Məhkəmə qərarları › İş №e-2(001)-7140/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7140/2021

19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7140/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 809,87 manat məbləğinə pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 20.02.2020-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospektində idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" X3 məxsus olan 1 ədəd H-12 “Tuğçu” tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 1580 manat dəyərində ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən 22.02.2020-ci il tarixli, TP seriyalı 516514 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC tərəfindən mütənasib qaydada "xxxx" X2 bank hesabına 770,13 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Göstərilənlərə əsasən 20.02.2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəs nəticəsində müəssisəyə 1580 manat məbləğində vurulmuş maddi ziyandan qalıq olaraq qalan 809,87 manat məbləğində pul vəsaiti cavabeh Cavabdeh tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməkdən imtina etmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işıq dirəyi yarasız hala düşmüşdür. Zərərin bir hissəsi sığota şirkəti tərəfindən qarşılanıb, hadisə nəticəsində DİNnin təhlükəsizlik kamerasına da zərər vurulmuş, lakin ona dəyən zərər DİN tərəfindən qarşılanmışıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.02.2020-ci il tarixli, TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 20.02.2020-ci il tarixində idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş , nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 20.02.2020-ci il tarixində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nətivəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədilmişdir. TİXS mühəndisi tərəfindən tərtib edilən və "xxxx" X2 direktoru tərəfindən təsdiq edilən smetadan görünür ki, Yasamal rayonu, Nəriman Nərimanov prospektində “Hyundai” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomaşınla vurulmuş dirəyin bərpasına sərf olunan vəsaitin dəyəri 1580 manat məbləğində hesablanmışdır. PXA 60542 saylı sığorta aktının surətindən görünür ki, 20.02.2020-ci il tarixində Nərimanov prospekti ilə A.Şaiq küçəsinin kəsişməsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış “Hyundai Sonata” markalı **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə və DİN-ə məxsus STŞ-072 nömrəli video müşahidə nöqtəsinə dəymişdir. Sığorta predmetinə dəymiş zərər 1580 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişin məbləği 770,13 manat məbləğində müəyyən edilməklə, "xxxx" X3 ödənilmişdir. "xxxx" ASC tərəfindən verilən ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X3 770,13 manat məbləğində sığorta ödənişi edilmişdir. "xxxx" MMC tərəfindən verilən 402 №-li Yol vərəqindən görünür ki, Cavabdeh “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqi ilə idarə etmişdir. Yol vərəqi 18.02.2021-ci il tarixində verilmiş və 18.03.2021-ci il tarixinədək etibarlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar və işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 20.02.2020-ci il tarixində yol vərəqi əsasında idarə etdiyi “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" X3 məxsus işıq dirəyinə və DİN-ə məxsus STŞ-072 nömrəli video müşahidə nöqtəsinə dəymişdir. Tərtib olunmuş sığorta aktı ilə vurulmuş zərərin məbləği 1580 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən qanunvericilikdə müəyyən edilmiş sığorta məbləği dairəsinə mütənasib surətdə olmaqla, 770,13 manat məbləğində sığorta ödənişi "xxxx" X2 hesabına ödənilmişdir. Hazırda iddiaçı vurulmuş zərərdən qalıq qalan 809,87 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Odur ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə cavabdehin təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya 1580 manat məbləğində zərər vurulması və faydalanan şəxsə vurulmuş zərərin bir hissəsinin, yəni 770,13 manat məbləğində ödənişin edilməsi öz təsdiqini tapmışdır. Cavabdeh “Hyundai Sonata” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqi əsasında idarə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qalıq qalmış zərərin əvəzini ödənilməsini yüksək təhlükə mənbəyini (nəqliyyat vasitəsini) qanuni əsasla (yol vərəqi ilə) idarə edən Cavabdeh tələb etməkdə haqlıdır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia edilməli, Cavabdeh 809,87 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 809,87 (səkkiz yüz doqquz manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar