Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7192/2023 30.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (İB) Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə işə 30 dekabr 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: «Azəriqaz” İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərin əvəzi kimi 276 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:50-də sürücü Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisində idarə etdiyi “İSUZU” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (avtoqəza) törətmiş, İddiaçı İB-yə məxsus qaz təsərrüfatına maddi zərər vurmuşdur. Belə ki, cavabdeh tərəfindən törədilmiş avtoqəza hadisəsi nəticəsində SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 76 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xətti borusunun 5 metr uzunluqda olan hissəsi deformasiyaya uğramış, həmin qaz xətti yenisi ilə əvəz olunmuşdur. Baş vermiş qəza nəticəsində təbii qaz itkisi baş verməmişdir, lakin nəticədə cavabdeh tərəfindən qaz xəttinə vurulmuş ziyana görə İddiaçı İB-yə maddi zərər dəymişdir. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Xəzər rayonu üzrə Texniki- İstismar Xidmətinin əməkdaşları tərəfindən qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmiş, İddiaçı İB-nın Qəza-Bərpa Xidməti hadisə yerinə çağırılmış və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmişdir. Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 40 manat məbləğində cərimə edilmiş və sürücü barəsində qəbul edilmiş müvafiq qərarın surəti xx.xx.2023-cü il tarixində İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 276 manat məbləğində maddi zərər (təmir-bərpaya çəkilən xərc) dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Belə ki, mülki iş materiallarında olan: - “İnzibati tənbeh vermə haqqında” 19 dekabr 2022-ci il tarixli, TP5457850 saylı qərardan görünür ki, Cavabdeh 15 dekabr 2022-ci il tarixdə, saat 19:30-da idarə etdiyi “İSUZU” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. - 19 dekabr 2022-ci il tarixli “Yol nəqliyyat hadisəsi və ya təmir-bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında” aktdan görünür ki, 15 dekabr 2022-ci il tarixdə, saat 19:50 radələrində Binə qəsəbəsi, Sovxoz ərazisində dövlət qeydiyyat nişanlı **-JX-*** olan yük maşını tərəfindən qəza hadisəsi baş vermişdir. Qəza nəticəsində 76 mm.-lik aşağı təzyiqli qaz xəttinin 5 metr hissəsi deformasiyaya uğramışdır. Qaz itkisi yoxdur. - Qiymət cədvəlindən görünür ki, iddiaçıya 276 manat zərər dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 276 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-7192/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7192/2023
30.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver