Məhkəmə qərarları › İş №e-2(001)-771/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-771/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-771/2024 18.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi (vəkil) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 100.000,00 züy) min) ABŞ Dolları və “X2 ve Ticaret” A.Ş. şirkətininin təsis edilməsi və fəaliyyət göstərməsi üçün sərf olunan 30.000,00 (otuz min) ABŞ Dolları vəsaitdən Cavabdehin geri ödədiyi 59.780,00 (əlli doqquz min yeddi yüz səksən) ABŞ Dolları məbləği çıxılmaqla geri qalan 70.220,00 (yetmiş min iki yüz iyirmi) ABŞ Dolları real zərər, 104.359,60 züy) dörd min üç yüz əlli doqquz, altmış) ABŞ Dolları həcmində əldən çıxmış fayda, 5.100,00 (beş min yüz) ABŞ Dolları həcmində hüquqşünas xərclərinin, cəmi 179.679,60 züy) yetmiş doqquz min altı yüz yetmiş doqquz, altmış) ABŞ Dolları və 596 (beş yüz doqsan altı) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı və Turan Mehman oğlu Alməmmədovun on ildən artıq müddəti əhatə edən dostluq münasibəti olmuşdur. 2022-ci ilin iyul ayında cavabdeh iddiaçıya müraciət edərək, birlikdə “OKX” birjası https://www.okx.com/ (bundan sonra “Birja”) ilə əməkdaşlıq edərək kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında iddiaçı Türkiyə Respublikasında 2022-ci ilin iyul ayında “X2 ve Ticaret” A.Ş.şirkətini (bundan sonra “Şirkət”) təsis etmişdir. Bütövlükdə dəyəri ******* Türk Lirəsi (hazırki rəsmi məzənnə ilə 35711,15 ABŞ Dolları) olan nizamnamə kapitalı yalnız iddiaçının özü tərəfindən ödənilmiş və o, Şirkətin rəsmi olaraq tək təsisçisi olmuşdur. Lakin faktiki olaraq və danışıqlara əsaslanaraq Şirkətin payları İddiaçı, Cavabdeh və Tural Kərimli (iddiaçı daxil olmaqla 3 nəfərin) arasında bölüşdürülmüşdür. Həmçinin Türkiyə qanunvericiliyinə əsasən, Şirkətin təsis edilməsi üçün qoyulan sərmayə sonradan istənilən zaman Şirkətin fəaliyyəti ilə bağlı maaşların, kirayənin, vergilərin və digər bu kimi ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilir. Cavabdeh iddiaçıya 2022-ci il sentyabr ayında Birja ilə əməkdaşlıq etmək məqsədi ilə həmin Birjaya 300000 çü) yüz min) USDT depozit qoyulmalı olduğunu bildirmişdir. USDT və USDC ABŞ dollarının virtual versiyası olan kriptovalyutalardır və 1 USDT və ya USDC - 1 ABŞ Dollarına bərabərdir. Cavabdeh həmin məbləğin özü, iddiaçı və Tural Kərimli arasında bərabər, yəni hər biri 100000 züy) min) ABŞ dolları olaraq bölünüb ödəniləcəyi və cəmi 300000 ABŞ Dolları pulun Birjaya depozit şəklində yatırılacağını bildirmişdir. Nəticədə iddiaçı xx.xx.2022-ci il tarixində Türk Hava Yollarında sahib olduğu 26000 (iyirmi altı min) səhmini ümumilikdə ******* (bir milyon doqquz yüz min) Türk Lirəsinə satıb öz payına düşən 100000 USDC (ABŞ Dolları)-ni “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürmüşdür. Birja ilə aparılan danışıqlar əsasında iddiaçı cavabdeh tərəfindən nə Şirkətin, nə də öz adına bir təminat hesabı Birjada açmadığını aşkar etmişdir. Bundan sonra iddiaçı artıq 2023-cü il mart ayından etibarən xx.xx.2022-ci il tarixində Birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100000 ABŞ Dolları və “X2 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30000 (otuz min) ABŞ Dolları pulu WhatsApp tətbiqi üzərindən yazışaraq cavabdehdən geri tələb etmişdir. Lakin cavabdeh növbəti aylarda tələb edilən məbləği müxtəlif bəhanələrlə ödəməyərək gecikdirmişdir. xx.xx.2023-cü il tarixində cavabdeh 130000 züy) otuz min) ABŞ dolları (100000 ABŞ Dolları depozit üçün qoyulan məbləğ + 30000 ABŞ Dolları Şirkətin təsis edilməsi və fəaliyyətin göstərilməsi ilə bağlı xərclər) pulun çıxdığını əks etdirən ekran görüntüsünü Whatsapp mobil tətbiqi ilə iddiaçıya göndərərək həmin pulun onun hesabına köçürüldüyünü bildirsə də, iddiaçının hesabına bu vəsait daxil olmamışdır. Cavabdehin bildirdiyi məlumata əsasən sistemdə problem yarandığı üçün pul iddiaçının hesabına köçürülə bilməmişdir. Daha sonra məbləğin köçürülməsi tələbi ilə bağlı təkidlərdən, həmçinin məsələ ilə bağlı hüquqi addımların atılacağı ilə əlaqədar xəbərdarlıqdan sonra isə xx.xx.2023-cü il tarixində bu məbləğdən yalnız 59780 USDT (ABŞ Dolları) iddiaçının hesabına köçürülmüşdür. Bundan sonra heç bir ödəmə cavabdeh tərəfindən həyata keçirilməmişdir. Cavabdeh tələb olunan məbləği ödəməkdən yayındığı üçün iddiaçı tərəfindən sonuncu dəfə 22 sentyabr 2023-cü il tarixində ona rəsmi pretenziya məktubu ünvanlanmışdır. Cavabdeh pretenziya məktubunu alandan sonra, iddiaçı ilə Whatsapp mobil tətbiqi üzərindən əlaqə saxlayaraq, 130000 ABŞ Dollarından qalan məbləğin ödənilməsini (70220 ABŞ Dollarını) 15 gün ərzində təmin edəcəyini, lakin əldən çıxmış fayda məsələsini kənara qoyulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin vəkili və nümayəndəsi ilə keçirilən görüşdə, sonuncu cavabdehin 70220 ABŞ Dollarını iki hissə ilə yaxın bir zamanda ödəniləcəyini, lakin əldən çıxmış faydanı ödənilməyəcəyini bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşmayaraq, hazırda ondan 70220 ABŞ Dollarından əlavə olaraq əldən çıxmış faydanı da tələb edir. İddiaçı 100000 züy) min) ABŞ Dollarının cavabdehin tələb etdiyi hesaba yatırılması üçün krüT“ Hava Yolları”- nın özünə məxsus xeyli sayda səhmlərini 19 sentyabr 2022-ci il tarixdə birinin qiyməti 73 Türk Lirəsi olmaqla ümumilikdə təqribi ******* (bir milyon doqquz yüz min) Türk Lirəsinə satmışdır. 1 səhmin cari dəyəri isə 220,1 Türk Lirəsidir. Nəticədə 2022-ci ildə satılan 26000 (iyimi altı min) səhmin cari dəyəri ******* (beş milyon yeddi yüz iyirmi iki min altı yüz) Türk Lirəsidir və ya 204359,6 (iki yüz dörd min üç yüz əlli doqquz ABŞ dolları, altmış sent) ABŞ Dollarıdır. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100000 ABŞ Dolları təşkil edirdi, hazırda əldən çıxmış fayda 104359,6 ABŞ Dolları təşkil edir (203.007,52 ABŞ Dolları – 100.000,00 ABŞ Dolları = 104.359,60 ABŞ Dolları). Hazırda cavabdeh vurduğu zərərin əvəzinin hələ də tam məbləğini ödəmədiyindən iddiaçı ona vurulmuş zərərin əvəzini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. İddia tələbi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 385.1ci, 443.1-ci, 443.4-cü və 1096.1-ci maddələri ilə əsaslandırılmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, cavabdeh iddiaçı ilə birlikdə 2022-ci ilin iyul ayında əməkdaşlıq edərək, Türkiyə Respublikasında kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmağı təklif etmişdir. Nəticədə tərəflərin razılığı əsasında “X2 ve Ticaret” A.Ş. şirkəti (bundan sonra “Şirkət) təsis edilmiş və İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmişdir. Sonradan Birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə Birjada dəyərdən düşərək sıfırlanmışdır. Nəticədə iddiaçı itirdiyi pulun əvəzini cavabdehdən tələb etmiş, cavabdeh isə öz növbəsində biznes etikasından irəli gələrək pulun bir qismini öz şəxsi vəsaiti hesabına iddiaçıya ödəmişdir. Bundan sonra cavabdeh özü də zərərdə olmasına baxmayaraq, iddiaçının çəkdiyi xərclərin bir hissəsini də ödəyəcəyini bildirmişdir. Lakin, iddiaçı haqlı olmadan daha çox məbləğ tələb edərək məhkəməyə müraciət etmişdir. Adıçəkilən şirkətə investisiya etmiş hər üç şəxs öz riski ilə sahibkarlıq fəaliyyətini həyata keçirən müstəqil şəxslərdir və yaranmış itkiyə görə iddiaçı cavabdeh qarşısında öhdəlik daşımır. Nəzərə alınmalıdır ki, iddiaçı öz iddiasını hər hansı yazılı sənədlə (müqavilə, təsis sənədi və digər) sübut edə bilmir və yalnız tərəflər arasındakı “Vatsap” tətbiqi vasitəsilə olan yazışmaya istinad etmişdir. Qeyd edilən yazışma mətnləri iddiaçının yalnız biznes etikasından irəli gələn mövqeyini əks etdirir və öhdəliyin yaranması üçün əsas hesab oluna bilməz. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, iddiaya etirazda göstərilənləri müdafiə etdiyini bildirərək, əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh, həmçinin Tural Kərimli adlı şəxs birlikdə iş quraraq birjada səhm almağı qərarlaşdırmışlar. Bu məqsədlə şirkət yaratmış, hər biri 100000 ABŞ dolları verməklə birjadan səhm almışlar. X3 öz pulunu geri çəkmiş, qalan 200000 ABŞ dolları məbləğində səhmlər isə birjada dəyər itirmiş, beləliklə pulu uduzmuşlar. Həm iddiaçının, həm də cavabdehin verdiyi pul itirilmiş, bundan sonra iddiaçı itirilmiş pulunu haqsız yerə cavabdehdən tələb etmişdir. Cavabdeh isə öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirmiş, 59780 ABŞ dollarını qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Lakin, iddiaçı cavabdehdən hazırki iddia ərizəsində göstərilən əlavə məbləğlər də tələb etdiyindən cavabdeh ümumiyyətlə iddiaçıya pul ödəməkdən imtina etmişdir. İddiaçı cavabdehdən əldən çıxmış fayda kimi 104359,6 ABŞ dolları da tələb edir, tələbini onunla əsaslandırır ki, o, cavabdehə 100000 ABŞ dolları vermək üçün X5 aid səhmlərini satmış, satmasaydı bu gün onların dəyəri artdığından o, həmin məbləğdə gəlir əldə edə bilərdi. Halbuki, nəzərə alınmalıdır ki, X4 səhmlərinin dəyəri əksinə azalsaydı, o zaman iddianı ümumiyyətlə cavabdehdən heç nə tələb etməyəcəkdi?! Göründüyü kimi, iddianın tam olaraq heç bir əsası yoxdur, ona görə də rədd edilməlidir. İddia əsassız olduğundan, bu iddia ilə bağlı hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzinin tutulması hissəsində də iddia rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan, İddiaçı Azərbaycan Respublikasındakı nümayəndəsi "xxxx" şirkətinin meneceri Vəkil1 tərəfindən Cavabdeh ünvanlandırılmış 22 sentyabr 2023cü il tarixli “pretenziya məktubu”ndan görünür ki, iddiaçı cavabdehdən 70220 ABŞ dolları əsas borcun, bundan başqa, əldən çıxmış fayda kimi 144454,4 ABŞ dollarının, cəmi 214674,4 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli “Xidmət müqaviləsi”ndən görünür ki, müqavilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar bağlanmış, müqavilə şərtlərinə əsasən, iddiaçı birinci instansiya məhkəməsində qətnamənin əldə edilməsinədək ümumilikdə 5100 ABŞ dolları məbləğində xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan, “Whatsapp” tətbiqi vasitəsilə iddiaçı ilə cavabdeh arasındakı mesajlaşmadan müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında birjadan səhm alınması ilə bağlı pul haqq-hesabı olmuş, sonradan iddiaçı cavabdehdən ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmiş, cavabdeh də zərərin əvəzini ödəyəcəyini bildirmişdir. İstər təqdim edilmiş “Whatsapp” yazışmalarının həqiqiliyi, istərsə də iddiaçı tərəfindən təqdim edilmiş bank hesabı məlumatlarında göstərilən əməliyyatlar cavabdeh tərəfindən inkar edilmədəyindən, məhkəmə iddiaçının cavabdehin hesabına 100000 ABŞ dolları göndərməsini işin mübahisəsiz halı kimi qəbul edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 37. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir Təqdim olunmuş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehədn ümumilikdə 179679,6 ABŞ dolları məbləğində pul vəsaitinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 596 manat məbləğində pulun tutulmasını tələb edir. Bu məbləğdən: 70220 ABŞ dolları real zərər, 104359,6 ABŞ dolları həcmində əldən çıxmış fayda, 5100 ABŞ dolları həcmində hüquqi xidmət və 596 manat məbləğində dövlət rüsumunun xərcləri təşkil edir. İlk növbədə məhkəmə 70220 ABŞ dolları real zərərlə bağlı iddiaçının dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilən hallarına görə dostluq münasibətində oan tərəflər arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar iş qurmaq qərarına gəlmişlər, nəticədə iddiaçı tək təsisçi olaraq Türkiyə Respublikasında 2022-ci ildə nizamnamə kapitalı 35711,15 ABŞ Dolları olan “X2 ve Ticaret” A.Ş.şirkətini təsis etmişdir. İddiaçı, Cavabdeh və Tural Kərimli tərəfindən hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, sonradan Birjada olan dalğalanmalar və danışıqların baş tutmaması səbəbindən Tural Kərimli öz investisiyasını geri götürmüş, iddiaçı və cavabdehin qoyduğu pullar isə Birjada dəyərdən düşərək sıfırlanmışdır. Bu işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2022-ci il tarixində Türk Hava Yollarında sahib olduğu 26000 (iyirmi altı min) səhmini ümumilikdə ******* (bir milyon doqquz yüz min) Türk Lirəsinə satıb öz payına düşən 100000 USDC (ABŞ Dolları)-ni “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürdüyünü, Birjaya depozit qoymaq məqsədi ilə cavabdehə ödədiyi 100000 ABŞ Dolları və “X2 ve Ticaret” A.Ş. şirkətinin Türkiyədə boşuna təsis edilməsinə sərf edilmiş 30000 (otuz min) ABŞ Dolları pulu cavabdehin təklifi əsasında etdiyinə əsaslanaraq 70220 ABŞ dolları məbləğində real zərər vurulduğunu iddia edir. Məhkəmə Mülki Məcəllənin zərərlə bağlı yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehlərin qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsirini müəyyən edən faktiki halların baş verməsi iş üzrə sübut olunmur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kriptovalyuta əməliyyatları ilə əlaqədar hər biri 100000 ABŞ dolları ekvivalentində kriptovalyuta investisiya edilmiş, lakin cavabdeh 100000 ABŞ dolları verməklə birjadan səhm aldığını, sonradan qalan 200000 ABŞ dolları məbləğində səhmlərin isə birjada dəyərinin itirdiyini qəbul edərək, öz işgüzar nüfuzu xatirinə iddiaçıya uduzulmuş 100000 ABŞ dollarını qaytaracağını bildirərək, 59780 ABŞ dollarını könüllü qaytarmış, qalan məbləği ödəmək üçün vaxt istəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında könüllü qəbul etdiyi öhdəliyinin həcmi 100000 ABŞ Dollarından ödədiyi 59.780,00 (əlli doqquz min yeddi yüz səksən) ABŞ Dolları məbləği çıxılmaqla qalan 40.220,00 (qırx min iki yüz iyirmi) ABŞ Dolları təşkil edir. İddiaçının isə məhz cavabdehin təkidilə “X2 ve Ticaret” A.Ş. şirkətinin təsis etməsinə dair 30000 ABŞ Dolları məbləğində pul sərf etdiyi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı (30000 ABŞ Dolları) qoyduğu maya dəyəri məbləği həddində risk daşıyaraq tək təsisçi kimi “X2 ve Ticaret” A.Ş. şirkətini təsis etmiş, onunla və ya şirkətlə cavabdeh arasında şirkətin mənfəətinin bölüşdürülməsi, bu mənfəət üzrə payların miqdarı, tərəflərin qarşılıqlı öhdəlikləri və digər şərtləri özündə əks etdirən hər hansı yazılı əqd bağlanmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin 30000 ABŞ Dollarını tələb olunmasının hüquqi əsası mövcud deyil. 104359,6 ABŞ dolları həcmində əldən çıxmış faydaya münasibətdə qeyd olunmalıdır ki, tələb belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh və Tural Kərimli arasında bərabər, yəni hər biri 100000 züy) min) ABŞ dolları olaraq bölünüb ödəniləcəyi və cəmi 300000 ABŞ Dolları pulun Birjaya depozit şəklində yatırılacağı barədə şifahi razılığa gəldiklərini, nəticədə iddiaçı xx.xx.2022-ci il tarixində Türk Hava Yollarında sahib olduğu 26000 (iyirmi altı min) səhmini ümumilikdə ******* (bir milyon doqquz yüz min) Türk Lirəsinə satıb öz payına düşən 100000 USDC (ABŞ Dolları)-ni “Bilira Teknoloji” A.Ş. şirkətinin hesabına yatıraraq cavabdehin tələb etdiyi hesaba köçürmüşdür. İddiaçı 100000 züy) min) ABŞ Dollarının cavabdehin tələb etdiyi hesaba yatırılması üçün krüT“ Hava Yolları”- nın özünə məxsus xeyli sayda səhmlərini 19 sentyabr 2022-ci il tarixdə birinin qiyməti 73 Türk Lirəsi olmaqla ümumilikdə təqribi ******* (bir milyon doqquz yüz min) Türk Lirəsinə satmışdır. 1 səhmin cari dəyəri isə 220,1 Türk Lirəsidir. Nəticədə 2022-ci ildə satılan 26000 (iyimi altı min) səhmin cari dəyəri ******* (beş milyon yeddi yüz iyirmi iki min altı yüz) Türk Lirəsidir və ya 204359,6 (iki yüz dörd min üç yüz əlli doqquz ABŞ dolları, altmış sent) ABŞ Dollarıdır. Nəzərə alınsa ki, 19 sentyabr 2022-ci il tarixində müvafiq səhmlərin dəyəri 100000 ABŞ Dolları təşkil edirdi, hazırda əldən çıxmış fayda 104359,6 ABŞ Dolları təşkil edir (203.007,52 ABŞ Dolları – 100.000,00 ABŞ Dolları = 104.359,60 ABŞ Dolları). Hazırda cavabdeh vurduğu zərərin əvəzinin hələ də tam məbləğini ödəmədiyindən iddiaçı ona vurulmuş zərərin əvəzini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və ya götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. Təsadüfi deyil ki, MM-in 1092.1.1-ci maddəsi həmin Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı varlanmış şəxsin qaytarma vəzifələrindən biri kimi müəyyən edir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulan mənəvi zərərin əvəzi isə MM-in 1097.1-ci maddəsinə əsasən tələb edilə bilər. Bununla bağlı qeyd olunmalıdır ki, krüT“ Hava Yolları”- nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması və bunun nəticəsində səhmlərin dəyərindən əldə olunacaq dividendlərdən məhrum olması ilə bağlı dəlillərin sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı halda krüT“ Hava Yolları”- nın iddiaçıya məxsus səhmlərinin məhz cavabdehin tapşırığı ilə çıxarılması iş üzrə müəyyən edilməmklə yanaşı buna dair iddiaçı yalnız formal mülahizələrə əsaslanmış, iddia tələbi üzrə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə cavabdehin etirazda qeyd etdiyi “cavabdehə 100000 ABŞ dolları vermək üçün X5 aid səhmlərini satmasa idi bu gün onların dəyəri artdığından o, həmin məbləğdə gəlir əldə edə biləcəyini, lakin X4 səhmlərinin dəyəri əksinə azalmış olsaydı, o zaman iddianı ümumiyyətlə cavabdehdən heç nə tələb etməyəcəyi” ilə bağlı arqumentini də iddianın qeyd olunan hissəsinin əsassız olduğuna dəlalət etdiyini hesab edir. Göründüyü kimi iddiaçının 104.359,60 züy) dörd min üç yüz əlli doqquz, altmış) ABŞ Dolları həcmində əldən çıxmış fayda ilə bağlı (adi mülki dövriyyə şəraitində hansı gəlirləri əldə edəcəyi barədə) biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim olunmamışdır. İddiada 5.100,00 (beş min yüz) ABŞ Dolları həcmində hüquqşünas xərclərinin cavabdehdən tutulmasını da məhkəmə əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır və funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hazırki halda iddiaçı hüquqi xidmətlə əlaqədar ödənilmiş vəsaitin əvəzi kimi 5100 ABŞ dollarının cavabdehdən tutulmasını tələb etsə də, müqavilənin şərtlərində göstərilən məhkəməyə qədər və birinci instansiyada göstərilən xidmətləriə münasibətdə, bu məbləğin ödənilməsi ilə bağlı görülməli prosessual hərəkətlərə dair göstərilən məbləğ ağlabatan hesab edilməməklə yanaşı, iddiaçı tərəf hüquqi xidmətlə bağlı ümumiyyətlə ödəniş edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. - 439.6-cı maddəsinə əsasən, əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40220 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında yaranmış münasibətlərdə pul ödənişinin ABŞ dolları ilə aparılmalı olduğu şərtləndirilmədiyindən, cavabdehdən tutulmalı pul vəsaiti ödəniş anında Azərbaycan manatına uyğun məzənnə ilə hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia qismən təmin edildiyindən, onun təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 40220 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 295,12 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar