Məhkəmə qərarları › İş №e-2(001)-7134/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7134/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7134/2025 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) X6 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 2758.92 manat məbləğində əsas kredit borcunun, 262.46 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun,cəmi 3021.38 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 50.22 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit limiti razılaşmasına əsasən X3 120 ay müddətinə 50000 manat məbləğində kredit limitiayrılmışdır. İddiaçı ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli SMS razılaşmasına əsasən X3 26 ay müddətinə illik 15 % dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. BorcluX5oğlu xx.xx.2025- ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 32 saylı Notariat ofisində xx.xx.2025- ci il tarixdə 2V-82 nömrəli reyestrlə Vərəsəsi Cavabdehvərəsəliyi qəbuletmişdir. Cavabdehşifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq,tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdehndan xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə2758.92 manat məbləğində əsas kredit borcu, 262.46 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 3021.38 manat məbləğində borcu qalmaqdadır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, mərhum əri sağlığında vaxtı-vaxtında ödənişlər edib, heç bir gecikməsi olmayıb. Vərəsəlikdə cəmi 3000 manat pul alıb. Həmin pul ilə ərinin yas mərasimini yola verib. Bankla danışsa da, razılığa gələ bilmirlər. Bank yarı məbləğin birdəfəlik ödənişini tələb edir. Halbuki, onun borcu birdəfəlik ödəmək imkanı yoxdur. Hazırda işləmir, 220 manat sosial yardım alır, 200 manatını banka kredir ödəyir. Bank razılaşarsa, aylıq 20-30 manat ödəniş edə bilər.

Mülki işin materialları:

5. "xxxx" ASC ilə X4 arasında xx.xx.2023-cü il tarixli 19280***-*******02L saylı əsas kredit limiti razılaşması imzalanmış və razılaşmaya əsasən X3 120 ay müddətinə 50000 manat məbləğində kredit limiti ayrılmışdır. X4 bank tərəfindən istifadəsində olan +**********39 telefon nömrəsinə bank tərəfindən göndərilən 26 ay müddətinə, illik 15 % dərəcəsi, 60 manat komissiya haqqı olmaqla, 4000 manat məbləğində kredit təklifinə SMS vasitəsilə təsdiq vermiş, hər ayın 6-sına dək aylıq 181,18 manat ödəniş etməyə razılaşmışdır.

6. Maliyyə arayışına əsasən X2 xx.xx.2025-ci il tarixə 2758,92 manat əsas borc, 262,46 manat faiz borcu, cəmi 3021,38 manat borcu vardır.

7. Ölüm haqqında şəhadətnaməyə əsasən c oğlu xx.xx.2025-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 52 nömrə ilə qeyd edilmişdir.

8. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanunamüvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.

9. Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmiş əri X1 qalmış miras əmlakı qəbul etmişdir, miras əmlak "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixli, №6-2-31/2-27992/2025 saylı arayışa əsasən X2 "xxxx" ASC-nin Binəqədi filialında 20212L********** saylı əmanət hesabında olan 3074 manat pul vəsaitindən ibarətdir.

10. Cavabdeh tərəfindən 32 saylı notariat ofisində yazılan **********697 saylı ərizədən görünür ki, o xx.xx.2025-ci il tarixdə vəfat etmiş əri X1 qalmış miras əmlakı qəbul etmişdir.

11. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci il tarixində 2758, 92 manat əsas, 30,4 manat faiz borcu olmaqla, cəmi 2788,96 manat borcu vardır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

12. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.

13. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə X4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, X4 xx.xx.2025-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 16.1243-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

17. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

18. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

19. Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd edir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.

20. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor X4 öldükdən sonra Bakı şəhəri 32 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmiş əri X1 qalmış 3074 manat məbləğində (pul vəsaitini) miras əmlakı qəbul etmişdir. İddiaçı ilə X4 arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirilmədiyi üçün cavabdeh iddiaçı qarşısında qəbul etdiyi miras payına mütənasib surətdə məsuliyyət daşıyır, ona görə də o, iddia tələbini həmin məbləğdə ödəməlidir. 21.Lakin məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixinə hesablanmış məbləği tələb etməkdə haqlı olmamışdır. Belə ki, borcu xx.xx.2025-ci il tarixində öldüyündən, həmin vaxt olan borc məbləği onun varisindən tutulmalıdır.

22. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2758,92 manat əsas borc, 30,04 manat faiz borcu və 50,22 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 2758,92 manat əsas borc, 30,04 manat faiz borcu olmaqla, 2788,96 (iki min yeddi yüz səksən səkkiz manat, doxsan altı qəpik) manat məbləğində pul vəsaiti və 50,22 (əlli manat, iyirmi iki qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydadaBakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar