Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6988/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı «AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə «AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 688,00 manat məbləğində sığorta ödənişinin Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, «AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, PAA********** nömrəli sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış “Fiat Doblo” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə dələrkən sığorta müddətində xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşaraq ona zərar vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 688,00 (altı yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “Fiat Doblo” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixli hesablama aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 688,00 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli Sığorta aktına əsasən sığorta ödənişi olan 688,00 manat "xxxx" ASC tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli, AS-23/1110 nömrəli geriyə tələb məktubuna əsasən, sığorta hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BV *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərə görə ödənilməli olan 688,00 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh ünvanına iddia ərizəsinin surəti və bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə zərf “qapı bağlıdır” qeydi ilə geri qayıtmış, cavabdehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “Fiat Doblo” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-ci və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimələnmişdir. xx.xx.2019-cu il tarixli hesablama aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “Opel Astra” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 688,00 manat təşkil edilmişdir. xx.xx.2020-ci il tarixli Sığorta aktına əsasən sığorta ödənişi olan 688,00 manat "xxxx" ASC tərəfindən X2 ödənilmişdir. xx.xx.2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh dəymiş zərərlə bağlı borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımi qaydada məlumatlandırmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1097.1-ci maddəsinə əsasən isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, həmin qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduğda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Cavabdeh 688,00 manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh 688,00 (altı yüz səksən səkkiz) manat məbləğində sığorta ödənişinin əvəzi, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(001)-6988/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6988/2024
09.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver