Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7095/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5285.21 AZN əsas; 945.98 AZN faiz borcu olmaqla, cəmi 6231.19 AZN pul vəsaitinin və 82.31 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2023-cü il tarixli Dövlət rüsumunun ödənilməsi haqqında məlumat BRCB1776898B299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB1776898B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 51 ay müddətinə 5711 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5285.21 AZN əsas; 945.98 AZN faiz; cəmi 6231.19 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Hesab edir ki, iddia ərizəsi tam əsaslı və qanunidir. Yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, e-2(001)-7095/2024 nömrəli mülki işin Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan e-2(006)- 3608/2024 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdeh İddiaçı ASC-nin hesabına ondan xəbərsiz kredit xətti ilə pul vəsaiti köçürməsi və naməlum şəxslər tərəfindən həmin pul vəsaitinin adına olan bank hesabından oğurlanması ilə bağlı iddiaçı qismində Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın icraatında e-2(006)-3608/2024 nömrəli mülki iş vardır. Cavabdeh qismində 3 dəfə məhkəmə hazırlıq iclaslarının keçirilməsində iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinin qarşılığında etiraz etmə, yaxud qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün müddəti ötürdüyündən və özünü təmsil etdiyi cəmiyyət qarşısında haqlı çıxarmaq üçün Binəqədi Rayon Məhkəməsinə iddiaçı qismində müraciət etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib, elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlara əsaslanaraq hesab edir ki, müxtəlif məhkəmələrin icraatında bir-biri ilə əlaqəli işlər mövcuddur və bu səbəbdən mülki iş bir yerdə baxılması üçün bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan və xx.xx.2024-cü ildə daxil olmuş e-2(006)-3608/2024 saylı mülki iş hazırki mülki işlə əlaqəlidir və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Çünki hazırki mülki işdə tələb kredit müqaviləsi üzrə pulun tutulması ilə bağlıdır, həmin mülki işdə isə iddiaçı kredit müqaviləsini mübahisələndirir. Göründüyü kimi hər iki mülki iş işin bir icraatda baxılması hüquqi müəyyənlik prinsipi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, həmin iddianın təmin edilməsi hazırki iddianın əsaslılığını istisna edə bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Bundan başqa, bir-biri ilə bağlı olan tələblərə vahid icraatda birgə baxılması mübahisənin predmetinə dair ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Nəzəriyyədə tələblərin birləşdirilməsinin müxtəlif formaları mövcuddur: tələblərin azad, mütləq və məhdud birləşdirilməsi. Azad birləşdirmə iddiaçıdan asılılığını, mütləq birləşdirmə qanunvericilikdə birbaşa göstərilməsini, məhdud birləşdirmə forması isə tələblərin məhkəmənin razılığı ilə birləşdirilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericilik bir yurisdiksiya daxilində bir-biri ilə əlaqəli tələblərin mütləq birləşdirilməsini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göründüyü kimi tərəflər arasında olan mübahisə barədə mülki işlər müxtəlif məhkəmələrin icraatında olsa da, biri-biri ilə əlaqəlidir. Odur ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalıdır. Bu səbəbdən iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e- 2(001)-7095/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-3608/2024 saylı mülki işlə birlikdə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(001)- 7095/2024 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-3608/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməsi qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7095/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7095/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver