və Cavabdeh2lə pul verilməsi ilə bağlı heç bir söhbəti olmamış, səs yazısı onun deyil, o, səs yazısı göndərməmiş, hazırki məhkəmə mübahisəsindən qohumları vasitəsilə xəbər tutmuşdur. Səs yazısının hansısa texniki qurğu vasitəsilə hazırlanıb-hazırlanmamasını bilinmir. Hansı nömrədən kimə göndərilməsi ilə bağlı məlumat yoxdur. Səs yazısında Hacı deyə-deyə müraciət olunur. Bu iddiada elə ad yoxdur. Bundan əlavə, səs yazısında bir nəfər danışır, o da kimə nə verib kimdən nə alıb bilinmir. Əgər Cavabdeh2 deyirsə ki, səs ona göndərilibdirsə, niyə Cavabdeh2 üzr istəmirdi, yazıda Azərdən ümumiyyətlə danışılmır, Azər adı çəkilmir. X7 kimdirsə orada, o niyə tələb etmirdi. İddiaçılə Cavabdeh2 arasında olan söhbət idisə, Cavabdeh1 niyə ortada var. Yəni ayrı-ayrı tələb olmalı idi. Azər bir başa verməyibdir. Yeganə sübut olan səs yazısında da deyilmir ki, Cavabdeh2 vasitəsilə İddiaçı borcu var. Yəni ki, şübhə doğuran bir şey yoxdur ki, o barədə müzakirə edək. Heç bir tutarlı şey yoxdur. Cavabdeh1 onun əlaqə saxladığı nömrə +7***-***-**-** nömrəsidir. Zaminlik müqaviləsinin qanunvericiliklə hansı formada bağlanması Cavabdeh2 məlum deyildir. Pul Şabanın vasitəçili ilə Elşənə verilmişdir. Şaban borcun iki qat qaytarılmasına zamin durmuşdur. Şaban zamin olduğunu qəbul edir və məhkəmədən də xahiş edir ki, tələb ilkin olaraq bir nömrəli cavabdehə yönəldilsin, daha sonra ona yönəldilsin. İddia tələbinin onlardan tutulması hissəsinə zaminiksə müştərək qaydada tutulmasına razıdırlar. Qanunvericiliyin tələblərinə görə onlar zamin olduqlarını qəbul edirlərsə, qarşı tərəfin iddiasını müştərək qaydada icra edəcəkləri təqdirdə onlar iddianı qəbul edirlər. Öhdəliyin, yalnız Şabana aid olmasını qəbul etmirlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia ərizəsini qismən qəbul edərək izahtında göstərmişdir ki, Cavabdeh2 həmin pulun ödənilməsini öz izahatında təsdiq edir. O, da nümayəndə kimi bunu təsdiq edir. Cavabdeh2 pulların verilməsində qarant və zamin kimi iştirak etmişdir. Pul Cavabdeh2 vasitəsilə verilmişdir. 2022-ci ilin may və yay aylarında Cavabdeh1 özü də bura gəlmiş, hər üç tərəf Elşən, Şaban və Azər Xətai çay evində görüşmüş, Şaban Azərə demişdir ki, Elşən öz adamları, yerliləri, qohumlarıdır. Şaban Elşənə də demişdir ki, Azər öz adamlarıdır, narahat olma. Şaban hər iki tərəfə də şifahi zaminlik vermiş, bir-birlərindən narahat olmamaları üçün hər ikisi də düzgün adamlardırlar. X5 tanış etmişdir. Hər ikisi yerli olsalar da, bir-birləri ilə çox yaxın deyildilər. Görüş vaxtı da Şaban tərəflərə demişdir ki, ikiniz də yerlisiniz. Azərin pulu var idi, Elşənin də Rusiyada dövriyyəsi var idi. Azər pulu Elşənə verəcək, Elşən də həmin pulu dövriyyəyə buraxıb, daha sonra Azərə iki qat məbləğdə pul qaytarmağı öhdəsinə götürmüşdür. Şaban da Rusiyada işlə məşğul olurdu deyə Elşənin işinə bələd idi. Orada Elşən yuyucu vasitələrin satışı ilə məşğul olmuş, dövriyyəsini artırmaq üçün pul, əlavə düzgün investisiya axtarmış, Azər də Elşənə investisiya etmişdir. İnvestisiyanın da zamini Şaban idi. Şaban da Azərə deyirdi ki, narahat olma pulun etibarlı əllərdədir, Elşən pulunu qaytaracaqdır. Azəri arxayın salan Şaban olmuşdur. Pulun Şaban vasitəsilə verilməsi deyəndə həm bu nəzərdə tutulur, həm də Şaban Rusiyaya gedəndə Azər pulu hissə-hissə Şabana verirdi, o da Elşənə çatdırırdı, ya burada veriləndə orada əmisi oğlu Elşənə çatdırırdı. Əmisi oğlunu da səs yazıları var idi, Şaban keçən dəfə onunla danışmışdır. Özü də deyirdi ki, “Hacı bilirəm Elşən səni pis vəziyyətdə qoymuşdur. Əmim oğlu olsa da dələduzluq etmişdir. Elşənə lənət oxuyur ki, onun da adını batırıbdır, adı hallanır, sənin qabağında gözü qarayam”. Yəni ki, bunlar hamısı qohumluq əlaqələri olduğuna görə bu insanlar arasında yazılı müqavilə bağlamağa və s. köhnə kişilər olduğuna görə özlərinə sığışdırmırlar ki, nəcə yəni öz qohumunla yazılı müqavilə bağlanılsın. Elşən göndərdiyi səs yazılarından “Hacı pul cəhənnəm, sənin qabağında mənim başımın əyilməsi mənim üçün utanc oldu”. Yəni bunların hamısı odur ki, yazılı müqavilə bağlamağa ehtiyyac görülməmişdir. Çünki hamı bir-birinə güvənmişdir. Şaban da Elşənə güvənirdi, çünki Elşən illər idi bu işi görürdü. Şaban neçə vaxtdır şəkər xəstəsidir, ürəyi də narahatdır. Şaban deyir ki, canı bildiyi adam indi onu pis vəziyyətdə qoymuş, indi onları məhkəməyə çağırırlar. Onaların nəyinə lazımdır axı məhkəmədə cavabdeh qismində çıxış etsinlər, kimisə onlardan pul tələb etsin. Yəni ki, bu məsələlər yazılı müqavilə ilə tənzimlənən məsələlər deyil, bu insanlar 60 yaşında yaşlı adamlardır. Yazılı müqaviləni özlərinə sığışdırmayan insanlardlar. Ona görə də bu səs yazıları və sair onların sübutlarıdır. Elşən özü də faktiki deyir ki, pulu ondan alıbdır. Səs yazılarının tarixi oktyabr ayının axırı, noyabr ayının əvvəlləri olmuşdur. O, bilir ki, borclu borcunu ödəmədiyi halda zamin borcu ödəməlidir. Lakin bunun qaydası odur ki, məhkəmə qaydasında borc borcludan tələb edilməlidir. Həmin vaxtı borclu borcu ödəyə bilmədiyi halda zamindən tutulmalıdır. Lakin bu adam borcu qaytara bilməsinin sübutu olaraq onlara evinin çıxarışlarını vermişdir. Şaban da həmin çıxarışların verilməsində iştirak etmişdir. Yəni ki, borclu borcunu qaytara bilər, çünki onun maddi imkanı buna çatır. Məhkəmədən xahişi odur ki, real cavabdeh ortada ola-ola zaminlik rolunun qabardılması mənassızdır. Cavabdehin balansında yetərincə pulu var, aktivləri, evləri var və cavabdeh özü borcunu qaytara bilər. Cavabdeh2 borcun bir nömrəli cavabdeh tərəfindən qaytarılmasının tərəfdarıdır, özünün müstəqil olaraq borcu qaytarmaq fikri yoxdur. 2022-ci ilin may ayından sonra, yəni borcu verəndən sonra Şaban Rusiya Federasiyasında olmuş, Elşənlə görüşmüş, Cavabdeh2 Rusiya Federasiyasına gedəndə pulun qaytarılmaq mərhələsində olmamışlar, ondan sonra gedəndə Cavabdeh2 Cavabdeh1 tapa bilməmişdir. Səs yazılarında elə onların söhbəti gedir ki, aylardır Elşəni axtarırlar amma tapa bilmirlər. Polisə də məlumat verilmiş, Elşən köhnə yaşadığı ünvanda da yaşamır, əvvəl mühasibin nömrəsi olmuş, artıq o, da zənglərə cavab vermir. Elşənin orada Həsi adlı bir adam var ki, Elşənlə bir yerdə işləyir, Həsi özü də Elşəni axtarır. Borcun qaytarılması ilə bağlı Elşənin qardaşı və əmisi oğlu ilə danışıqlar aparılır. Elşən hər yerdə axtarılsa da, ortada yoxdur. Azərlə Elşən çay evində 2020-ci ilin may və yay aylarında görüşüblər, lakin bunu təsdiq edəcək xatirə şəkli çəkdirməyiblər. Elektron sistem ola bilsin ki, könədir. Miqrasiyadan alınan məlumatda onun son giriş-çıxış vaxtları göstərilmişdir. Cavabdeh2 iddianı qəbul edir, lakin iddianın ona aid olan hissədə təmin olunmamasını xahiş edir. Çıxarışlarla bağlı o, iddiaçının dediklərini təsdiq edir, çünki həmin söhbət zamanı Şabanda orada olmuş, üç evin çıxarışı iddiaçıya təqdim olunmuş, Elşən narahat olmasınlar, üç evinin olmasını demişdir. 2021-ci ilin sonu, 2022-ci ilin əvvəlində çıxarışlar ortada olmuş, Cavabdeh1 həmin vaxtdan qarant kimi göstərmişdir ki, “mənim çıxarışlarım var, narahat olmayın, əgər pulu batırsam ya qaytarmasam evlərimi satıb pulunuzu qaytaracam”. Ona görə də bunlar arxayın düşmüşlər. Çıxarışlar elektron qaydadır. Cavabdeh1 çıxarışların kodlarını onlara vermişdir. Artıq köhnə sistem deyil ki, çıxarışın əsli lazım olsun, çıxarış kodunda bir rəqəm səhv yazılsa, çıxarış tapılmır. Səs yazısı Şabanın telefonuna Cavabdeh1 tərəfindən 107- ***-***-**-** saylı nömrə ilə göndərilmişdir. Həsi adlı şəxs Rusiya Federasiyasında Cavabdeh1 kimi alverlə məşğul olan şəxsdir. Həci isə Şabandır, həcc ziyarətində olduğuna görə ona hacı deyirlər. Şaban də Rusiya Federasiyasında ticarətlə məşğuldur və bu işdə heç bir şəxsi marağı olmamışdır. Şaban cari vəziyyətdə Rusiyada alverini saxlayıbdır və Azərbaycandadır. Şabanın pasportundan görünür ki, o, xx.xx.2023-cü il tarixdə də Rusiya Federasiyasına girmiş, xx.xx.2023-cü il tarixdə çıxmışdır. Son dəfə Elşənlə əlaqə saxlanılarkən, o səsləri Şabana göndərmiş, 5-10 gün ərzində pul qaytaracağını demiş, sonra isə onunla əlaqə yaratmaq mümkün olmamışdır. -107-***-***-**-** saylı telefon nömrəsinin Elşənə məxsus olmasını təsdiq edən sübutları yoxdur. Məhkəmədən xahişləri odur ki, pul Cavabdeh1 tutulsun. Zamin olaraq məhkəmənin qərarına əsasən üzərilərinə düşən hissəni geri qaytarmağı öhdələrinə götürərlər. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi səs yazılarından müəyyən olunur ki, şəxsiyyəti məhkəməyə məlum olmayan şəxs Hacı adlı şəxsə müraciət edərək təəssüflə pulu vaxtında qaytara bilmədiyini, qısa müddət ərzində pulu qaytaracağını, Həsiyə Hacı ilə aralarında 40000 ABŞ dolları haqq-hesablarının olmasını deməsini, o, 41000 ABŞ dollarını, 50000 ABŞ dollarını, 8000 ABŞ dollarını 5-10 günə Hacıya çatdıracağını bildirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışından müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 664 Cavabdeh1 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 620 Cavabdeh1 mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi 1188-ci məhəllə ev 17C mənzl 215 Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh2 tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə 98000 dollar məbləğində pul almasını və Cavabdeh1 təqdim etməsini, borcun Cavabdeh1 1 il müddətinə verilməsini, bu borca o, zamin durmasını, borcun ən qısa zamanda Cavabdeh1 İddiaçı geri qaytarılacağına şübhəsi olmadığını, əvvəlcədən deyildiyi kimi, borcun İddiaçı xx.xx.2023-cü il tarixədək 2 qatı şəkildə, yəni 196000 dollar olaraq qaytarılacağını təsdiq etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı münasibətdən müəyyən olunur ki, məhkəmədən aldığı bildiriş onu şoka salmış, Elşən və Azər onun yaxın (qohum) adamlardır. Elşən uzun müddətdir Moskvada işləyir, orda özünün əlaqələri, işləri var. Bir müddət əvvəl Elşən ona yaxşı pul olsa dövriyyəyə buraxıb yaxşı pul qazandırar demişdir. O da Elşənə qohumunun pulu var, istəsə onunla danışar demişdir. Elşən razılaşmış, 1 il ərzində nə pul versə onun ikiqatını qaytaracağını demişdir. Keçən il o, X1 kafedə görüşdürmüş, şam yeməyi yeyib söhbət edərək şərtləri müzakirə edib razılığa gəlmişlər. Razıladılar ki, Azər Elşənə pul verəcək, Elşən 1 il ərzində həmin pulun ikiqatını Azərə qaytaracaqdır. Razılığa gəldilər o da şahidlik eldib, həmdə zamin durmuşdur. Azər Şaban zamindisə o razıdır demişdir. Razılaşandan bir müddət keçəndən sonra Azər ona özləri aralarında danışıb Elşənlə xırda detalların hamısını muzakirə edib razılaşmalarını demişdir. Yenə görüşdülər onun vasitəsilə pulu Elşənə verdilər. O bilirdirmişdir ki, özləri də öz aralarında danışırlar, ünsiyyətləri var mütəmadi olaraq əlaqədədirlər. Bu yaxınlarda Azər ona bir müddətdir xəbər ala bilmədiyini, narahat olmasını demişdir. O, narahat olma Elşən etibarlı adamdır, heç bir problem yoxdur, o onsuz Moskvaya gedəcək, Elşənlə də görüşər soruşar ki, pul nə yerdədi. O daha sonra öz işlərilə bağlı Moskvaya getmiş, Elşənlə görüşmüş, Elşən ona narahat olma, Azərə də de ki, narahat olmasın indi bir az problemləri var ödəyəcək demişdir. Bakıya qayıdandan sonra bildirişi almış, Elşən ona zəng edərək bu nə məsələdir məhkəmə, əmlakın üstünə həbs və sair qoymasını, ayıbdır məhkəmə nədir, axı problərinin olmasını, ödəyəcəyini demişdir. Elşən ona sən Azərə 40- 50 min dollar düzəlt ver, qalanını o qısa vaxtda verəcəyini demişdir. O da, özünün imkanı yoxdur, çatdırmır ona görə özünün verməsini demişdir. Qeyd etmək istəyir ki, özü də məhkəməyə gələ bilmir, vəziyyəti yaxşı deyil xəstəyədir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatından müəyyən olunur ki, həqiqətən İddiaçı 98000 dollar məbləğində pul vəsaitini onun vasitəsilə Cavabdeh1 borc olaraq vermişdir. Bu borc Cavabdeh1 1 il müddətinə verilmişdir. Borcun İddiaçı 2 qatı şəkilində, yəni 196000 dollar olaraq qaytarılacağı razılaşması olmuşdur. Bu borca o, zamin-qarant durmuş və şahidlik etmişdir. Bütün danışıqlar və razılaşmalar şifahi qaydada aparılmış, yazılı qaydada aparılmasına lüzum olmamışdır. Hazırda borcun qaytarılması barədə danışıqlar gedir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatından müəyyən olunur ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında borc müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən vəsait cavabdehlərə təqdim olunmuş, lakin bugünki tarixədək hər-hansı məbləğ geri ödənilməmişdir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 98000 ABŞ dolları məbləğində vəsait verilmiş, Cavabdeh2 isə razılaşdırılmış məbləğin geri ödənilməsində qarant olmuşdur. İşin bu halları tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, Cavabdeh2 izahatında və Cavabdeh2lə digər cavabdehin telefon danışığında tam olaraq öz təsdiqini tapır. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli borcun etirafı haqqında sənəddən görünür ki, qarant Ş.L.Şəfiyev borcun mövcudluğunu öz imzası ilə təsdiq edir. Həmçinin məhkəmə təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar Cavabdeh1 tərəfindən borcun əvəzində girov olaraq verilmişdir. Daha sonra Cavabdeh2 məhkəməyə verdiyi yazılı izahat da bir daha iddianın əsaslı olduğunu təsdiq edir. O cümlədən məhkəməyə tərəfindən cavabdehlər arasında səs yazıları təqdim olunmuşdur. Səs yazılarının mətnindən tam aydın olur ki, Cavabdeh1 borcu aldığını etiraf edir, geri ödəniş edə bilməməyi üçün səmimi peşmançılığını bildirir və ən qısa müddətdə ödəniş edəcəyinə söz verir. Daha sonra Cavabdeh1 özu ilə əlaqə saxlamaq mümkün olmasa da məhkəməyə vəkili və nümayəndəsi qoşulmuşdur. Vəkil həm səs yazılarının həqiqi olmadığını, həm də cavabdehin iddiaçını tanımadığını bildirdi. Hesab edirik ki, bu cavabdehin məsuliyyətdən yayınmaq üçün verdiyi yalan ifadələrdir. Belə ki, cavabdeh tərəf məhkəməyə səs yazılarının yalan və saxta olması ilə bağlı, onları təkzib edəcək heç bir sübut təqdim edə bilməmişlər. Cavabdeh tərəf həmçinin müqavilənin etibarsız olmasını iddia edir. Bildiririk ki, borc müqavilələrinin yazılı olmadan da bağlanıla bilməsi ilə bağlı artıq geniş yayılmış məhkəmə təcrübəsi mövcuddur, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında öz əksini tapmışdır. Məhkəmənin “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, “hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur. Bundan başqa yuxarı instansiya məhkəməsi olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6419/2023 nömrəli qətnaməsində oxşar məsələ ilə bağlı göstərilmişdir ki, “MM-in 739-cu maddəsində borc müqaviləsinin anlayışı verilmiş, Məcəllənin 740-cı maddəsində isə borc müqaviləsinin forması müəyyən olunmuşdur. Məlum olduğu kimi, MM qəbul olunarkən 740-cı maddədə borc müqaviləsinin şifahi bağlanılan müqavilə olduğu müəyyən olunmuşdur. Eyni zamanda həmin normada borc müqaviləsinin bağlanmasında tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilməsi təsbit olunmuşdur. Borc müqaviləsinin bağlanmasının həmin qaydası xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək, yəni xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur. Yəni borc müqaviləsi predmetinin məbləğinin 3000 manatdan çox olduğu halda müqavilənin yazılı olmasına dair tələb istinad olunan qanunun qəbulundan sonra yaranmışdır. Borc müqaviləsinin formasına dair belə tələbin yaranması təsadüfi olmamışdır. Yeni qaydanın müəyyən olunmasınadək keçən dövr ərzində məhkəmə təcrübəsi göstərdi ki, borc münasibətlərində müqavilənin şifahiliyinə dair nəzərdə tutulan həmin qayda mülki münasibətlərin asanlaşdırılması, eləcə də mülki dövriyyənin sürətli inkişafı baxımından olduqca mütərəqqi bir hal olsa da, mübahisələrin həlli zamanı ciddi, xüsusən də borcun verilib-verilməməsi, borcun alınması, onun məbləği, eləcə də digər şərtləri ilə bağlı sübutetmə məsələsində bir sıra çətinliklər, qeyrimüəyyənliklər ortaya çıxmışdır. Bəzən də bu mülki dövriyyə iştirakçılarının borc müqaviləsinin tərəflərinin öz hüquq və vəzifələrinin icrasından yayınmağa və suiistifadəsinə şərait yaradırdı. Məhz borc münasibətlərindən yaranan mübahisələrə baxılarkən mövcud vəziyyəti nəzərə alaraq, bu sui-istifadə və qeyri-müəyyənliklərin aradan qaldırılması baxımından, qanunverici məbləği 3000 manatdan çox olan borc müqaviləsinin formasının yazılı olması kimi bir qayda müəyyən etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məlum olur ki, borc müqaviləsinin yazılı olması ilə bağlı tələb daha çox sübuti əhəmiyyət daşıyır, nəinki müqavilənin etibarlılığı məsələsinə təsir edir. Dəyişiklikdən sonra da 3000 manat məbləğində borca dair müqavilənin şifahi bağlana bilməsinin qanunda müəyyən olunması da bu qənaətin təsdiqidir. Əks halda necə ola bilər ki, 3000 manat məbləğində borc müqaviləsi şifahi bağlanır və etibarlı olur, 3001 manat məbləğində borc müqaviləsi isə yazılı olmadıqca etibarsız olur. Belə bir yanaşma dayanıqlı və məntiqli də görünmür. Cavabdeh özü tərəflərin razılığı ilə aparılan video yazıda iddiaçıya tələb olunan məbləğdə borcu olduğunu bildirir. Eyni zamanda, cavabdeh şikayətində tərəflər arasında borc münasibətlərinin olmasını, eləcə də borcun məbləğini (28.000 ABŞ dolları) mübahisləndirmir. Belə olan halda həmin müqavilənin yazılı olması barədə tələbin güddüyü əsas məqsədin (sübut etmə) təmin olunduğu müəyyən olunur. Bundan başqa MM-in 337.5-ci maddəsinin tələbinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Demək ki, cavabdehin həmin dəlili əsaslı olmuş olsa belə, o, iddiaçıdan borc aldığı və məbləğini mübahisələndirmədiyi 28.000 ABŞ dolları pul vəsaitini geri qaytarmağa borcludur. Məhkəmələr tərəfindən formalaşdırılan hüquqi mövqe ilə razılaşaraq yekun olaraq bildirir ki, tərəflər arasında pul təqdim olunması ilə bağlı razılaşma-müqavilə mövcud olmuş, həmin müqavilə etibarlıdır, müqavilənin mövcudluğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Cavabdehlər tərəfindən razılaşdırılmış borc məbləği geri ödənilməmişdir. Göstərilən halları nəzərə almağı və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmək xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddiaçı Cavabdeh1 bir il müddətinə qaytarmaq şərti ilə borc verməsini, sonuncunun borc müqaviləsindən irəli gələn öhdəliyinin icrasına Cavabdeh2 zaminliklə və qarantiya ilə təminat verməsini iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2. sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3. bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı borcun verilməsini məhkəməyə təqdim etdiyi səs yazısı, onda olan Cavabdeh1 mülkiyyətində olan mənzillərə dair çıxarışlarla, Cavabdeh2 borcu almasına dair etirafı ilə təsdiq etdiyini bildirsə də, məhkəmə bu sübutları mötəbər, təkzib olunmaz sübutlar olaraq qəbul etmir. Belə ki, məhkəməyə təqdim olunan səs yazısının, səs yazısının göndərildiyi telefon nömrəsinin E.L. Manafova məxsus olması, həmin yazıda sonuncunun İddiaçı nə vaxt, hansı məbləğdə, hansı şərtlərlə borc alması, hansı şərtlərlə qaytarmalı olması, öhdəliyin icrası üçün hansı təminatların verilməsi barədə hər hansı bir məlumat qeyd olunmamışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi səsin Cavabdeh1 məxsus olmadığını, sonuncunun iddiaçını tanımadığını, ondan borc almadığını, Cavabdeh2 pul almadığını, səs yazısında olan mətində danışıqlar aparmadığını bildirmişdir. Cavabdeh1 mülkiyyətində olan mənzillərə dair çıxarışların surətinin iddiaçıda olması da, halı da, həmin sənədlərin cavabdeh tərəfindən şəxsən iddiaçıya təminat olaraq verilməsi kimi qiymətləndirilə bilməz, belə ki, kafedə görüşüb danışmaq imkanı olan tərəflər notariat ofisinə müraciət edib qanunvericiliklə onlara verilmiş hüquqlardan istifadə etməklə borc, ipoteka, zaminlik müqavilələri də bağlaya bilərdilər. Məhkəmə İddiaçı Cavabdeh2 qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Cavabdeh2, məhkəməyə təqdim etdiyi iddiaya qarşı münasibətində, sonuncunun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlarında, İddiaçı pulu alaraq E.L. Manafova verməsini, öhdəliyinin icrasına görə kreditor qarşısında Cavabdeh2 zamin olaraq təminat verməsini bildirsə də, bu halları təsdiq edə biləcək sübutlarını, yəni tərəflər arasında formasından asılı olmayan (yazılı və ya şifahi) borc müqaviləsi və mülki qanunvericiliyin müəyyən etdiyi formada zaminlik müqaviləsi bağlanmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə Cavabdeh2 etirafını prosessual qanunvericiliyin tələblərinə əsasən, yoxlayaraq belə qənaətə gəlir ki, bu cavabdeh mövcud olmayan faktı etiraf etdiyindən etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, iddianı etiraf edən cavabdeh isə mövcud olmayan faktı etiraf etdiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müştərək qaydada 196000 ABŞ dolları dəyərində əsas borc və 7350 ABŞ dolları təşkil edən faiz borcu olmaqla cəmi 203350 ABŞ dollar dəyərində vəsaitin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan rəsmi valyuta məzənnəsinə uyğun manatla tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar