Məhkəmə qərarları › İş №e-2(001)-763/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-763/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-763/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 14423,24 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 798,50 manat və 135,67 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 15357,41 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T17441 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********40000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bənsinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 610,20 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 691,40 manat; - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 187,40 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 277,20 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 221,60 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230 manat, - xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, - xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 252 manat, - xx.xx.2021ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 267,84 manat, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 302,40 manat, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat, - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 233,28 manat. Cəmi 14423,24 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 798,50 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 15221,74 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobus şəkilsə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, Binəqədi Rayon Porkuroluğunda ekspertiza keçirilmişdir. O, həmin ekspertizada müəyyən olunmuş məbləği qəbul edir. Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə X2 arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” T/17441 saylı müqaviləsinin surətindən görünür ki, paylayıcı istehlakçını təbii qazla təmin etmək, istehlakçı isə, paylayıcı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. **********40000 nömrəli abonentin saldosunun surətindən görünür ki, Cavabdeh qalıq və aktlar üzrə 2023-cü il üçün borcu 13680 manat təşkil edir. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3051 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın, ödənilsin və kənar xətt ləğv edilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 3457 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 937 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1108 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1386 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1150 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt çəkərək təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Tələb: itirilmiş qazın yenidən bərpa olunması üçün dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Tələb: itirilmiş qazın yenidən bərpa olunması üçün dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, yoxlama zamanı sayğacdan kənar təbii qazdan istifadə aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın və ödənilsin. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda qaz sayğacına baxış keçirilmiş, mənzilin qaz sayğacına baxış zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. Tələb: dəymiş ziyan hesablansın. İddiaçı İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2022-ci il tarixli tələbnaməsinin surətindən görünür ki, istehlakçı Cavabdeh məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 1944 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. FM seriyalı 009499 nömrəli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarınən Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Şimal küçəsi, 23 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydiyyatda keçirilmişdir və bu barədə xx.xx.2001-ci il tarixində qeydiyyat aparılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 387C-23 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Prokurorluğu Binəqədi Rayon Prokurorluğunun 387C- 23 saylı materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Təbii X4nın pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli aktın və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin mövcud norma və qaydalara riayət edilməklə tərtib edilməsi və əsaslı olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. Bununla belə rəyin tədqiqat hissəsində göstərilən qazdan istifadə müddət və saatları istintaq tərəfindən digər sübutlarla təsdiq edildiyi halda, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətdə PQ-4 tipli qaz avadanlığından istifadə zamanı sərf olunan təbii qazın miqdarının 11748 m³ (dəyərinin 1357,8 AZN) təşkil etdiyi müəyyən edilir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 282-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 135,67 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X4nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 14423,24 manat məbləğində zərərin tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətdə PQ-4 tipli qaz avadanlığından istifadə zamanı sərf olunan təbii qazın miqdarının 11748 m³ (dəyərinin 1357,8 AZN) təşkil etdiyi müəyyən edilir. Məhkəmə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 798,50 manat borcu (debitor borc) da əsaslı hesab edir. Belə ki, iddiaçı sayğacla bağlı faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 798,50 manat borcu (debitor borc) iddia edir, lakin cavabdeh tərəfindən sözüqedən borcun olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə cavabdehdən 1357,8 manat, sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 798,50 manat borcu (debitor borc), ümumilikdə 2156,3 manat məbləği təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 131 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh (abonent kodu: **********40000) İddiaçı xeyrinə 1357,8 manat, sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 798,50 manat borcu (debitor borc), ümumilikdə 2156,3 (iki min yüz əlli altı manat, otuz qəpik) manat tutulsun. Cavabdeh 131 (bir yüz otuz bir) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar