Məhkəmə qərarları › İş №e-2(001)-747/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-747/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-747/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 154 manat məbləğində aliment miqdarının dəyişərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, mediasiya üçün ödənilən 55 manat rüsumun, iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 105 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 154 manat məbləğində aliment miqdarının dəyişərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat, təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərə görə 3496,39 manat məbləğindən pulun yarısı olan 1530 manat, gələcəkdə eyni tip xərclərin qarşılanması üçün həmin əlavə xərclərə görə aylıq olaraq 200 manat, cəmi 435 manat miqdarında alimentin aylıq və 1748,19 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı xeyrinə ödənilməsi, mediasiya üçün ödənilən 55 manat rüsumun, iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 105 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pulk formasında 154 manat alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Hazırda uşağın saxlanması, müalicəsi və təhsili üçün xeyli xərclər tələb olunur və qətnamə ilə müəyyən olunmuş 154 manat həmin xərcləri ödəmədiyindən alimentin artırılması barədə iddianın qaldırılmasına zərurət yaranmışdır. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, uşaqda skalioz xəstəliyi (onurğa əyriliyi, İİ dərəcəli) vardır. Axırıncı dəfə 2023-cü ilin son aylarında İddiaçı İmanov Süleymanı xəstəliklərlə bağlı müayinələrdən keçirmiş və 700 manata qədər xərc çəkdiyini bildirmişdir. Bundan başqa fizioterapiya ilə bağlı müəyyən dövrdən hər seans 21 manat olmaqla müalicəyə 21 manat xərc çəkilir. Eyni zamanda, uşağın gözündə zəiflik var (bir gözü 30 faiz, digər 40 faiz görür). Həmin xəstəliyin müalicəsinə də xərclər çəkilir. İmanov Süleyman hazırda İqtisadiyyat Kollecində oxuyur. Təhsil xərcləri də həmin xərclər sırasına daxildir. Kolleci bitirməsi və ali məktəbə qəbulla bağlı deyilənlərdən əlavə o, ingilis dili kursuna yazdırılıb. Cavabdeh tərəfindən boşanma ilə bağlı məhkəmə qətnaməsi qəbul edilən vaxtdan bugünədək yalnız aliment ödənilmiş, uşağın əlavə xərclərində heç vaxt iştirak edilməmişdir. Sadalananlardan başqa, iddiaçı 2015-ci ildən indiyədən uşağın müalicəsi ilə bağlı çəkdiyi xərclərin qəbzlərini və digər tibbi sənədləri təqdim etmiş, onların da yarısının cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin müayinə, müalicə və əməliyyatlar müxtəlif dövrlərə aid olsa da, əsasən 2022-2023-cü illəri əhatə edir. Uşağın sonuncu müayinə tarixi xx.xx.2023-cü ildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx.xx.2007-ci il təvəllüdlü X1 və görmə zəifliyindən əziyyət çəkir. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin yaşayış ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsindən görünür ki, alimentin miqdarı artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X4 xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 65 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2019-cu il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 50 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 253 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 14 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 226 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 21 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 150 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 40 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2023-cü il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 86 manat ödənilmişdir. İş materiallarında olan X4 xx.xx.2022-ci il tarixli fakturasından görünür ki, xəstə X3 absesləşməmiş pilonidal kista əməliyyatı üçün 744 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 22,6 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 21 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 62,1 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 18 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 101 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 152 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 54 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 22,6 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 130 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 65,20 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 175 manat, xx.xx.2023-cü il tarixli qəbzə əsasən 264 manat müayinə xərci ödənilmişdir. İş materiallarında olan Güven Klinikanın xx.xx.2023-cü il tarixli fakturasından görünür ki, xəstə X3 analizləri üçün 100 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Təqdim olunmuş iddia ərizəsindən belə müəyyən olunur ki, tələb aşağıdakılardan ibarətdir: - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 154 manat məbləğində aliment miqdarının dəyişərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat; - təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərə görə 3496,39 manat məbləğindən pulun yarısı olan 1530 manat; - gələcəkdə eyni tip xərclərin qarşılanması üçün həmin əlavə xərclərə görə aylıq olaraq 200 manat, - cəmi 435 manat miqdarında alimentin aylıq və 1748,19 manat məbləğində pulun birdəfəlik tutularaq İddiaçı xeyrinə ödənilməsi, mediasiya üçün ödənilən 55 manat rüsumun, iddia qaldırılması üçün ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 105 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi. Məhkəmənin qənaətinə görə iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən uşağa görə 154 manat miqdarında aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə, cavabdeh yüksək məbləğdə əmək haqqı alır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, cavabdehin yüksək əmək haqqı alması, uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Bununla yanaşı tələbin uşağın təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərə görə 3496,39 manat məbləğindən pulun yarısı olan 1530 manatın tutlması hissəsini də məhkəmə qismən əsaslı sayır. İş materiallarına əlavə edilən qəbzlərdən və digər tibbi sənədlərdən də göründüyü kimi uşaq 2019- cu ildən etibarən mütamadi olaraq həkim müayinələrindən keçmiş, müalicəsi üçün dərmanlar alınmış, absesləşməmiş pilonidal kista əməliyyatı keçirmiş, uşaq İİ dərəcəli onurğa əyriliyindən əziyyət çəkir. Lakin iddiaçı təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərə görə 3496,39 manat məbləğində pulun yarısını tələb etsədə iş materialları xəstəliklərin müayinəsi və müalicəsi üçün çəkilmiş xərclərin məbləğinin 3256.5 manat olduğu təsdiq edilir. (65+50+21+21+21+21+21+253+14+226+21+21+21+21+21+21+21+21+40+86+744+21+2 1+21+21+150+21+21+21+22.6+21+21+62.1+18+101+152+54+22.6+130+65.2+175+264+ 100=3256.5). Təhsilə çəkilən xərclərlə bağlı isə iddiaçı heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, müayinə və müalicə xərcinin yarısının (1628.25 manat) cavabdehdən tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinin dispozisiya şərtləri ilə uzlşmaqdadır. Tələbin gələcəkdə eyni tip xərclərin qarşılanması üçün həmin əlavə xərclərə görə aylıq olaraq 200 manat cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X3 mütamadi tibbi müayinə və müalicə olunmasına ehtiyacı vardır. Bununla yanaşı onun hüquq və mənafeləri baxımından uşağın təhsili və tərbiyəsi, sosial-mədəni inkişafı üçün daha əlverişli imkanlardan yararlanmaq üçün şəraitin yaradılmasında da valideyinlərin iştirakı mütləqdir. Bu baxımdan tələbin gələcəkdə eyni tip xərclərin qarşılanması üçün, Uşağın təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərin mütamadi olduğunu, valideynlərin və uşağın ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay 50 manat məbləğində ödənilməli olan sabit pul məbləğində uşaq yetkinlik yaşına çatana cavabdehdən tutulmasını məhkəmə əsaslı sayır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 154 manat məbləğində aliment miqdarının dəyişərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməli, xx.xx.2007-ci il təvəllüdlü X3 müayinə və müalicəsinə çəkilmiş xərcin yarısı 1628.25 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyirinə tutulmalı, uşağın təhsili və müalicəsi ilə bağlı yaranmış əlavə xərclərə görə ödənilməli olan hər ay 50 manat məbləğində sabit pul məbləğində vəsait uşaq yetkinlik yaşına çatana cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 55 manat məbləğində dövlət rüsumu və mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-4800/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə xx.xx.2007-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 235, gələcəkdə eyni tip xərclərin qarşılanması üçün həmin əlavə xərclərə görə aylıq olaraq 50 manat olmaqla, cəmi 285 (iki yüz səksən beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 06 fevral 2024-cü il tarixdən hesablansın. Cavabdeh 1628.25 (min altı yüz iyirmi səkkiz manat iyirmi beş qəpik) manat pul birdəfəlik qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 55 manat məbləğində dövlət rüsumu və mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar