Məhkəmə qərarları › İş №e-2(001)-7684/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7684/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7684/2025 29.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 21 avqust 2024-cü il tarixli 3M-439 nömrəli müqaviləyə əsasən ümumilikdə 12000 manat borc məbləğinin və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində 21 avqust 2024-cü il tarixdə onunla Cavabdeh arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəfindən borc alana 12000 manat məbləğində pul vəsaiti borc verilmişdir. Borcalan xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla xx.xx.2025-ci il tarixədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə aldığı vəsaiti geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hazırkı tarixədək dövrü olaraq icra edilməli öhdəlik icra edilməmiş və heç bir vəsait ona geri qaytarılmamışdır. Bu fakt notarius tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4805/2025 nömrəli məktubla təsdiq edilir. Beləliklə, Cavabdeh onun qarşısında 21 avqust 2024 tarixli, reyesterdə 3M-49 nömrə ilə qeyd edilmiş, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış müqaviləyə əsasən ümumilikdə 12000 manat borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə tərəfindən cavabdehə müxtəlif vaxtlarda şifahi qaydada (telefon vasitəsi ilə) danışıqlar aparılmış və yazılıq qaydada pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh pretenziya məktubuna məhəl qoymamış və müqavilə üzrə öhdəliklərini icra etməmiş, borcu ödəməmişdir. Cavabdeh, müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində onun haqqlarını pozmuşdur. Cavabdehin öhdəliklərini yerinə yetirməməsi müqavilənin şərtlərinin ciddi şəkildə pozulması deməkdir və bu onun haqqlarının pozulmasına səbəb olmuşdur. Tərəfindən iddia ərizəsinin verilməsinə görə 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış borc müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 12000 manat məbləğində pul borc verir. Borcalan borcu xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 1000 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək Borcverənə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdr. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli 3M-439 reyestr nömrəli “Borc müqaviləsi”nə əsasən Cavabdeh tərəfindən notarisun depozit hesabına heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 12000 manat pulun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12000 manat məbləğində borcu xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 1000 manat olmaqla, xx.xx.2025-ci il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürmüşdr. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Belə ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunun surətindən də göründüyü kimi, xx.xx.2024-cü il tarixli 3M-439 reyestr nömrəli “Borc müqaviləsi”nə əsasən Cavabdeh tərəfindən notarisun depozit hesabına heç bir ödəniş edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 126 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar