Məhkəmə qərarları › İş №e-2(001)-7214/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7214/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7214/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2566908B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətində, illik 16,4 faiz dərəcəsi ilə 1725 manat məbləğində kredit vəsaiti mədaxil edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1999654B299 saylı Kredit müqavilləsinə əsasən onun kartına 59 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 1800 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də,cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1355.66 manat əsas, 102.76 manat faiz, cəmi 1458.42 manat borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1643.48 manat əsas, 234.63 manat faiz, cəmi 1878.11 manat, ümumilikdə 3336.53 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh X1 qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilsə də, məhkəməyə cavabdehin hər hansı rəsmi yazılı mülahizəsi, etirazı daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2566908B299 saylı Kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana xx.xx.2026-cı il tarixədək istifadə oluna biləcək 1725 manat məbləğində kredit xətti açmışdır. xx.xx.2023-cü il tarixli BRCB1999654B299 saylı Kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana xx.xx.2026-cı il tarixədək istifadə oluna biləcək 1800 manat məbləğində kredit xətti açmışdır xx.xx.2024-cü il tarixli, 15/01319 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə banka xx.xx.2023-cü tarixli müqaviləyə əsasən 1355,66 manat əsas, 102,76 manat faiz borcu olmaqla, cəmi 1458,42 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1643,48 manat əsas, 234,63 manat faiz, cəmi 1878.11 manat, ümumilikdə 3336,53 manat borcu vardır. Borclu Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqavilələrinə əsasən ona qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin, 1355.66 manat əsas, 102.76 manat faiz, cəmi 1458.42 manat borcu, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1643.48 manat əsas, 234.63 manat faiz, cəmi 1878.11 manat borcunun ödənilməsi tələb olunmuşdur. Əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görəcəyi barədə məlumatlandırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə ,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit xətti müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit xətti müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, xx.xx.2023-cü il tarixli, GTKR2566908B299 nömrəli kredit müqaviləsinə əsasən 1355,66 manat əsas, 102,76 manat faiz borcu olmaqla, cəmi 1458,42 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1643,48 manat əsas, 234,63 manat faiz, cəmi 1878.11 manat məbləğində, cəmi 3336,53 manat pul İddiaçı ASC-yə verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 53,37 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1355,66 (min üç yüz əlli beş manat altmış altı qəpik) manat əsas, 102,76 (yüz iki manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1458,42 (min dörd yüz əlli səkkiz qırx iki qəpik), xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 1643,48 (min altı yüz qırx üç manat qırx səkkiz qəpik) manat əsas, 234,63 (iki yüz otuz dörd manat altmış üç qəpik) manat faiz, cəmi 1878.11 (min səkkiz yüz yetmiş səkkiz manat on bir qəpik) manat borc, hər iki müqavilə üzrə cəmi 3336,53 manat pul və dövlət rüsumu üçün ödənilmiş 53,37 (əlli üç manat otuz yeddi qəpik) manat pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar