Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7653/2021 30.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 112.2 kv/m olan 3 otaqlı 16 saylı mənzilə dair 15 mart 2016-cı il tarixdə bağlanmış müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 pulun tutularaq İddiaçı3; Cavabdeh MTK-dan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 72.3 kv/m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 iyun 2018-ci il tarixli müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 pulun tutularaq İddiaçı1; Cavabdeh MTK-dan ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 112.2 kv olan 3 otaqlı 28 saylı mənzilə dair 22 iyul 2018-ci tarixli müqavilə üzrə dəymiş maddi zərərin əvəzi kimi 100.000 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi kimi 10.000 pulun tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı2 Cavabdeh MTK ilə 22 iyul 2018-ci il tarixdə Mənzil Tiknitisinə dair müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın sahəsi 112.2 kv.m olan 3 otaqlı 28 saylı mənzilini əldə etmişdir. Həmin mənzilə dair bütün ödənişləri tam ödəyərək mənzili təhvil almışdır. Mənzilə dair onun tərəfindən ödənişlərin tam olaraq ödənilməsi haqda Cavabdeh MTK-nın rəhbəri X28 həmin tarixdə maliyyə arayışı verilmişdir. Eyni zamanda, İddiaçı3 Cavabdeh MTK ilə 15 mart 2016-cı il tarixdə Mənzil Tiknitisinə dair müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın sahəsi 112.2 kv.m olan 3 otaqlı 16 saylı mənzilini əldə etmişdir. Həmin mənzilə dair bütün ödənişləri tam ödəyərək mənzili təhvil alaraq bütün təmir işlərini gördürmüşdür. Mənzilə dair borcun tam ödənilməsi barədə MTK-nın rəhbəri X28 tərəfindən müvafiq maliyyə arayışı verilmişdir. Eyni zamanda, İddiaçı1 Cavabdeh MTK ilə 25 iyun 2018-ci il tarixdə Mənzil Tiknitisinə dair müqavilə bağlayaraq ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın 27 saylı mənzilini əldə etmişdir. Mənzilə dair borcun tam ödənilməsi barədə MTK-nın rəhbəri X28 tərəfindən müvafiq maliyyə arayışı verilmişdir. Bundan başqa, MTK-nın sədri E.Şirinova tərəfəindən iddiaçılara qarşı dələduzluq edilərək daha öncədən X1 sözügedən mənzillər aldatma və etibardan suiistifadə etməklə onlara satılmış, bununla da külli miqdarda maddi vəsaitləri Cavabdeh MTK-nın sədri tərəfindən mənimsənilmişdir. E.Şirinovanın Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar üzrə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham verilmiş və onun təqsirli olmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-566/2020 saylı, 13.08.2020-ci il tarixli hökmü mövcuddur ki, həmin hökmlədə iddiaçılar zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Bundan sonra, X30 tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə onlara qarşı müraciət edilərək, Cavabdeh MTK ilə İddiaçı3 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 112.2 kv/m olan 3 otaqlı 16 saylı mənzilə dair 15 mart 2016-cı il tarixdə bağlanmış müqavilənin; Cavabdeh MTK ilə İddiaçı1 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 72.3 kv/m olan 2 otaqlı 27 saylı mənzilə dair 25 iyun 2018-ci il tarixli müqavilənin; Cavabdeh MTK ilə İddiaçı2 arasında ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 112.2 kv/m olan 3 otaqlı 28 saylı mənzilə dair 22 iyul 2018-ci tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzillərin cavabdehlərdən alınaraq S.Şərifovaya təvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-145/2021 saylı, 25 iyun 2021-ci il qətnaməsi ilə X12 iddiası qismən təmin edilmiş və məhkəmə qətnaməsi ilə cavabdehlər Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış 15 mart 2016cı il tarixli müqavilə qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli müqavilə qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı, 27 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi; cavabdehlər Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış 22 iyul 2018-ci il tarixli müqavilə qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı, 28 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 52 saylı mənzilin, ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilin, ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı, 27 saylı mənzilin, ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı, 28 saylı mənzilin iddiaçı X20 təhvil (istifadə və sahibliyinə) verilməsi qət edilmişdir. Həmin qüvvədə olan qətnaməsində məhkəmə qeyd etmişdir ki, “Bununla belə, "xxxx" MTK ilə İddiaçı3, İddiaçı1, İddiaçı2 arasında bağlanmış müqavilələr mübahisəli olan əmlaklara aid hissəsinin etibarsız sayılması, həmin əqdin digər hissələrinin də (bütövlükdə) etibarsız hesab edilməsi və Cavabdeh MTK-nın bu şəxslər qarşısındakı öhdəlikdən azad olması üçün əsas deyil”. Məhkəmənin gəldiyi hüquqi nəticədən də göründüyü kimi iddiaçılar, tərəfindən Cavabdeh MTK-ya ödənilmiş pul məbləğləri MTK-nın direktoru X28 tərəfindən onları aldatmaqla ələ keçirilmişdir. Bu da öz növbəsində MTK-nın və onun sədrinin iddiaçılara qarşı öhdəliyini yerinə yetirmədiyinin sübutu kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh MTK nümayəndəsini məhkəməyə göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən və İddiaçı2 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı3 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə payçı İddiaçı3 arasında bağlanmış 15 mart 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, MTK ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürür. Cavabdeh tərəfindən verilmiş 15 mart 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı3 mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Cavabdeh ilə payçı İddiaçı1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı, 27 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürür. Cavabdeh tərəfindən verilmiş 25 iyun 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Cavabdeh ilə payçı İddiaçı2 arasında bağlanmış 22 iyul 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, MTK ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı, 28 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürür. Cavabdeh tərəfindən verilmiş 22 iyul 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, e-2(001)- 145/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış 15 mart 2016-cı il tarixli müqaviləsinin qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış 25 iyun 2018-ci il tarixli müqaviləsinin qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı, 27 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış 22 iyul 2018-ci il tarixli müqavilə qismən, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı, 28 saylı mənzilin təhvil verilməsinə aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə həmin qətnamədə qeyd etmişdir ki, məhkəmə eksperti tərəfindən Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanmış 15 mart 2016-cı il tarixli müqavilənin İddiaçı3 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalandığı müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, müqavilə imzalandıqdan sonra bu müqavilənin predmeti olan 16 saylı mənzildə İddiaçı3 tərəfindən təmir işlərinə başlanılmışdır. Başqa sözlə, Cavabdeh MTK qeyd edilən mənzilə İddiaçı3 sahiblik və ondan istifadə etməyə maneə yaratmamış, bununla da həmin müqaviləni sonradan bəyənmişdir. Bu səbəbdən məhkəmə 15 mart 2016-cı il tarixli müqaviləni məhz İddiaçı3 ilə bağlanmış müqavilə kimi qəbul etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(101)-566/2020 saylı hökmündən görünür ki, 25 iyul 2019-cu il tarixdə ölmüş təqsirləndirilən şəxs X28 Azərbaycan Respublikası 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ölümü ilə bağlı ona cəza təyin edilməmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X28 Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri seçilməklə faktiki olaraq öldüyü 25 iyul 2019-cu il tarixədək həmin vəzifədə işləməklə kooperativin 23 iyun 2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinə əsasən, Ümumi yığıncaq iclasları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik etmək, müqavilə bağlamaq, öz üzərinə əmlak və başqa öhdəliklər götürmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 3 ünvanında sədri olduğu MTK tərəfindən inşa edilən 1 girişli 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, 112,2 kvadrat metr sahəsi olan 16 nömrəli mənzili 05 may 2014-cü il tarixdə MTK-nın ünvan 4 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında X13 adına sənədləşdirilməklə X33 95.370 manata satmasına baxmayaraq, özgənin külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə 2016-cı ilin yanvar ayında əvvəlcədən tanıdığı X6 həmin hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, 112,2 kvadrat metr sahəsi olan 16 nömrəli mənzilin boş olduğunu, münasib qiymətə sata biləcəyini yalan vəd verib almasını təklif etməklə sonuncunun razılığını alaraq Əkrəm Hidayətovu aldadaraq 88.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb öz ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və ya aldatma yolu ilə Əkrəm Hidayətovun əmlakını külli miqdarda ələ keçirib dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmündən görünür ki, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslər X14 98.620 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 103.650 manat; X4 29.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 34.530 manat; X34 82.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 87.030 manat; X2 78.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 83.880 manat; X5 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 62.530 manat; X11 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73.530 manat; X18 92.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 97.030 manat; X31 115.595 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 120.625 manat; X32 68.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73.530 manat; X22 68.850 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 73.880 manat; X7 45.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 50.030 manat; X35 33.900 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 38.930 manat; X15 50.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 55.030 manat; X16 60.000 manat maddi ziyan, 5.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 65.030 manat, X8 60.000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan, cəmi 65000 manatın ödənilməsi hökm edilmiş, digər zərərçəkmiş şəxslər, X36, X9, X3, X40, X29, X37zadə, X23, X24, X25, X38, X17, X26 və X10 mülki iddianın mülki-prosessual qaydada verilmə qaydası izah edilmişdir. 21 sentyabr 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçılar hər biri iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı3 ilə Cavabdeh arasında 15 mart 2016-cı il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112.2 kv.m. olan 3 otaqlı, 16 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürmüş, sonuncu tərəfindən mənzilin dəyəri – 88.000 manat məbləğində vəsaiti tam olaraq cavabdehə ödənilmişdir. Həmçinin, İddiaçı1 ilə Cavabdeh arasında 25 iyun 2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK eyni ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 72.3 kv.m. olan, 2 otaqlı, 27 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürmüş, sonuncu mənzilin dəyərini – 50.000 manat məbləğində vəsaiti tam olaraq cavabdehə ödəmişdir. Bundan başqa, İddiaçı2 ilə Cavabdeh arasında 22 iyul 2018-ci il tarixli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK eyni ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasından ümumi sahəsi 112,2 kv.m. olan 3 otaqlı, 28 saylı mənzili payçıya verməyi, payçı isə mənzilin pay haqqını ödəməyi öz üzərinə götürmüş, sonuncu mənzilin dəyərini – 65.000 manat məbləğində vəsaiti tam olaraq cavabdehə ödəmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə hər üç müqavilələr mənzillərin hazırki iddiaçılara təhvil verilməsinə aid hissələrdə etibarsız sayılmış, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, MTK-nın sədri İddiaçı3 ilə bağlanmış 15 mart 2016-cı il tarixli müqavilə üzrə 16 saylı mənzilə görə ödənilmiş 88.000 manat məbləğində vəsaiti ələ keçirib dələduzluq etmişdir. Digər məhkəmə hökmü ilə də müəyyən edilmişdir ki, MTK-nın sədri bir sıra şəxs tərəfindən mənzillərə görə ödənilmiş məbləğlər ələ keçirilərək onlara qarşı dələduzluq edilmiş, lakin həmin cinayət işi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 zərərçəkmiş şəxslər qismində tanınmamış, habelə onlar tərəfindən həmin cinayət işi üzrə mülki iddialar verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 112.2-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 117.1-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Mülki və mənzil qanunvericiliyinin yuxarıda istinad olunan tələblərindən göründüyü kimi, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır və belə olan halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 iddia tələblərinin maddi zərərin ödənilməsi hissəsi qismən təmin edilməli, onlar tərəfindən ödənilmiş məhz pay haqqları (50.000 manat məbləğində İddiaçı1 tərəfindən ödənilmiş, 65.000 manat məbləğində İddiaçı2 tərəfindən ödənilmiş) cavabdehdən tutularaq həmin iddiaçılara ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar tərəfindən onlara tələb olunan məbləğdə, yəni hər birinə 100.000 manat məbləğində maddi zərərin dəyməsi iş materialları ilə təsdiq olunmur. Belə ki, onların cavabdehlərlə bağladıqları müqavilələr məhkəmə qətnaməsi ilə yalnız qismən, həmin müqavilədə göstərilən konkret mənzillərin onlara verilməsinə aid hissədə etibarsız hesab edilmişdir. Bu isə o deməkdir ki, iddiaçılar həmin MTK-dan başqa mənzilin onlara verilməsi öhdəliyinin icra edilməsini tələb edə bilərdilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X27 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin “vurulnuş mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə digər İddiaçı3 iddia tələbinin maddi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, onun tərəfindən ödənilmiş pay haqqı MTKnın rəhbəri tərəfindən ələ keçirilərək ona qarşı dələduzluq edilmişdir. Göründüyü kimi, Cavabdeh MTK-nın hüquqi şəxs olaraq həmin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı3 Cavabdeh MTK-ya qarşı “maddi zərərin ödənilməsi” hissəsində iddia tələbi təmin edilmədiyindən, ondan törəmə olan “vurulmuş mənəvi zərərin ödənilməsi” hissəsində də iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdehndən 50.000 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı tutularaq İddiaçı1 ödənilməli, iddia qalan hissədə təmin edilməməli; İddiaçı2 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdehndən 65.000 (altmış beş min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı tutularaq İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, İddiaçı3 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməməli, İddiaçı3 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 50.000 (əlli min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehndən 65.000 (altmış beş min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı3 Cavabdehnə qarşı maddi və mənəvi zərər tələbinə dair iddiası təmin edilməsin. İddiaçı3 tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-7653/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7653/2021
30.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver