Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7587/2025 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 3000 manat məbləğində əsas borcun, müqavilə üzrə hesablanmış 470 manat dəbbə pulunun, 54.20 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddiaçı MMC ilə aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddiaçı ilə aralarında olan mübahisənin məhkəmədən kənar həll ediliyini, iddiaçı ilə onun hər ay 200 manat məbləğində olmaqla borcundan ödəniş edəcəyi barədə razılığa gəldiklərini bildirmiş və məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ilə Cavabdeh MMC arasında 12 fevral 2026-cı il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Sazişin predmeti 1.1. X2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan, İddiaçı Cavabdeh MMC-yə qarşı 2448,20 (iki min dörd yüz qırx səkkiz manat iyirmi qəpik) məbləğində icarə haqqının ödənilməsi tələbi üzrə qaldırılmış mülki işlə bağlı bağlanır. 1.2. Mübahisə 08 aprel 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi ilə əlaqədardır.
2. Barışıq şərtləri 2.1. Cavabdeh X2 məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən etibarən 12 fevral tarixindən başlayaraq, mövcud borc tam ödənilənədək iddiaçıya aylıq 200 (iki yüz) manat məbləğində vəsait ödəməyi öhdəsinə götürür. 2.2. Ödənişlər iddiaçının bank kart hesabına 4628 1671 4109 1893 nağdsız köçürmə yolu ilə həyata keçirilir. 2.3. Borcun göstərilən qaydada tam və vaxtında ödənilməsi cavabdehin mübahisə predmeti üzrə öhdəliklərinin tam icrası hesab olunur.
3. İddia tələbindən imtina 3.1. İddiaçı X2 məhkəmə tərəfindən təsdiq edildikdən sonra, mülki iş üzrə bütün iddia tələblərindən tam və qeyd-şərtsiz imtina edir. 3.2. Tərəflər təsdiq edirlər ki, bu Sazişdə nəzərdə tutulan öhdəliklər icra edildikdən sonra onların bir-birinə qarşı həmin mübahisə və icarə müqaviləsi ilə bağlı heç bir maddi və qeyri-maddi tələbi qalmır.
4. Hüquqi nəticələr 4.1. Tərəflər X2nin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təsdiq edilməsini xahiş edir. 4.2. Tərəflər anlayır və qəbul edirlər ki, Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra iş üzrə icraata xitam veriləcək və bu Saziş icra sənədi qüvvəsinə malik olacaqdır. 4.3. X2 eyni hüquqi qüvvəyə malik üç (3) nüsxədə tərtib edilmişdir və tərəflər tərəfindən könüllü şəkildə imzalanmışdır.
5. Yekun müddəalar 5.1. Tərəflər bəyan edirlər ki, bu Sazişin şərtləri onların həqiqi iradəsini ifadə edir, zorakılıq, təzyiq və ya aldadılma nəticəsində bağlanmamışdır. 5.2. Sazişin şərtləri Tərəflər üçün məcburidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu sazişlə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov