Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-775/2023 09.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi olan cavabdehdən iddiaçının xeyrinə 2543,97 manat əsas, vəfat etdiyi tarixə 0.01 manat faiz borcu olmaqla, cəmi 2543,98 manat məbləğində kredit borcun, ödənilmiş 45.43 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, illik 20 faiz olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. V.Şükürov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat Ofisi tərəfindən verilmiş məktuba əsasən, V.Şükürov rəhmətə getdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, X1 qalmış mirası vərəsəsi – Cavabdeh qəbul etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Hacıyevə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etsə də, əsas borclu mərhum həyat yoldaşının borcunu hazırda ödəmək iqtidarında olmadığını, lakin hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu X3 arasında bağlanmış xx.xx.2019-cü il tarixli BPM**********49 saylı kredit müqaviləsinə və maliyyə arayışına əsasən ona 24 ay müddətinə illik 20 faiz dərəcəsi olmaqla, 4000 manat məbləğində kredit verilmiş, V.Şükürovun xx.xx.2022-ci il tarixə 2543.97 manat əsas, 0.01 manat faiz borcu qalmışdır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 157 nömrə ilə qeyd edilmişdir. - qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı – Cavabdehdır. Şəhadətnamə üzrə verilən miras əmlakı isə X2 adına dövlət reyestrindən çıxarışa əsasən verilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.7 kv.m olan mənzildən, "xxxx" QSC Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunda olan son haqq-hesab məbləği 2087,34 manat və əmək qabiliyyətinin itirilməsinə görə isə 231,21 manat pul məbləğindən ibarətdir. İddiaçı "xxxx" ASC ilə cavabdeh X3 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. - 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə V.Şükürov arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, V.Şükürov xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən öhdəliyi yerinə yetirə bilməmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh qanun üzrə kreditorun birinci növbə vərəsəsidir. Kreditor V.Şükürov öldükdən sonra daşınmaz əmlak (mənzil) və son haqq-hesab olaraq pul məbləği miras qalmışdır. İddiaçı ilə V.Şükürov arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Həmçinin qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə borcalan X3 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmamışdır. Odur ki, kreditorun X2 vərəsəsi olan Cavabdeh qarşı irəli sürdüyü iddia tələbi əsaslı və qanunidir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, X2 vərəsəsi Cavabdeh 2543,97 manat əsas borc, 0.01 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2543,97 manat əsas və 0.04 manat faiz borcu olmaqla, cəmi 2543,98 manat (iki min beş yüz qırx üç manat doxsan səkkiz qəpik) və ödənilmiş 45.43 (qırx beş manat qırx üç qəpik) manat məbləğində dövlət rüsumu, 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-775/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-775/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver