Məhkəmə qərarları › İş №e-2(001)-701/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-701/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-701/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, əldən çıxmış fayda, mənəvi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə (açar sözlər: maddi ziyan, əldən çıxmış fayda, mənəvi ziyan, delikt, pul) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi “Vəkil1 və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, 28800 manat əsas borcun, 11232 xərcinin, ümumilikdə 41032 manat məbləğində pulun və 214 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh - 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat əsas borc, 11232 (on bir min iki yüz otuz iki) manat məbləğində əldən çıxmış fayda məbləği, 1000 (bir min) manat vəkil qonorarı xərci, 214,40 (iki yüz on dörd manat qırx qəpik) manat iddia ərizəsinin verilməsinə görə, 71,80 (yetmiş bir manat səksən qəpik) manat müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin və şikayətin verilmələrinə görə dövlət rüsumları tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh - 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat əsas borc, 11232 (on bir min iki yüz otuz iki) manat məbləğində əldən çıxmış fayda məbləği, 1000 (bir min) manat vəkil qonorarı xərci, 2000 (iki min) manat mənəvi zərərin əvəzi, 214,40 (iki yüz on dörd manat qırx qəpik) manat iddia ərizəsinin verilməsinə görə, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu kəsirinə görə, 71,80 (yetmiş bir manat səksən qəpik) manat müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizənin və şikayətin verilmələrinə görə dövlət rüsumları, ümumilikdə 43348,60 (qırx üç min üç yüz qırx səkkiz manat altmış qəpik) manat tutularaq iddiaçıya ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə edərək 2023-cü ilin ortalarından ayından başlayaraq hissə-hissə ümumilikdə 19300 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş və mənimsəmişdir. Pullarının qaytarılması üçün cavabdehə etdiyi müraciətlər nəticəsiz qaldığı üçün məcburiyyət qarşısında qalaraq Polisə müraciət etmiş və ondan izahat alınmışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29cu Polis Bölməsində baş əməliyyat müvəkkili Tural İsaqov tərəfindən araşdırılma başlanmış və cavabdeh Polisə dəvət olunmuşdur. Bu zaman cavabdeh xx.xx.2024-cü il tarixində ondan aldığı puldan 3000 (üç min) manat, sonradan isə 1000 (bir min) manat qaytarmışdır. Cavabdeh izahatında, ondan ümumilikdə 32800 (otuz iki min səkkiz yüz) manat məbləğində pul aldığını, hazırda onun 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat borcunun olmasını səmimi etiraf etmiş və bildirmişdir ki, “avtomobil alqı-satqısı ilə məşğulam, avtomobillərin satışından əldə etdiyi puldan yaxın müddətdə pulu qaytaracağıma söz verirəm”. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə, müraciəti mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh verdiyi sözünü tutmadığı səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ona olan 28800 manat məbləğində əsas borc, habelə ona dəymiş zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh ona vurduğu zərər aşağıdakı kimidir: - ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək – 2448 manat (8,5%); xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü tarixinədək –2304 manat (8,0%); xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü tarixinədək – 2232 manat (7.75%); xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü tarixinədək – 2160 manat (7,5%); xx.xx.2024-cü il tarixindən isə - 2088 manat (7,25%) əldən çıxmış fayda məbləği. Bundan başqa, Cavabdeh ona olan borcunu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq 1000 (bir min) manat məbləğində vəkil qonorarı ödəmişdir. Cavabdeh ona olan öz borcunu qaytarmadığı üçün 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində əsas borc, 11232 (on bir min iki yüz otuz iki) manat məbləğində əldən çıxmış fayda məbləği, 1000 (bir min) manat vəkil qonorarı xərci, ümumilikdə isə 41032 (qırx bir min otuz iki) manat məbləğində borcu yaranmışdır. Həmçinin Cavabdeh hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və dərin stress keçirmişdir. Belə ki, Cavabdeh iddiaçını aldadaraq ondan külli miqdarda pul almasını qardaşları bildikdə, böyük gərginlik və münaqişə keçirmiş, bu səbəbdən də, xx.xx.2024-cü il tarixində azyaşlı uşağı ilə birlikdə yaşadığı evi tərk edərək “Ana və uşaq Sığınacağı”na müraciət etmiş və xx.xx.2024-cü il tarixinə kimi həmin Sığınacaqda qalmışdır. Sığınacaqda, sosial işçi tərəfindən psixoloqa yönləndirilmiş və psixoloq tərəfindən onunla psixoterapiya seanslarında aparılan müşahidələrə və klinik müsahibəyə əsasən onda stress, gərginlik, təşviş, qorxular, yuxu pozuntuları və özünə inamın pozulması aşkarlanmışdır. Aparılan konsultasiyalar nəticəsində post travmatik stress pozuntusunun bir sıra əlamətləri, o cümlədən travmatik hadisəni tez-tez xatırlama və yenidən yaşama hissi, travmadan sonra inkişaf etmiş təşviş və qorxu, davamlı emosional narahatlıq müşahidə edilmişdir. Seanslar müddətində vəziyyətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də tam sağalma müşahidə edilməmişdir. İddiaçı hələ də keçmiş travmanın mənfi təsirlərini hiss edir və onda yaşadığı zorakılığın psixoloji sağlamlığına mənfi təsiri açıq şəkildə müşahidə edilirş Hesab edir ki, Cavabdeh tərəfindən ona 2000 (iki min) manat məbləğində vurulmuş mənəvi zərərin əvəzi Cavabdeh tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh (ilkin iddiaçı) İddiaçı qarşı vermiş olduğu qarşılıqlı iddianın tam təmin edilərək, cavabdeh (ilkin iddiaçı) İddiaçı “Cadillac CT4 Luxury” markalı, ** EL *** X8 avtomaşına vurmuş olduğu 38800 manat maddi ziyanın, 1000 manat vəkilə vermiş olduğu müqavilə pulunun və 209 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə, eləcə də ilkin iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı ona qarşı qaldırmış olduğu 28800 manat əsas borcun, 11232 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 1000 manat vəkil qonorarı xərcinin ümumilikdə 41032 manat məbləğində pulun və 214 manat dövlət rüsumunun ondan tutularaq ödənilməsi tələbinin qismən, yəni 28300 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh (ilkin iddiaçı) İddiaçı “Cadillac CT4 Luxury” markalı, ** EL *** X8 avtomaşına vurmuş olduğu (ekspert rəyindən sonra) 18200 manat maddi ziyanın, ona özgəninkiləşdirilməsi qadağan edilmiş “X10 HSE” 77-Nl-877 dövlət qeydiyyat nişanlı avtomaşına görə avtomaşının bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş 19600 manat maddi ziyanın, ümumilikdə 37800 manat maddi ziyanın, 1000 manat vəkilə vermiş olduğu müqavilə pulunun və 209 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə, eləcə də ilkin iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı ona qarşı qaldırmış olduğu 28800 manat əsas borcun, 11232 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 1000 manat vəkil qonorarı xərcinin ümumilikdə 41032 manat məbləğində pulun, 214,4 manat dövlət rüsumunun, 30,4 manat dövlət rüsumu kəsirinə, 71,8 manat müvəqqəti təminat tədbirinin seçilməsi barədə ərizə və şikayətin verilməsinə görə dövlət rüsumu olmaqla, cəmi 43348,6 manat pulun ondan tutularaq ödənilməsi tələbinin qismən, yəni 28300 manat hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı Bakı şəhəri Binəqədi rayon məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. O, həmin iddianı qismən, yəni ilkin iddia tələbinin ödənilməmiş olan 28300 manat hissəsini qəbul edir və bununla əlaqədar bildirir ki, cavabdehin (ilkin iddia üzrə iddiaçının) iddia ərizəsində onun barəsində göstərdiklərinin heç biri düz deyil. Belə ki, o, cavabdehlə (ilkin iddiaçı ilə) 2021-ci il tarixdə "Bado sosial şəbəkəsində tanış olmuş və cavabdehlə 2021-ci il tarixdən 2024-cü ilin mart ayının 20-dək yaxın münasibətdə olmuşlar. Bu illər ərzində də cavabdeh (ilkin iddiaçı) öz bezdirici hərəkətləri ilə dəfələrlə onu özündən uzaqlaşdırdığı üçün ondan ayrılmaq və yaxın münasibətlərinə son qoymaq istəmiş, hətta bir neçə dəfə də ondan uzaqlaşsın deyə ona zəng etdiyi nömrələri bloka atmışdır. Lakin cavabdeh ondan əl çəkməyərək, digər nömrələrlə zəng edərək əl çəkməmişdir. Ondan ayrılacağı təqdirdə özünü öldürəcəyi ilə onu hədələməsi üzündən, heç olmasa dost kimi qalsınlar deyə ona yalvarışlarına görə məcburiyyətdən onunla əlaqəni tamam kəsməmişdir. Nə də ki, o, heç vaxt Jaləyə onunla evlənəcəyini bildirməmiş, sadəcə olaraq, istəmişdir ki, özü başa düşsün, onu anlasın ki, onunla davam edə bilməz, çünki xasiyyətləri uyğun gəlmirdi. Cavabdehlə (ilkin iddiaçı ilə) yaxın münasibətləri olduğu vaxtlarda heç vaxt Jalədən istifadə etmək, onun pulunu ələ keçirmək fikri olmamışdır. Cavabdeh (ilkin iddiaçı) İddiaçı ilə tanış olduğu vaxtlarda onun maşın alveri ilə məşğul olduğunu bilirdi. Bu səbəbdən də hətta özü kömək etməyi təklif etmişdir. Cavabdeh (ilkin iddiaçı) eyni zaman da onun himayəsində xəstə uşağının olmasını, uşağın da baxıcıya ehtiyacı olduğuna və aylıq maaşının da heç 400 manat olmadığını bilirdi. Bu səbəbdən də ilk dəfə təxminən 2022-ci ildə cavabdehdən (ilkin iddiaçıdan) 10.000 ABŞ dolları borc pul almış və bir neçə ay sonra həmin borcun hamısını cavabdehə (ilkin iddiaçıya) qaytarmışdır. Bundan sonra cavabdehlə (ilkin iddiaçı ilə) yenə də münasibətini kəsmək istəsə də, onun yalvarışlarına görə istəməsə də münasibətləri məcburən davam etdirməli olmuşdur. Cavabdeh (ilkin iddiaçı) ondan tələb etdiyi 19.300 ABŞ dolları pulu ona 2023-cü ilin sonu və 2024-cü ilin əvvəlinədək 4-5 dəfəyə, hissə-hissə verib. Axırıncı dəfə də 2024-cü ilin fevralında ona İnşaatçılar Metrosunun qarşısında borc pul verib və ona deyib ki, “hazırda pula ehtiyacı yoxdur, ürəyini sıxma, işlərin qaydasına düşəndə yavaş-yavaş ödəyərsən, yetər ki, məndən ayrılma.” O, indiyənədək heç vaxt cavabdehə (ilkin iddiaçıya) olan borcunu danmamışdır. Ondan müxtəlif inzibati orqanlara verdiyi şikayətlərlə əlaqədar da izahatlar verərkən də həmin borcunu etiraf etmiş və imkan düşdükcə də ödəyəcəyini bildirmişdir. Əgər onun cavabdehin (ilkin iddiaçının) ona vermiş olduğu borcu qaytarmaq fikri olmasaydı, onu aldatmaq fikri olsaydı, heç həmin borcları da etiraf etməzdi, çünki borc pulla bağlı cavabdehlə (ilkin iddiaçı ilə) onun arasında heç bir yazılı razılaşma olmayıb. Sadəcə olaraq, cavabdeh ilkin iddiaçı ondan ayrıldığı üçün ondan heyif çıxır. Bu səbəbdən də 2024-cü ilin mart ayında o, cavabdehə (ilkin iddiaçıya) ondan ayrılmaq barədə fikrinin qəti olduğunu, borcu da danışdıqları kimi qaytaracağını bildirdi. Bundan sonra Jalə yenə ona gah yalvardı, gah da özünü öldürüb onu tutduracağı ilə hədələdi. Bunun da bir nəticəsi olmadığını görüncə evlənəcəyi qadınla münasibətlərini pozmağa çalışdı. Onun ailəsinə həmin qadın barəsində olmazın böhtanlar danışdı, lakin heç bir nəticəsi olmadığını bildikdən sonra onun pulunu razılaşdıqları qaydada hissə-hissə ödəyəcəyini, hətta hazıradək həmin puldan 4500 manat cavabdehə (ilikin iddiaçıya) ödəməyini nəzərə almayaraq, eyni zamanda mülkiyyətində olan "Cadillac CT4 Luxury” markalı 77EL877 X8 avtomaşını satıb ona olan borcunu tam şəkildə qaytarcağını bildirdiyi halda, (45 min ABŞ dolları dəyərində olan Cadillac CT4 Luxury” markalı avtomaşını) Jalə hər vasitə ilə ona ziyan vurmaq məqsədi ilə işlədiyi ofisini darmadağın etdi. Yerdən götürdüyü daş parçası ilə “'Cadillac CT4 Luxury” markalı 77EL877 X8 avtomaşının 4 tərəfini cızmaqla maşına 8200 manat maddi zərər vurmuşdur. Cavabdehin (ilkin iddiaçının) bu hərəkətindən sonra əlində olan görüntüləri götürərək və bu hadisənin şahidi olan komendantı da götürərək, polis bölməsinə getmiş olsa da, yenə də Jaləyə yazığı gəldiyi üçün, onun etdiyi hərəkətləri evdəkilər, eləcə də işlədiyi iş yerində (Qərbi Kaspi Universitetində) adına xələl gəlməsin deyə, biabır olmasın deyə ondan şikayətçi olmadı. Hətta Jalənin maşına 8200 manat maddi zərər vurmasına baxmayaraq, Jalə ona olan borcundan 5000 manat çıxacağını bildirsə də, o, yenə də onun qadınlığına görə onunla razılaşdı. Lakin bütün bunlara baxmayaraq, ona olan qalmış borcunu da hissə-hissə ödəyəcəyini bildirdiyi halda, ona yenidən məhkəməyə verdi. Jalənin maşına vurduğu maddi ziyana görə maşının satış qiyməti də əsas satış qiymətindən, yəni 100 faizdən 40 faiz köhnəlmə əmsalı olaraq maşının real bazar qiyməti 45000 ABŞ dollarından (76500 manatdan) 18000 ABŞ dolları, yəni 30600 manat aşağı düşərək 45900 manat olmuşdur. Bununla da cavabdeh (ilkin iddiaçı) ümumilikdə ona 38800 manat maddi ziyan vurmuşdur. Cavabdeh (ilkin iddiaçı) onun barəsində yazmış olduğu şikayət ərizələrində də maşına ziyan vurduğunu etiraf etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə İddiaçı ilk iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, ilk iddia üzrə cavabdehlə yaxın münasibətdə olmuş, həmin müddət ərzində ona borca pul vermiş, lakin verdiyi borc bugünədək qaytarılmamışdır. Qarşılıqlı iddia qanunsuz və əsassızdır. Nurlanla aralarında münaqişə olduğu üçün əsəblərini cilovlaya bilməmiş və nəticədə kiçik daş parçası ilə maşını bir iki hissədən cızmışdır. Lakin həmin cızma nəticəsində bu qədər ziyanın tələb edilməsi əsassızdır. Məhkəmədən ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi Vəkil1 ilk iddia tələbini müdafiə edərək qarşılıqlı iddia tələbini qəbul etmədi və bildirmişdir ki, ilk iddia tələbi əsaslıdır, borc alınmış və vaxtında qaytarılmamışdır. Nəticədə İddiaçı gəlirlərdən məhrum olmuşdur, bundan başqa pul verildiyi ailədə bilindikdən sonra sığınacaqda yaşamağa məruz qalmış və nəticədə mənəvi ziyan tələbi yaranmışdır. Qarşılıqlı iddia tələbini ümumiyyətlə qəbul etmir. Belə ki, Cadillac markalı avtomobilə dəymiş zərərin məbləği yalnız qüsur aktı ilə müəyyən edilir. Həmin qüsur aktı ilkin iddia verildikdən sonra müraciət edilib və əldə edilib, reallığı əks etdirmir. Belə ki, qsur aktını verən servis Cavabdeh yaşadığı və işlədiyi ünvanlarda yerləşmir, sonuncu tərəfindən İddiaçı səslər atılan zaman istənilən məbləğdə qüusr aktı ala biləcəyi açıq şəkildə ifadə edilmişdir. Həmçinin həmin zərərin Jalə tərəfindən yetirilməsini təsdiq edən hər hansı sübut yoxdur. Xanım məişət zorakılığından “Təmiz Dünya” X2 Birliyinə sığınmışdır. Cavabdeh Jalə xanımdan 19300 ABŞ dolları məbləğində pulu almış və qaytarmamışdır. Bundan məlumatlı olan Jalə xanımın qardaşları evdə gərginlik keçirmiş və bu səbəbdən də azyaşlı uşağı ilə birlikdə sığınacağa müraciət etmişdir. Həmin sığınacaqda Jalə xanıma müxtəlif növ yardımlar, o cümlədən psixoloji yardım göstərilmişdir. Qiymətləndirmə rəyi ilə razı deyıl, ilkin olaraq qiymətləndiricinin 5 illik təcrübəsi olmaması, daha sonra qüsur aktı əsasında hazırlanması, əlavə araşdırma və müqayisə edilməməsi və mənbə olaraq göstərilmiş linklərin işləməməsi ilə yanaşı maşının markasının fərqli göstərilməsidir. İddiaçının hazırki tələbi borcunu az qaytarmaq məqsədilə uydurmuşdur. Məhz buna dair hər hansı sübut olmadığı üçün, ona qarşı bu iftirası Bakı şəhəri Yasamal RPİ-nin 29-cü Polis şöbəsində araşdırılmış və öz əksini tapmamışdır. Cavabdeh X7 Qəniyevanın ona qarşı etdiyi şikayətdən sonra, ona qarşı şikayət etmiş və öz şikayətində bu məbləğin 5000 manat olduğunu bildirmişdir. Ona yazdığı mesajlarda da, Cavabdeh 5000 manat məbləğini ondan tələb etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 8200 manatlıq “Qüsur aktı” xx.xx.2024-cü il tarixində verilmiş, lakin buna baxmayaraq Cavabdeh xx.xx.2024-cü il tarixli WhatsApp vasitəsilə yazdığı mesajlarda bu məbləğin 5000 manat olduğunu bildirir. Cavabdeh xx.xx.2024-cü il tarixində bu məbləğin 8200 manat olduğunu bildiyi təqdirdə ondan cəmi 5000 manat istəməsi hadisənin, qüsur aktının və məbləğlərin həqiqiliyinə ciddi şübhələr yaradır. Bütün qeyd olunanlar onu göstərir ki, Cavabdeh bu hadisəni və məbləği uydurmuşdur. Cavabdeh belə bir hadisənin nə zaman olmasını da qarşılıqlı iddia ərizəsində qeyd edə bilməmişdir. Cavabdeh ona göndərdiyi səs yazısında bildirir ki, avtomobil satışı ilə məşğul olduğu üçün istənilən şirkətdən istənilən məbləğdə, hətta 10000-15000 məbləğdə zərər yazdıra bilər. Cavabdeh avtomobil satışı ilə məşğul olduğu üçün aldığı bütün avtomobilləri satmamışdan əvvəl dostları işlədiyi servis şirkətlərində təmir etdirir. Onun təqdim etdiyi akt - “dostluq münasibəti ilə” verilmiş sənəddir və həqiqətə uyğun deyildir. Hətta mövcud olduğu təqdirdə belə, qeyd olunan avtomobil 2020-ci il buraxılışlı olduğu üçün təmir olunmuşdur və həmin akt uydurma hadisə səbəbindən deyil, satış üçün təmirə aid olduğunu əks etdirir. Avtomobilin guya 4 tərəfdən cızılması tarixi, cızılmanın dərəcəsi və həmin dərəcəyə uyğun zərərin məbləği yalnız məhkəmə ekspertizası tərəfindən rəy formasında bildirilə bilər. Beləliklə, Cavabdeh təqdim etdiyi sənədlərdə onun avtomobilini cızmağı haqqında, habelə cızıqlar varsa onların onun tərəfindən törədilməsi haqqında hər hansı sübutlar yoxdur. Belə olan təqdirdə iddiaçı (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yuxarıda qeyd olunan dəlili əsassızdır və təmin oluna bilməz. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsini həmçinin onunla əsaslandırmışdır ki, “Jalə maşınıma vurduğu maddi ziyana görə maşının satış qiyməti də əsas satış qiymətindən, yəni 100 faizdən 40 faiz köhnəlmə əmsalı olaraq (çünki avtomaşın bütün tərəfinə ziyan vurulduğu üçün bütöv şəkildə boyanmışdır) maşının real bazar qiyməti 45000 ABŞ dollarından (76500 manatdan) 18000 ABŞ dolları, yəni 30600 manat aşağı düşərək 45900 manat olmuşdur. Bununla da cavabdeh (ilkin iddiaçı) ümumilikdə mənə 38800 manat maddi ziyan vurmuşdur”. Məhkəməyə bildirmək istəyir ki, Cavabdeh bu dəlili də digər kimi əsassızdır. Belə ki, Cavabdeh avtomobilinin bütün tərəfinə ziyan vurulduğunu bildirsə də buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, o, avtomobilin boyanması barədə, habelə boyanmanın hansı səbəbdən həyata keçirilməsinə dair hər hansı sübut yoxdur. Ehtimal edir ki, Cavabdeh həmin avtomobili aldığı zamanı onda olan cızıq və zədələri aradan qaldırılması üçün onu satış qabağı təmir etdirmiş, avtomobili satışa hazırlamaq üçün boyamış və bütün bunların xərcini ondan tələb etməyi planlaşdırmışdır. Halbuki, bunlara onun heç bir aidiyyəti yoxdur. Beləliklə, Cavabdeh ona zərər dəyməsini, zərər dəymişdirsə məhz onun təqsiri və ya hüquqa zidd hərəkətləri nəticəsində baş verməsini sübuta yetirə bilməmişdir. Cavabdeh avtomobili satmaq üçün çəkdiyi xərclərin ondan tələb edilməsi qanunsuzdur və bu səbəbdən hesab edir ki, qarşılıqlı iddianın bu dəlili də əsassızdır. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsini həmçinin onunla əsaslandırmağa çalışmışdır ki, “cavabdeh (ilkin iddiaçı) mənim barəmdə yazmış olduğu şikayət ərizələrində də maşınıma ziyan vurduğunu etiraf etmişdir”. Məhkəməyə bildirmək istəyir ki, o, Cavabdeh ona ziyan vurduğumu etiraf etməmişdir. Pula ehtiyacı olduğundan, pulun qaytarılması üçün hətta ona 2000 manat keçməyimi bildirmiş, lakin o, pulu qaytarmamışdır. Cavabdeh 5000 manat ziyanı, borcunu az qaytarmaq məqsədi ilə özündən uydurmuşdur. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsini həmçinin onunla əsaslandırmağa çalışmışdır ki, “hətta Jalənin maşınıma 8200 manat maddi zərər vurmasına baxmayaraq, Jalə mənə olan borcundan 5000 manat çıxacağını bildirsə də, mən yenə də onun qadınlığına görə onunla razılaşdım”. Məhkəməyə bildirmək istəyir ki, Cavabdeh qeyd etdiyi bu dəlil, digərləri kimi əsassız və yalandır. Belə ki, Cavabdeh qeyd edir ki, guya o onun qadın olmağına görə hörmət etmiş və razılaşmışdır. Lakin, o, öz telefonunda onun nömrəsini əxlaqsız qadın (“qəhnə Jalə”) kimi qeyd etmiş, yazışmalarda ona qarşı əxlaqsız sözlərdən, söyüşlərdən istifadə etmiş, onun video görüntülərini yayacağını bildirmiş və əxlaqsız şəkillər göndərmişdir. Bu isə o deməkdir ki, Cavabdeh qadına qarşı hər hansı hörməti yoxdur, öz şəxsi maraqları və istəkləri naminə qadına qarşı istənilən qanunsuz hərəkəti etməyə hazırdır. Bu səbəbdən də, Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi bu dəlil, onun yazdığı ifadələrlə tam ziddiyət təşkil edir. Bu səbəbdən də, qeyd olunan dəlil, yalan və əsassızdır. Beləliklə sübut olunur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlillər əsassızdır, çünki bu dəlilləri sübut edən sənədlər cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən Məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən də, hesab edir ki, qarşılıqlı iddia təmin oluna bilməz. İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı 28300 manat hissəsində qəbul edəərk digər hissədə qəbul etməmiş və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, qüsur aktı əsasında avotomobilinə 8200 manat ziyan dəysə də, İddiaçı xanım olduğu üçün 5000 manat ödənilməsini yazışmalarda tələb etmiş, 2000 manat ödəməyə razı olduğunu, qalan məbləği bağışlamağını istəmişdir. Həmin məbləği borcun əvəzi kimi özü şəxsən xanıma təklif etsə də, xanım avtomobilinə ziyan vurdu, bunu özü sms yazışmalarda da etiraf edir. Avtomobil bütünlüklə cızıldığı üçün nəticədə ümumi rənglənmişdir. Həmin avtomobil ölkə ərazisində məhdud sayda satıldığı üçün dəyəri yüksək avtomobildir. İddiaçı ilə yaxın münasibətləri olduğu üçün alverində kömək edilməsi üçün pulu ona vermiş, imkanı olduğu halda qaytaracağına söz vermişdir. Jalə xanım tərəfindən avtomobilə ziyan vurulduqdan sonra təkrar tanımadığı şəxslər tərəfindən həmin avtomobilə ziyan vurulmuş, ziyan yenidən qiymətləndirilmişdir. Həmin maşını ölkəyə gətirən zaman maşında müəyyən zədələr olmuş və özü tərəfindən xərc çəkilərək satış məqsədi olduğundan təmir edilmişdir. Borcunu ödəməkdən imtina etmir, dəymiş ziyanın ödənilməsini tələb edir. İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilk iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya olan borcunun əvəzində mülkiyyətində olan Cadillac markalı avtomobil verilməsi təklif edilsə də, ilk iddia tələbi üzrə iddiaçı avtomobilə zərər vurmaqla avtomobilin satış dəyərinin azalmasına səbəb olmuş, nəticədə Cavabdeh maddi zərər vurmuşdur. Avtomobilin satış dəyərinin qiymətləndirilməsinə etirazı yoxdur, avtomobilə dəymiş zərərlə balı qüsur aktı təqdim edilmişdir. Müvafiq araşdırılma və sms yazışmalarında İddiaçı avtomobilə zərər vurduğunu özü etiraf etmişdir. Sms yazışmalarından müəyyən olunur ki, tərəflər bir-birləri ilə yaxın olmuşlar. Xanımın münasibətini qardaşları bilsə də, onu döyən qardaşları olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs Jalə xanıma toxunmamışdır. Bu da ona mənəvi ziyan kmi 2000 manatı tələb etməyə əsas vermir. Hesab edir ki, bu hissədə iddia tələbi əsassızdır və rədd edilməlidir. İlk iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsində qəbul etmir. Pul xanım tərəfindən cavabdehə kömək məqsədi ilə verilib, xanım öz istəyi və razılığı əsasında verib. Belə olan halda hansı əldən çıxmış faydadan söhbət gedə bilər. İddiaçı hərəkətləri nəticəsində müvəqqəti təminat tədbiri tətbiq edilmiş və hər iki avtomobil bu müddətdə satış dəyərini itirmişdir. Avtomobil satış üçün ölkəyə gətirilib, təmir edilib və lizing şirkəti tərəfindən qiymətləndirilib. İlkin iddia tələbinin 28300 manat hissəsində təmin edilməsinə etiraz edilmir, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: - Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Tural İsaqov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, əvvəlcədən tanıdığı Cavabdeh işlərini görməsi məqsədi ilə hissə-hissə ümumilikdə 19300 dollar məbləğində pul verdiyini, lakin geri qaytarmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, müraciət mülki xarakterlidir və şikayəti olduğu təqdirdə məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiq olması barədə məlumat verilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatında bildirmişdir ki, Jalə xanımdan hissə-hissə ümumilikdə 32800 manat borc pul götürdüyünü, həmin məbləğdən 5000-ni qaytarmış, hal-hazırda 28800 manat borcunun qaldığını etiraf etmişdir. - Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Tural İsaqov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət - "xxxx" MMC tərəfindən verilmiş 147 saylı, xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Cadillac CT4 Luxury” minik markalı, **-EL-*** X8 avtomobilə dəymiş zərər 8200 manat təşkil edir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-701/2025 saylı qərardadı ilə mülki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və qiymətləndirmənin aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. - xx.xx.2025-ci il tarixli, 0172 saylı hesabatdan aşağıdakılar görünür ki, “Cadillac CT4 Luxury” minik markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 8200 manat təşkil edir. Hazırki bazar qiyməti isə 45000 manat təşkil edir. - Tərəflər arasında Whatsapp social yazışma programı vasitəsi ilə aparılan yazışmaları tərəflər onların arasında aparıldığını təsdiq etmişlər. - Təqdim edilmiş yazışmalarda İddiaçı 19300 ABŞ dolları məbləğində pulu Cavabdeh tərəfindən ödənilməsini tələb etməsi, həmçinin Cavabdeh sonuncunun avtomobilinə ziyan vurması nəticəsində 5000 manatın ödənilməsinin tələb edilməsi və İddiaçı 2000 manat məbləğində ziyanın borclu olduğu puldan çıxılmasının təklif edilməsi, qalan məbləğin silinməsini təklif etdiyi əks olunur. - Təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2024-cü ildə 3000, xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə 500 və xx.xx.2024-cu il tarixdə 500 manat olmaqla Cavabdeh tərəfindən İddiaçı hesabına ödənişlər edilmiş, tərəflər məbləğləri mübahisələndirməmişlər. - “Təmiz Dünya” X5 Birliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı məişət zorakılığından zərərçəkmiş şəxs kimi xx.xx.2024-cü il tarixində azyaşlı uşağı ilə birlikdə “Təmiz Dünya” X2 Birliyinin nəzdində fəaliyyət göstərən “Gender əsaslı zorakılıq qurbanları üçün” Sığınacağa qəbul edilmişdir. Onunla söhbət zamanı müəyyən olunmuşdur ki, tanışı Cavabdeh İddiaçı aldatma yolu ilə 19300 (on doqquz min üç yüz) ABŞ dolları məbləğində pul almış və qaytamamışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu X7 Qəniyevanın Cavabdeh barəsində etdiyi şikayət araşdırılmış və bölmənin xx.xx.2024-cü il tarixli məktubu ilə, müraciət mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Tanışı Cavabdeh böyük miqdarda pul verməsi İddiaçı qardaşlarına məlum olduqda İddiaçı evdə gərginlik keçirmiş və bu səbəbdən də, azyaşlı uşağı ilə birlikdə Sığınacağa müraciət etmişdir. Reabilitasiya məqsədilə ona Sığınacaqda müxtəlif növ yardımlar, o cümlədən psixoloji yardım göstərilmişdir. Onunla psixoterapiya seanslarında aparılan müşahidələrə və klinik müsahibəyə əsasən pasient İddiaçı stress, gərginlik, təşviş, qorxular, yuxu pozuntuları və özünə inamın pozulması aşkarlanmışdır. Aparılan konsultasiyalar nəticəsində pasient İddiaçı post travmatik stress pozuntusunun bir sıra əlamətləri, o cümlədən travmatik hadisəni tez-tez xatırlama və yenidən yaşama hissi, travmadan sonra inkişaf etmiş təşviş və qorxu, davamlı emosional narahatlıq müşahidə edilmişdir. Seanslar müddətində pasient İddiaçı vəziyyətində müəyyən irəliləyişlər müşahidə olunsa da, hələ də tam sağalma müşahidə edilməmişdir. Pasient İddiaçı hələ də keçmiş travmanın mənfi təsirlərini hiss edir. Pasient İddiaçı yaşadığı zorakılığın onun psixoloji sağlamlığına mənfi təsiri açıq şəkildə müşahidə edilir. - “Deluxe Pro” Avtoservis tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, sedan tipli avtomobilin bir tərəfinin (qabaq və arxa qapılar) cızılmasının təmiri üçün "Deluxe Pro" avtoservizdə aşağıdakı işlər görülməlidir və işlərin xərclər üçün aşağıdakı məbləğ tələb olunur. 1. Rəngsaz işi – avtomobilin bir detalı üçün 200 manat; 2. Polirovka işi – avtomobilin bir detalı üçün 100 manat. Sedan tipli avtomobilin bir tərəfinin cızılmasının təmiri - 2 qapısının rənglənməsi (400 manat) və polirovkası (200) üçün ümumilikdə 600 (altı yüz) manat tələb olunur. Xərclər siyahısı müştərilər üçün bir mütəxəssiz rəyidir, ödəniş sənədi deyildir. Təmir zamanı əlavə xərclər çıxması ehtimal olunur. -ilk iddi tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş avbtomobil satışına dair elektron səhifələrdən çıxarılmış Cadillac CT 6 markalı avtomobilin satışı ilə bağlı fotoşəkillərdən görünür ki, modelin buraxılış ili və sürüş məsafəsi nəzərə alınmaqla qiymətlər 23.000, 24600, 27000 ABŞ dolları aralığında dəyişir. -ilk iddi tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş avbtomobilin ehtiyyat hisslərinin satış dəyəri ilə bağlı elektron portallardan edilmiş çıxarışdan görünür ki, X6 X11 Light OEM faraların satış qiyməti 180, 250, 299, 329 ABŞ dolları aralığında dəyişir. ilk iddi tələbi üzrə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən görünür ki, Cadillac CT4 markalı avtomobil ölkəyə qəzalı şəkildə gətirilmişdir. -qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X9 tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatında qeyd edilir ki, dur ki, Cavabdeh məxsus "X12 Rover minik " markalı **-NL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin 28 may 2025-ci il tarixə olan bazar dəyəri 64 100 manat, Likvid dəyəri 57 700 manat təşkil edir. Paşa Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin qiymətləndirmilməsinə dair hesabatdan görünür ki, Cadillac CT markalı avtomobilin arxa sol farası 1800 manat məbləğində qiymətləndirilmişdir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi qismən edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İlk iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə müvafiq olaraq, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, məhkəmə tərəfindən işin işin araşdırılan halları ilə müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı tərəfindən cavabdehə 32800 manat məbləğində pul verilmiş, cavabdeh isə öz növbəsində Polis İdarəsində həmin məbləği aldığını, məbləğdən 5000 manat hissəsini qaytardığını, qalan məbləği geri qaytarmadığını etiraf etmişdir. Bu səbəbdən iddia üzrə iddiaçı cavabdehə qarşı hazırki iddianı irəli sürmə hüququ yaranmışdır. İlkin iddia tələbi üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin iddia üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş 28300 manat məbləğində pul qalmış, məhkəmə iclasında ilk iddia tələbi həmin hissədə etiraf edildiyindən ilk iddia tələbi həmin hissədə əsaslıdır vətəmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin 11232 (on bir min iki yüz otuz iki) manat məbləğində əldən çıxmış fayda məbləği hissəsində qeyd edir ki, ilkin iddia tələbi üzrə İddiaçı 19300 ABŞ dolları məbləğində pulun Cavabdeh dostluq münasibəti nəticəsində kömək etmək niyyəti ilə verdiyini tərəflər arasında olan və məhkəmə iclasında həqiqiliyi təsdiq edilən yazışmalarda öz təsdiqini tapmaqla qeyd edilən məbləğin hansı şərtlərlə verilməsini, qaytarılma müddətini və qaytarılmaması nəticəsində hansı faydanın əlindən çıxmasını təqdim edilmiş sənədlərlə sübut edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Müki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müki Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MMin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə iddia tələbini əldən çıxmış fayda olaraq 11232 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbini əsaslı hesab etmir. Məhkəmə ilk iddia tələbinin mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, həmin iddia ilə bağlı İddiaçı tələbinin əsası kimi Cavabdeh pul verməsi nəticəsində ailə üzvləri tərəfindən şiddətə məruz qalmasını və nəticədə mənəvi iztirablar keçirməsini və mənəvi ziyanın yaranması ilə əlaqələndirməyə çalışsa da, ilkin iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı mənəvi ziyanın cavabdehin hərəkətləri nəticəsində deyil, qardaşlarının hərəkətləri nəticəsində vurulduğunu öz tələbinin əsasında təsdiq etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində mənəvi sarsıntı keçirməsi müəyyən edilmir. Belə ki, iddiaçıya mənəvi ziyan pulun qaytarılmaması ilə bağlı deyil, ailə üzvlərinin məlumatı olmadan pulun verilməsi ilə bağlı yetirilməsi iddiaçının özünün izahatı və təqdim etdiyi arayışla təsdiq edilməklə cavabdehin qanunazidd hərəkət kimi qəbul edilə bilməz. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “ … Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ... Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur: - işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi; - məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı)”. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş üzrə qarşılqılı iddia tələbi üzrə iddiaçıya Cadillac CT4 markalı avtomobillə bağlı maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi, bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir. Tərəflər arasında həmin iddia tələbi ilə bağlı mübahisə dəymiş zərər məbləği ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktı ilə 18200 manat müəyyən edilsə də, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza nəticəsində mübahisəli avtomobilin təmiri üçün 8200 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında aparılmış yazışmalar zamanı iddiaçı 5000 manat tələb etsə də, cavabdeh 2000 manatla razılaşmış, qalan məbləği isə silinməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi qüsur aktı ilə həmin avtomobilə dəymiş ziyanın təmir bərpası üçün ümumilikdə 600 manat tələb edildiyini əlaqələndirməyə çalışsa da, Paşa Sığorta tərəfindən xx.xx.2025-ci il tarixdə qiymətləndirilmə keçirilmiş və həmin qiymətləndirmədə arxa sol faranın dəyəri 1800 manat qiymətləndirilmişdir. Avtomobilin əvvəlki qüsur aktı ilə qeyd edilmiş təmir bərpa işləri hazırki qiymətləndirmə barədə hesabatla müqayisələndirildiyində 8000 manat məbləğin şişirdilmiş məbləğ olmadığı və avtomobilin təmir bərpası üçün real məbləğ olmağı öz təsdiqini tapır. Məhkəmə qarşılıqlı iddia tələbinin digər avtomobilin satış dəyərinin azalmasının tutulması ilə bağlı tələbinə münasibətdə qeyd edilir ki, X13 HSE minik markalı avtomobil məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair qərardad əsasında özgəninkiləşdirilməsi qadağan edilmiş, yuxarı instansiya tərəfindən qərar qüvvədə saxlanılmış, şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 164.1.İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. 164.2. Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj mübahisəsində maraqlı şəxs məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini bu tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər. Belə olan halda həmin avtomobilin satiş dəyərinin aşağı düşməsi nəticəsində 19600 manat məbləğin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması əsaslı tələb hesab edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. - 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, ilk iddia üzrə Cavabdeh 28300 (iyirmi səkkiz min üç yüz) manat pul alınaraq ilk iddia üzrə İddiaçı ödənilməli, ilkin iddia tələbi digər hissədə rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8000 (səkkiz min) manat pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə hüquqi yardımın göstərilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində pulun 800 (səkkiz yüz) manat hissəsi və 200 (iki yüz) manat dövlət rüsumunun əvəzi ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçının hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 800 (səkkiz yüz) manat hissəsi və 200 (iki yüz) manat dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. V. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. İlk iddia üzrə Cavabdeh 28300 (iyirmi səkkiz min üç yüz) manat pul alınaraq ilk iddia üzrə İddiaçı ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 800 (səkkiz yüz) manat hissəsi və 200 (iki yüz) manat dövlət rüsumunun əvəzi ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8000 (səkkiz min) manat pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün ödənilmiş pulun 800 (səkkiz yüz) manat hissəsi və 200 (iki yüz) manat dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar