Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7126/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş iddia ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 389,45 manat məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində Visa Debit kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən Cavabdehə 4189******8740 saylı bank kartı verilmiş və **********0944- 172679 saylı kart hesabıaçılmışdır. xx.xx.2022-ci tarixində terminal vasitəsi ilə 400 AZN əvəzinə 800 AZN mədaxil olunub. Say olaraq bir dəfə mədaxil olunmalı olduğu məbləğ iki dəfə mədaxil edilib. O səbəbdən də, müştəriyə məxsus hesab 389,45 AZN məbləğində overdrafta çıxmışdır. Cavabdeh 10 Aprel 2023-cü il tarixinə borcu 389,45 AZN-dir. Bankın “Səbail” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2022-ci il tarixli, RBxx-xx/1317 saylı və xx.xx.2023-cü il tarixli, RB13-0077/23 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 389,45 AZN pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə,cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur.Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehlərə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh bildirişi almasına baxmayaraq, iddiaya dair əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir . Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli KMP-00172679- 203306/21 saylı “Kartmane” xidməti üzrə müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti bank tərəfindən müştəriyə “Kartmane” xisməti üzrə cari hesabın açılması, həmin hesabda müştərinin təqdim etdiyi vəsaitin yerləşdirilməsi, həmin hesaba bağlı kartın verilməsi, hesabdakı qalığa bu müqavilədə nəzərdə tutulmuş qaydada faizlərin hesablanması və ödənilməsi üzrə münasibətlərin tənzimlənməsi təşkil edir. İddiaçı ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin 8.1-ci maddəsindən görünür ki, müştəri bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsasların Bank qarşısında bu Müqavilə üzrə yaranmış istənilən borcu Banka ödəməlidir. X2 valyutasına müvafiq olaraq qəbul edilir. Borcların Bankda odənilməsi zamanı Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. X3 Texniki Overdraft yaranacağı təqdirdə Kartın bloklaşdırıla və istifadəsinin dayandırıla biləcəyini başa düşür, bu halda bütün borc və öhdəlikləri təcili yerinə yetirməyi və bununla əlaqədar bu Müqavilədə nəzərdə tutulmuş qaydada hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürür. 8.2-ci bəndinə əsasən bank X1 əsassız olaraq, səhvən daxil edilmiş pul vəsaitini, artıq ödənilən məbləği və ya digər Texniki Overdraft məbləğini, həmçinin bu Müqavilədə nəzərdə tutulmayan hallarda səhvən Kart Hesabına köçürülmüş Müştəriyə məxsus olmayan istənilən digər vəsaiti, Müştərinin sərəncamı olmadan Bankdakı istənilən hesabından akseptsiz qaydada silir. 8.3-cü bəndinə əsasən Müştəri Bank tərəfindən əsassız olaraq və ya səhvən daxil edilmiş pul vəsaitindən, habelə digər Texniki Overdraft məbləğindən istifadə edərsə, həmin vəsaiti Banka bu Müqavilədə nəzərdə tutulmuş müddətlərdə və qaydada geri ödəməlidir. Əks təqdirdə Bankın həmin məbləği Muştərinin Bankda olan istənilən hesabından (cari, depozit və s.) akseptsiz qaydada silmək hüququ yaranır və bu Müqaviləni imzalamaqla zalamaqla Müştəri buna öz razılığını bildirir. 8.4-cü bəndinə əsasən müştəri, Kart hesabı üzrə yaranan Overdraft borcunu, bu haqda Bankdan məlumat alan tarixdən etibarən 30 təqvim günü müddətində Banka odəməyi öz öhdəsinə götürür. 8.5-ci maddəsinə əsasən Kart hesabı üzrə Overdraft yarandığı təqdirdə, bu haqda Muştəriyə telefon, e-mail və ya SMS vasitəsilə məlumat verilir. Muştəri Overdraft uzrə yaranan borcu Banka Overdraftın yarandığı gündən etibarən 30 (otuz) təqvim gunu ərzində ədəməzsə, bu halda, Bankın Overdraft borcu məbləğinə tətbiq etdiyi illik 2 (iki) faiz dərəcəsi ilə hesablanan kredit borcunu qəbul edir və hesablanan borcu Banka odəməyi oz ohdəsinə goturur. 8.6-cı bəndinə əsasən Müştəri kredit kartı üzrə yaranmış borcu kredit muqaviləsinin şərtlərinə uyğun olaraq ödəməlidir; 8.7-ci bəndinə əsasən müştəri kredit kartı üzrə yaranmış borcu kredit müqaviləsinin şərtlərinə uyğun olaraq ödəməlidir İddiaçı ASC tərəfindən təqdim edilən Cavabdeh məxsus 4189******8740 saylı bank kartı üzrə hesabdan çıxarış məlumatlarından görünür ki, həmin hesaba xx.xx.2022-ci tarixində terminal vasitəsi ilə 400 AZN iki dəfə olmaqla 800 AZN mədaxil olunub. İddiaçı ASC tərəfindən təqdim edilən arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 389,45 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən borcluya ünvanlanan 02 noyabr 2022-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcunu 3 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu, 0,40 manat bank xidmət haqqı ödəmişdir; Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh bankda plastik kart hesabı açmışdır. Həmin hesaba baş vermiş texniki yalnışlığa görə xx.xx.2022-ci il tarixində texniki overdraft nəticəsi kimi 800 manat mədaxil edilmişdir. Cavabdeh həmin məbləği kartından məxaric etmiş, lakin banka qaytarmamışdır. Nəticədə iddiaçı cavabdehin banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Borc məbləğini məhkəməyə təqdim etdiyi xx.xx.2023-ci il tarixinə olan maliyyə arayışı ilə sübut edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, Cavabdeh iddiaçı ilə arasında bağlanmış debit kart xidməti müqaviləsi üzrə ona verilən debet kartına texniki overdrafta görə artıq vəsait yüklənmiş, cavabeh isə həmin vəsaiti banka qaytarmamaqla əsassız varlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında da cavabdehin tələb edilən məbləğə münasibətdə əsassız olaraq varlanması öz təsdiqini tapır. Bu səbəbdən də məhrum olanın əsassız varlanmış şəxsə qarşı əldə etdiklərini qaytarma tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 389,45 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 389,45 (üç yüz səksən doqquz manat, qırx beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7126/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7126/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver