Məhkəmə qərarları › İş №e-2(001)-6875/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6875/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6875/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, İK № 1139/İK-19 saylı kredit müqaviləsi üzrə 1189.57 AZN (bir min bir yüz səksən doqquz manat 57 qəp.)əsas borc olmaqla ümumi 1189.57 AZN ( bir min br yüz səksən doqquz manat 57 qəp.) məbləğində dəymiş zərərin və tərəfimizdən ödənilmiş 31.90 AZN (otuz bir manat 90 qəp.) məbləğində dövlət rüsumunun cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 7 483.42 AZN (yeddi min dörd yüz səksən üç manat 42 qəp.) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikin tələblərini pozmuşdur. Hal-hazırda borclu Cavabdeh1 TuranBank ASC-yə olan borcu1 189.57 AZN (bir min bir yüz səksən doqquz manat 57 qəp.) əsas borc olmaqla cəmi 1 189.57 AZN (bir min bir yüzsəksən doqquz manat 57 qəp.) təşkil edir. Bildiririk ki, tərəfimizdən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılmış, xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə 7459,03 AZN ( yeddi min dörd yüzəlli doqquz manat 03 qəp.) əsas, 184.73 AZN ( bir yüzsəksən dörd manat 73 qəp.) faiz, 23.39 AZN ( iyirmi üç manat 39 qəp.) cərimə borcu olmaqla,cəmi 7667.15 AZN ( yeddi min altı yüz altmış yeddi manat 15 qəp.) məbləğində borcun cavabdehlərdən tutularaq TuranBank ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə prosesi zamanı tərəfimizdən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışında əsas borc məbləği texniki səhv olaraq 4246.19 AZN ( dörd min iki yüz qırx altı manat 19 qəp.), faiz borcu isə 2399.21 AZN (iki min üç yüz doxsan doqquz manat 21 qəp) qeyd edilmişdir. Əslində isə 2399.21 AZN ( iki min üç yüz doxsan doqquz manat 21 qəp.) gecikən əsas borc olmuş, ümumilikdə isə əsas borc 7459.03 AZN ( yeddi min dörd yüzəlli doqquz manat 03 qəp.) təşkil etmişdir. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2337/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən 4246.19 AZN (dörd min iki yüz qırx altı manat 19 qəp.) əsas, 184.73 AZN (bir yüz səksən dörd manat 73 qəp.) faiz və 23.39 AZN (iyirmi üç manat 39 qəp.) cərimə borcu olmaqla, cəmi 4454.31 AZN (dörd min dörd yüz əlli dörd manat 31 qəp.)borcun tutularaq kredit borcunun ödənilməsi qət edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 1139/İK-19 saylı kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla, 5 ildən çox olmamaq şərtilə cərimə faizi ödəyir 4.1.4-cü bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən Borcalanın Bank qarşısında öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Bank qarşısında Borcalan ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında yalnız iddiaçının nümayəndəsi iştirak etmiş, cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iclasda iştirak etməmişlər. İddiaçının nümayəndəsi isə iddia tələbini müdafiə etdiyini bildirmişdir. Məhkəmə ona görə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi artıq mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 7459.03 manat əsas, 184.73 manat faiz, 23.39 manat cərimə borcu olmaqla, cəmi 7667.15 manat məbləğində borcun və ödənilmiş 96.68 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №1139/İK-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4246.19 manat əsas borc, 184.73 manat faiz borcu və 23.39 manat cərimə borcu olmaqla, cəmi 4454.31 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 56.17 manat hissəsinin müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin qətnamədən İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, maliyyə arayışının mətninə diqqət yetirmədən təcili olaraq elektron məhkəmə portalına yerləşdirilmişdir. Məhkəmənin son baxış iclasında tərəflərindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 271 nömrəli maliyyə arayışında əsas borc məbləği texniki səhv olaraq 4246.19 manat, faiz borcu 2399.21 manat qeyd edilmişdir. Əslində isə 2399.21 manat gecikən əsas borc olmuşdur, ümumilikdə isə əsas borc 7459.03 manat təşkil etmişdir. Lakin məhkəmə əsas borcu iddia ərizəsinə, faiz borcunu isə maliyyə arayışına uyğun hesablayaraq, əsassız bir qətnamə qəbul etmişdir. Belə olan halda uyğunsuzluğu məhkəmə özü aşkara çıxarmalı və ən azı ekspertiza keçirməklə həqiqi borcu müəyyən etməli idi. Maliyyə arayışı elektron qaydada yerləşdirildikdə iclasda iştirak edən Bankın əməkdaşı həmin arayışı görmədiyindən ona dair də heç bir mövqe nümayiş etdirə bilməmişdir. Nə bankda həmin arayışı portala daxil edən, nə də iclasda iştirak edən əməkdaşlar həmin arayışın mətni barədə məlumatları olmamışdır.Həmçinin, iş materiallarına əlavə olunan hesabdan çıxarışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit götürülən tarixdən bu günə kimi cəmi 1099.97 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda necə ola bilər ki, verilmiş 7483.42 manat məbləğində kreditdən 1099.97 manat ödəniş edildikdən sonra cəmi 4454 manat borc qalsın?! Həmin işlə bağlı maliyyə arayışında olan texniki səhv sonradan bizə məlum olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6248/2023 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2337/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsas borc tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən isə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi hazırki iddianın əsası və predmeti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, hazırki iddia ərizəsi üzrə icraata aşağıda göstərilən normalara əsasən xitam verilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci madəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 31.9 (otuz bir manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar