Məhkəmə qərarları › İş №e-2(001)-726/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-726/2020

28.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-726/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə əsasında nümayəndəsi X3 və etibarnamə əsasında nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçı cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızına qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızına qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.500 ABŞ dollarının və 230 manat pulun, 937,5 ABŞ dolları və 17,25 manat pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə, 90 manat vəkilə ödənilmiş xidmət haqqına görə, 30 manat dövlət rüsumuna görə, cəmi 13.437,5 ABŞ dolları və 367,25 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (X21) xx xxxxx 2018-ci il tarixdə, saat 1140 radələrində Heydər Əliyev adına X4 məxsus içərisində 12.500 ABŞ dolları və 230 manat olan çantasını gizli yolla talamışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyat Baş Polis İdarəsinin X23 İdarəsində araşdırılma aparılmış və Heydər Əliyev adına X15 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-RAY monitorunda keçirilmiş yoxlama ilə fakt öz təsdiqini tapmışdır. Oğurluq faktı üzrə xx xxx 2018-ci il tarixdə X17 İdarəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cavabdehin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın surətindən isə görünür ki, Cavabdeh ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxsdir və o, İddiaçı 12.500 ABŞ dolları və 230 manat məbləğində maddi ziyan vurmuşdur. Ərizəyə əlavə edilmiş ********* nömrəli cinayət işi üzrə aparılan ibtidai istintaqın dayandırılması haqqında qərarın surətindən görünür ki, Cavabdeh istintaqdan gizləndiyinə görə onun barəsində axtarış elan olunmuş və bununla əlaqədar cinayət işinin icraatı dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, cavabdehin oğurluq faktı ilə bağlı hökm olmasa da onun barəsində qiyabi həbs seçilmişdir. İstintaq orqanı cavabdehi Azərbaycan Respublikasına dəvət etsə də cavabdeh bura gəlməkdən boyun qaçırır. Telefon mesajlarında da cavabdehin etirafı mövcuddur. Cavabdehin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh qərəzli olaraq istintaqdan yayınır və iddiaçıya vurduğu maddi zərəri ödəmir. Bundan əlavə, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, cavabdehin təqsiri olmasa idi, o, istintaq şöbəsindən yayınmaz, istintaq araşdırmasında iştirak edərdi. İddiada tələb edilən 937,5 ABŞ dolları əldən çıxmış faydaya görə illik 5%-lə hesablanmış məbləğdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili X16 iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, X23 İdarəsinin İstintaq Bölməsinin polis müstəntiqi, polis mayoru X8 cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxx 2018-ci il tarixli qərarı ilə İddiaçı məxsus əl çantası və onun içərisində olan özünün dediyinə görə 12.500 ABŞ dolları və 230 manat pulu gizli yolla talanması ilə bağlı dəymiş xeyli miqdarda ziyan faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Müstəntiqin ittiham elan etmək üçün şəxsin axtarışı elan edilməsi və tutulması haqqında xx xxx 2018-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə xx xxxx 1978-ci il təvəllüdlü ünvan 1 ünvanlnda qeydiyyatda olan X12 ittiham elan edilməsi üçün onun şübhəli şəxs qismində tutulması haqqında axtarış elan edilmişdir. Müstəntiqin təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə xx xxxx 1978-ci ildə Ordubad rayonunda anadan olmuş, əvvəl məhkum olunmamış, subay, heç bir yerdə işləməyən, barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması və axtarışı elan edilməsi haqqında qərar qəbul edilmiş X21 AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Halhazırda cinayət işi üzrə icraat dayandırılmışdır. Mülki iş materiallarından göründüyü kimi iddiaçı tələbi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Tələbinin əsası kimi istinad etdiyi ********* saylı cinayət işi üzrə müstəntiqin qərarları isə sübut hesab edilə bilməz. Çünki həmin qərarlar cavabdehin təqsirli olmasını sübut etmir və qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cavabdehin təqsiri öz təsdiqini tapmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə əsasında nümayəndəsi X9 iddiaya etiraz ərizəsini müdafiə edərək, ərizədə qeyd edilən məzmunda izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq da qeyd etmişdir ki, cavabdeh onun bacısıdır və cavabdeh hazırda Türkiyə Respublikasında yaşayır. Bacısı Azərbaycan Respublikası vətəndaşı olmaqla yanaşı həm də Türkiyə Respublikasının vətəndaşıdır. Cavabdeh istintaqdan gizlənmir, sadəcə olaraq bura gəlmək üçün imkanı yoxdur. Cavabdehin təqsiri yoxdur, belə ki, çantanı cavabdeh oğurlamamışdır. İddiaçı öz oğlu ilə nəzarət kameralarının qeydə aldığı görüntülərə baxmış və müəyyən etmişlər ki, iddiaçının çantası cavabdeh tərəfindən götürülməmişdir. İddiaçı telefonda cavabdehə hədə-qorxu gəldiyinə görə cavabdeh məcbur qalaraq iddiaçının tələb etdiyi pulu qaytaracağını demişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndələrinin (vəkilinin) izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx xxx 2018-ci il tarixdə, X17 İdarəsinin İstintaq Bölməsində şahid qismində dindirilmiş X5 verdiyi ifadəsindən görünür ki, o, 2014-cü ildən Aydan Həsənli ilə tanışdır. Təxminən 1 həftə ondan əvvəl Aydan ona təklif etmişdir ki, tanışı X1 Respublikasına biznesə gedib-gəlir və ona Bakıdan malları aparmaq üçün kuryer qızlar lazımdır. Hər gedişə 50 ABŞ dolları verir. Tələb olunan isə odur ki, Sevincə məxsus malları öz aralarında bölüşdürüb onun üçün Türkiyə Respublikasına çatdırmalı, orada isə ona təhvil verməlidirlər. Sevinc onlara uçuş biletlərini alır və mallarını onların adına yazdıraraq Türkiyə Respublikasına aparırdı. Bunu müqabilində isə ona 50 ABŞ dolları verirdi. O, maddi vəziyyəti ağır olduğuna görə Aydanın təklifi ilə razılaşmışdır. Bundan sonra bir dəfə müvəfəqiyyətlə Türkiyəyə birlikdə uçub gəlmişlər. Bundan sonra Sevinc bir daha təklif edərək aprelin 27-də gedəcəklərini demişdir və o da etiraz etməmişdir. xx xxxxx 2018-ci il tarixdə təxminən saat 1120 radələrində o, Aydanla birlikdə taksi ilə Heydər Əliyev adına X18 gəlmişlər. Burada T1-in qarşısında Sevinclə görüşmüş, həmin zaman Sevinc yükləri artıq arabalara yükləmiş və hərəsinə bir araba verərək bunları Türkiyəyə aparacaqlarını bildirmişdir. Bundan başqa o demişdir ki, hər biri terminalın ayrı qapılarından içəri keçərək ona ümumiyyətlə yaxınlaşmamalıdırlar. O, terminalın “B” zonasından içəri daxil olmuş və yoxlama məntəqəsinə yaxınlaşmışdır. Yoxlama məntəqəsində arabada bütün yükləri lentin üzərinə qoymuş, özü də yoxlamadan keçdikdən sonra lentin digər tərəfindən yükləri təhvil almaq üçün yaxınlaşmışdır. Birinci qəhvəyi rəngli qadın əl çantası çıxanda o, biraz şübhələndiyi üçün ətrafa baxmış və əhatədə heç kəsin olmadığını görmüşdür. Bundan sonra fikirləşmişdir ki, bu çanta da Sevincə məxsusdur. Aydana vatsapp vasitəsilə məlumat vermiş, Aydan isə Sevincdən soruşmağını bildirmişdir. Bu səbəbdən onu da götürürək arabanın içərisinə qoymuşdur. Bundan sonra terminalın içərisi isti olduğuna görə o, gödəkçəsini çıxartmış və onu da arabanın üstünə qoymuşdur. Sevincin ona verdiyi qara rəngli çanta qeydiyyatdan keçirildikdən sonra belində, əlində isə qəhvəyi rəngli qadın çantası olmaqla onu aeroportun solunda gözləyən Sevincə yaxınlaşmışdır. Həmin zaman Sevinc terminalın ortasında dayanmışdır. Sevinc ona yenidən təkər üzrə olan baqaj və bir ədəd ağ rəngli sallafan vermişdir. Onun əlində yük çox olduğundan o yoxlama monitorundan təsadüfən götürdüyü qəhvəyi rəngli əl çantasını Sevincin verdiyi ağ sallafana qoymuşdur. O, Sevinclə terminalın ikinci mərtəbəsinə qalxmış və ayaqyoluna getmişlər. Sevinc əşayaları səhmana salmağa başladı ki, əşyalar normadan ağır olmasın. Ayaqyolunda o Sevincə ağ sallafanın içərisində olan qəhvəyi rəngli çantanı göstərmiş və bu çantanın onun olub-olmamasını soruşmuşdur. Sevinc ağ sallafanın içərisində olan həmin çantanı açaraq baxmış və dərhal bağlayaraq əl çantasının onun olduğunu bildirmişdir. Onun təyyarəyə getməsini bildirərək, özü həmin qəhvəyi rəngli qadın əl çantası ilə tələsik ayaq yolunun sonuncu kabinasına girmişdir. Daha sonra onlar biznes klassda nahar etmişlər. Nahar vaxtı Sevinc çox narahat vəziyyətdə olmuşdur. Təxminən 2- 3 dəfə qadın sanitar qovşağından istifadə etmişdir. Sonradan ayrı-ayrılıqda təyyarəyə keçmiş, Türkiyəyə uçmuş, orada malları Sevinvə təhvil vermiş və bundan sonra onu görməmişdir. O, Aydan ilə birlikdə İstanbulda yaşayan tanışlarının evinə getmiş və xx xxxxx 2018-ci il tarixdə İstanbul şəhərində Sevincin evinə getmiş, orada ona 50 ABŞ dolları, Aydan isə 150 ABŞ dolları vermiş və onlar İstanbul-Bakı aviareysi ilə uçub gəlmişlər. Bakı Hava Limanını tərk edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis idarəsinə dəvət etmişlər. Burada bilmişlər ki, Sevincə verdiyi qəhvəyi rəngli çanta ona məxsus deyil və içərisində 10.500 ABŞ dolları məbləğində pul var. Onun çantanın içərisində nə olduğundan ümumiyyətlə xəbəri olmamış, həmin çantanın Sevincə məxsus olduğunu zənn edərək ona təhvil vermişdir. Sevinc aeroportda bildirmişdir ki, onun heç bir pulu yoxdur. Onlar polis idarəsində Sevicə zəng vuranda isə bildirmişdir ki, onun özünə məxsus 10.500 ABŞ dollar var idi. Verilmiş ifadə ilə bağlı “şahidin dindirilməsi” protokolu tərtib edilmiş, protokolda qeyd edilən ifadə şahid tərəfindən imzalanmışdır. xx xxx 2018-ci il tarixdə, X17 İdarəsinin İstintaq Bölməsində şahid qismində dindirilmiş Həsənli Aydan Zöhrab qızının verdiyi ifadəsindən görünür ki, o, Günel ilə 2014cü ildən tanışdır. Günelin maddi durumunun zəif olması ilə əlaqədar ona köməklik məqsədi ilə Sevinc adlı tanışı ilə tanış etmişdir. Sevinc Bakıdan İstanbula mallar aparır və biznes ilə məşğuldur. O, özü şəxsi işləri ilə əlaqədar Türkiyəyə getməli olduğu üçün ondan xahiş etmişdir ki, gedəndə onun çantasınıda aparsın. Sevinc ondan yüklərinin aparılması üçün başqa bir qız tapmasını xahiş etmişdir. Bu səbəbdən o, bu təklifi Günelə etmişdir. Günel etiraz etməmiş və onlar bir həftə qabaq birinci dəfə Günel ilə Türkiyəyə Sevincin mallarını aparmışlar. xx xxxxx 2018-ci il tarixdə Sevinc bir daha Türkiyəyə gedəcəyi barədə məlumat vermiş və gəlmələrini təklif etmişdir. Onlar razılaşmış və təxminən saat 1120 radələrində aeroporta gəlmişlər. Aeroportun qarşısında onlar Sevinclə görüşmüş və o, arabalarda baqajı onlara təhvil vermişdir. Onlar terminalda fərqli qapılardan daxil olmuşlar. X29 Sevincin yükləri ilə “B” terminalından daxil olmuş və təxminən 2-4 dəqiqədən sonra ona vatsapp vasitəsilə yüklərin içərisində bir ədəd qadın çantasının olduğunu bildirərək, həmin çantanın Sevincin olub-olmamasını soruşdu. O da ona Sevincdən soruşmasını məsləhət görmüşdür. O, hava limanına digər terminaldan daxil olmuş, yoxlama monitorundan keçərək qeydiyyat masasına yaxınlaşmışdır. Bu zaman o, onun Sevinclə və Günellə ünsiyyəti olmamışdır. Qeydiyyatdan keçdikdən sonra Sevinc ona yaxınlaşmış və nə problemi olduğunu soruşmuşdur. O, çəkinin artıq olduğunu demiş və çıxıb getmişdir. Sevinc ona biznes klassda nahar etmələrini təklif etmiş, lakin o etiraz etdikdən sonra Güneli özü ilə nahar etməyə dəvət etmişdir. O, sərhədi keçib təyyarəyə əyləşmişdir. Bundan sonra Sevinc və Günel də yerlərini təyyarədə almış və onlar uçub getmişlər. İstanbul hava limanında onlar Sevincin mallarını təhvil vermiş və bir daha İstanbulda onunla görüşməmişlər. Onlar yenidən İstanbul-Bakı aviareysi ilə uçub gəlmişlər. Bakı Hava Limanında polis əməkdaşları onları qarşılamış və polis idarəsinə dəvət etmişlər. Burada bilmişlər ki, Günel hava limanında olarkən bir ədəd qadın əl çantasını səhvən götürmüş və onun Sevincə məxsus olduğunu zənn edərək ona təhvil vermişdir. Həmin çantanın içərisində 12.500 ABŞ dollar və 230 manat olduğunu idarədə bildirmişlər. Onun bu hadisədən xəbəri olmamışdır. Onuda qeyd etmişdir ki, Sevinc hava limanında ona pulunun olmadığını bildirmiş, onlar ona polis idarəsindən zəng vuranda isə o, xx xxxxx 2018-ci il tarixdə hava limanında uçarkən onun üzərində 10.500 ABŞ dollarının olduğunu təsdiq etmişdir. Lakin həmin pulun türk vətəndaşına aid olmasını və onu İstanbul şəhərində ona çatdırmalı olduğunu vurğulamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sevinc onlara demişdir ki, yüklərlə bağlı bütün rüsumları ödəyir. O, Sevinci 2017-ci ilin dekabr ayından tanıyır. Verilmiş ifadə ilə bağlı “şahidin dindirilməsi” protokolu tərtib edilmiş, protokolda qeyd edilən ifadə şahid tərəfindən imzalanmışdır. X17 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Azər Məmmədov tərəfindən xx xxx 2018-ci il tarixdə qəbul edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində xx xxxxxx 1952-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı tanınması və onun ibtidai istintaq zamanı iştirakının təmin edilməsi qərara alınmışdır. X17 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Azər Məmmədov tərəfindən xx xxxxxx 2018-ci il tarixdə qəbul edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx xxxx 1978-ci ildə Ordubad rayounda anadan olmuş, əvəllər məhkum olunmamış, subay, heç bir yerdə işləməyən, ünvan 3 mənzil 97 ünvanında qeydiyyatda olan, xx xxx 2018-ci ildə barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması və axtarışı elan edilməsi haqqında qərar qəbul edilmiş X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmışdır. Qeyd olunan qərarda müəyyən edilmişdir ki, X21 xx xxxxx 2018-ci il tarixdə, saat 1140 radələrində X19 Aeroportunun 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİnin X-Ray monitorunda yoxlamadan keçən Bakı-İstanbul aviareysin sərnişini Azərbaycan Respublikası vətəndaşı İddiaçı məxsus olan, içərisində həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankın AZN məzənnələri ilə hesablanaraq 1 ABŞ dolları 1.70 manat olmaqla, 21.250 manat təşkil edən 12.500 ABŞ dolları və 230 manat olmaqla cəmi 21.480 manat pul olan əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X17 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Azər Məmmədov tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə qəbul edilmiş cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə təqsiləndirilən şəxs X10 yeri məlum olunub, istintaqa gətirilənədək cinayət işi üzrə icraatı dayandırılmışdır. X17 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Azər Məmmədov tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Azərbaycan vətəndaşı (Pasp. CO 11893590) X21 xx xxxxx 2018-ci il tarixdə, saat 1140 radələrində X19 Aeroportunun 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİnin X-Ray monitorunda yoxlamadan keçən, Bakı-İstanbul aviareysin sərnişini Azərbaycan Respublikası vətəndaşı İddiaçı məxsus olan, içərisində həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankın AZN məzənnələri ilə hesablanaraq 1 ABŞ dolları 1.70 manat olmaqla, 21.250 manat təşkil edən 12.500 ABŞ dolları və 230 manat olmaqla cəmi 21.480 manat pul olan əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. xx xxx 2018-ci il tarixdə təhqiqat materialları əsasında oğurluq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, icraatda olan cinayət işi üzrə təqsirləndirilən şəxs X21 Azərbaycanda Hüseynova (Uysal) Sevinc Nizami qızı kimi şəxsiyyət vəsiqəsi almışdır. Belə ki, cinayət işi üzrə xx xxx 2018-ci il tarixdə cinayət işi şübhəli şəxs X10 yeri məlum olmadığı üçün barəsində axtarış elan edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə təqsirləndirilən X21 barəsində 2 ay 5 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat xx xxxxxxx 2018ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş məktub öyrənilərkən Hüseynova (Uysal) Sevin Nizami qızının Azərbaycan Respublikası vətəndaşının olduğu təsdiq edilmişdir. xx xxxxx 2018-ci il tarixdə Hüseynova (Uysal) X13 Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul aviareysi ilə uçub gedərkən hava limanında sərhəd yoxlama məntəqəsinə xx xxxxxxx 2015-ci il tarixdə CO ******* nömrəli Azərbaycan Respublikası ümumvətəndaş pasportunu təqdim etmişdir. Cinayət işi üzrə xx xxxxx 2018-ci il tarixdə X19 Aeroportunda aparılan videoçəkiliş, şahid qismində X5, Həsənli Aydan Zöhrab qızının, X7, X2 ifadələri, onların iştirakı ilə “İfadənin yerində yoxlanması” istintaq hərəkəti, tərtib edilmiş fotocədvəl, dəfələrlə çağırışlara əhəmiyyət verməməsi kimi hallar, cinayət işi üzrə barəsində axtarış elan edilməsi, təqsirləndirilən şəxs Hüseynova (Uysal) Sevinc Nizami qızının öz təqsirini (məsuliyyətini) başa düşərək qəsdən istintaqda yayınaraq gizlənməsinə dəlalət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səlimova (Cəfərova) Günel Hüseyn qızı ifadəsində bildirmişdir ki, 2018-ci ildə Sevinc xanım Türkiyə Respublikasına mallar aparırdı. Həmin vaxt malların Türkiyə Respublikasına aparılması üçün kuryer qız axtarırdı. Onun da maddi vəziyyəti ağır olduğundan kuryer işini qəbul etmişdir. Onlar maları aparıb Türkiyə Respublikasında Sevinc xanıma təhvil verirdilər. Onlar aeroportda olanda Sevinc ona bir araba yük vermiş və onları terminaldan keçirməsini bildirmişdir. O, terminalın “B” zonasından içəri daxil olmuş və yoxlama məntəqəsinə yaxınlaşmışdır. Yoxlama məntəqəsində arabada bütün yükləri lentin üzərinə qoymuş, özü də yoxlamadan keçdikdən sonra lentin digər tərəfindən yükləri təhvil almaq üçün yaxınlaşmışdır. Birinci qəhvəyi rəngli qadın əl çantası çıxanda o, biraz şübhələndiyi üçün ətrafa baxmış və əhatədə heç kəsin olmadığını görmüşdür. Bundan sonra fikirləşmişdir ki, bu çanta da Sevincə məxsusdur. Aydana vatsapp vasitəsilə məlumat vermiş, Aydan isə Sevincdən soruşmağını bildirmişdir. O, çantanı da yüklərlə götürmüş və getmişdir. Sevinc onu ekskavatorun yanında gözləyirdi, o Sevincə yaxınlaşmış və ekskavatoru birlikdə çıxmışlar. Daha sonra o yüklərin həcmini kiçiltmək üçün ayaq yoluna getmiş, Sevincdə onunla birgə gəlmişdir. O, həmin vaxt Sevincə çantanı göstərəndə Sevinc çantanın içərisinə baxmış, dərhal bağlayaraq onun olduğunu bildirmişdir. Həmin vaxtdan sonra o, Sevincin əlində həmin çantanı görməmişdir. Onlar Türkiyəyə çatdıqdan sonra malları Sevincə təhvil vermiş, Aydan ilə birlikdə İstanbulda yaşayan tanışlarının evinə getmişlər. Daha sonra İstanbul şəhərində Sevincin evinə getmiş, orada Sevinc ona 50 ABŞ doları, Aydan isə 150 ABŞ dolları vermiş və onlar İstanbul-Bakı aviareysi ilə uçub gəlmişlər. Bakı Hava Limanını tərk edən zaman polis əməkdaşları onlara yaxınlaşmış və onları polis idarəsinə dəvət etmişlər. Burada bilmişlər ki, Sevincə verdiyi qəhvəyi rəngli çanta ona məxsus olmamışdır. Onun çantanın içərisində nə olduğundan ümumiyyətlə xəbəri olmamış, həmin çantanın Sevincə məxsus olduğunu zənn edərək ona təhvil vermişdir. Onların hava limanında üzərləri yoxlanmış, pul aşkar edilməmişdir. Sevinc aeroportda ona bildirmişdir ki, onun heç bir pulu yoxdur. Onlar polis idarəsində Sevincə zəng vuranda isə bildirmişdir ki, onun özünə məxsus 12.500 ABŞ dollar var imiş. Onlar ifadələrini vermiş, daha sonra Sevincə zəng vurmuşlar. Sevinclə əlaqə saxlanarkən səs ucaldandan istifadə etmişlər, Sevincin dediklərini hər kəs eşitmişdir. Belə ki, Sevinc çantada olan pulların onda olduğunu və qaytaracağını bildirmişdir. Belə olan halda, o, çantanı götürməsinə baxmayaraq Sevincə vermiş, Sevincdə bunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilmişdir ki, Hüseynova (Uysal) Sevinc Nizami qızı xx xxxxx 2018-ci il tarixdə, saat 11:40 radələrində X19 Aeroportunun 1 nömrəli Terminalının birinci mərtəbəsinin “B” girişində quraşdırılmış ATBİ-nin X-Ray monitorunda yoxlamadan keçən Bakı-İstanbul aviareysin sərnişini Azərbaycan Respublikası vətəndaşı İddiaçı məxsus olan, içərisində həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankın AZN məzənnələri ilə hesablanaraq 1 ABŞ dolları 1.70 manat olmaqla, 21.250 manat təşkil edən 12.500 ABŞ dolları və 230 manat olmaqla cəmi 21.480 manat pul olan əl çantasını gizli yolla talayaraq zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. xx xxx 2018-ci il tarixdə təhqiqat materialları əsasında oğurluq faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx xxxxxx 2018-ci il tarixdə Hüseynova (Uysal) Sevinc Nizami qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə Xəzər Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə təqsirləndirilən X21 barəsində 2 ay 5 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat xx xxxxxxx 2018-cil tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsi ilə cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır. Cinayət işi üzrə xx xxxxx 2018-ci il tarixdə X19 Aeroportunda aparılan videoçəkiliş, şahid qismində X5, Həsənli aydan Zöhrab qızının, X7, X2 ifadələri, onların iştirakı ilə “İfadənin yerində yoxlanması” istintaq hərəkəti, tərtib edilmiş fotocədvəl, dəfələrlə çağırışlara əhəmiyyət verməməsi kimi hallar, cinayət işi üzrə barəsində axtarış elan edilməsi, təqsirləndirilən şəxs Hüseynova (Uysal) Sevinc Nizami qızının öz təqsirini (məsuliyyətini) başa düşərək qəsdən istintaqdan yayınaraq gizlənməsinə dəlalət etmişdir. Göründüyü kimi cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızı iddiaçıya məxsus içərisində 12.500 ABŞ dolları və 230 manat pul olan əl çantasını gizli yolla talayaraq sonuncuya xeyli miqdarda ziyan vurması, ziyanın ödənilməsindən qəsdən boyun qaçırması işin mübahisəsiz hallarıdır, belə ki, qeyd edilən hallar həm iş materialları ilə, həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddia tələbinin “12.500 ABŞ dolları və 230 manat pulun qaytarılması” hissəsi ilə əlaqədar hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızından 12.500 ABŞ dolları və 230 manat məbləğində pul alınaraq iddiaçı Əliəsgər-zadə Ruqiyyə Rəsul qızına ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimalarından irəli gələ bilər. Məhkəmə iddia tələbinin “əldən çıxmış fayda kimi 937,5 ABŞ dollarının və 17,25 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə əlaqədar belə nəticəyə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə əldən çıxmış fayda ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi qanunverici özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini nəzərdə tutsa da, bunu sadalanan dörd hərəkət (hərəkətsizlik) nəticəsində borclunun müəyyən gəlir, artım, bəhər əldə etməsi ilə əlaqələndirmişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin mübahisəli puldan faydalanmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosessual qanunvericilikdə nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin puldan faydalanmağa görə faizlər ödənilməsi hissəsini sübut olunmadığından əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “vəkilə ödənilmiş 90 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən vəkilə 90 manat məbləğində pulun ödənilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Hüseynova (Uysal) Sevinc Nizami qızından 12.500 (on iki min beş yüz) ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və 230 (iki yüz otuz) manat məbləğində dəymiş zərərin, həmçinin 27 (iyirmi yeddi) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar