Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7770/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Mirzəyev X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2020-ci il tarixli ilkin alğı-satı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan 2007-ci il buraxılışlı **-HK-*** dövlət nömrə nişanlı Kia Sportage markalı nəqliyyat vasitəsinin Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması, ödənişin gecikdirildiyi 2 aya görə hər gün üçün 10 manat olmaqla, 600 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. - 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. -151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin rəsmi qeydə alındığı ünvan Sumqayıt şəhəri ərazisində yerləşməsinə baxmayaraq, iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. İddiaçı iddia ərizəsini Binəqədi Rayon Məhkəməsinə təqdim etməsini tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci maddəsinin şərti ilə əsaslandırmışdır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanan 28.11.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsinin 2.8-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, ödənişlə bağlı hər hansı problem yaranarsa məhkəmə Bakı şəhəri ərazisində keçiriləcəkdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin həmin şərti iddiaçının əsaslandırması kimi geniş şərh edilə bilməz. Belə ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər arasında mübahisə Bakı İnzibati Ərazi Vahidində baxılacaqdır. Halbuki müqavilə ilə ərazi aidiyyətinin müəyyən edilməsi iddiaçının seçimi ilə müəyyən şəhər daxilində istənilən şəhər rayonu üzrə iddia verilməsini özündə ehtiva etmir. Eyni zamanda ərazi aidiyyəti dedikdə müəyyən sərhədlərlə məhdudlaşan Azərbaycan Respublikası ərazisinin bir hissəsi(rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) nəzərdə tutulur. Odur ki, iddiaçının göstərdiyi əsasla Binəqədi Rayon Məhkəməsinə müraciət etməsi əsassız olduğundan iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya hazırki iddia tələbi ilə bağlı cavabdehin rəsmi qeydiyyata alındığı ərazi üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №e-2(001)-7770/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7770/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver