Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-785/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdehtərəfindən İddiaçı İB-yə vurulmuş 1192,32 (bir min bir yüz doxsan iki manat 32 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 8,30 (səkkiz manat 30 qəpik) manat və 32,01 (otuz iki manat 01 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1232,63 (bir min iki yüz otuz iki manat 63 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq BankıAzəriqaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2017-ci il tarixində 07/11.135 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00700 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1192,32 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 8,30 (səkkiz manat 30 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1200,62 (bir min iki yüz manat 62 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, bundan əlavə abonentin artıq ödənilməyən debitor borcunun olmadığını bildirmiş və bu barədə son saldonu təqdim etmişdir.
4. Lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, nə özü, nə də ailə üzvləri qaz sayğacından kənar qanunsuz olaraq qazdan istifadə etmişdir. Evində iran peçindən və 4 göz qaz piltəsindən istifadə edir, ev 2 otaqlıdır və evdə ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər sayğacı smart tipli olmuş, lakin sonradan Azəriqaz tərəfindən mexaniki sayğacla əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. İddiaçı İB ilə Cavabdeh arasında 04.2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etməyi, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Abonentin ünvanında PQ2 və dəmir soba qaz qurğularının olduğu haqqında məlumat qeyd edilmişdir.
6. **********00700 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh Binəqədi, Sulutəpə qəsəbəsi, Motodrom ərazisi ünvanında yeləşən evinə xx.xx.2020-ci il tarixində G-4 mexaniki tipli, 40023808 nömrəli sayğac quraşdırılmışdır. Abonentin bir ədəd 4 gözlü qaz piltəsinin olduğu qeyd edilmişdir.
7. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “təbii X2nın pozulması haqqında” AKTdan görünür ki, istehlakçıya məxsus yaşayış sahəsinə xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Həmin AKT-da abonentin PQ-4, QSQ, Radiator qaz işlədicilərinin olduğu göstərilmişdir. AKT-ın abonent tərəfindən imzalanmasından imtina edildiyi barədə qeyd də öz əksini tapmışdır. Sayğacdan kənar xəttin ləğv olunması barədə eyni tarixdə AKT da tərtib edilmişdir.
8. xx.xx.2022-ci il tarixli X3 dair Tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı AKT-a əsasən abonentin qanunsuz hərəkətləri nəticəsində itirilmiş qazın həcminin 9936 kub.m olduğu barədə hesabat aparılmışdır. Hesabat qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmışdır.
9. Abonentə 2022-ci ilin mart ayında 1192.32 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Tərəflər arasında qazın alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. İddiaçı abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyini iddia edir və tələbini bununla bağlı tərtib edilmiş AKT-la və fotoşəkillə əsaslandırır. İddiaçı bundan əlavə tələbində abonentin 8.3 manat məbləğində debitor borcunun olduğunu iddia etsə də, sonuncu məhkəmə iclasında abonentin debitor borcunun artıq olmadığını təsdiq etmiş, lakin bununla bağlı tələbini azaltmamışdır.
11. Cavabdeh isə iddianı qəbul etmir və sayğacdan kənar qazdan istifadə etmədiyini bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
12. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirərək, iddiaçının tələbinin qismən əsaslı olduğu qənaətinə gəlir.
13. Belə ki, iddiaçının tələbinin hüquqi əsasını mülki hüquq pozuntusuna görə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir.
14. Bununla bağlı Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.5-ci maddəsində göstərilmişdir ki, Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
16. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun(xx.xx.2022ci il tarixdə edilmiş dəyişikliklərlə):
17. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
18. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.
19. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
22. Bundan əlavə xx.xx.2022-ci il tarixdə qaz təchizatı haqqında qanunda edilmiş dəyişikliklərdən görünür ki, dəymiş zərər hesablanarkən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; - əvvəlki dövrün orta gündəlik qaz sərfi; - istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır.
23. İşin halları ilə müəyyən edilir ki, abonentə xx.xx.2022-ci il tarixdə mexaniki tipli sayğac quraşdırılmış və qazdan istifadə ilə bağlı tərəflər arasında hesablaşmalar sayğacın göstəricisinə uyğun aparılmışdır. xx.xx.2022-ci il tarixdə birliyin nümayəndələri tərəfindən abonentin mənzilinə baxış keçirilən zaman sayğacdan kənar qazdan istifadə edildiyi aşkar edilmiş və 3 ay müddətdə birliyə 1192.32 manat zərər vurulduğu ehtimal edilmişdir.
24. Məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirak etməyərək, etsə də etirazının əsaslarına dair tutarlı dəlillər gətirmədiyini, tərtib edilən fotoşəkillərin və aktın əsassızlığına dair mövqe sərgiləmədiyini nəzərə alaraq hesab edir ki, qanunsuz qoşulma halı olmuşdur. Bununla belə tələb edilən məbləğ, yəni itirilmiş qazın həcmi barədə ehtimal yuxarıda göstərilən meyarlar baxımından qiymətləndirildikə çoxdur.
25. Belə ki, istehsalçı hesab edir ki, abonent 2022-ci ilin yanvar ayından 3 ay müddətdə qaz sayğacından kənar qazdan istifadə etmişdir. Buradan o qənaət formalaşır ki, istehsalçı abonentin 2022-ci ilin yanvarınadək və 2023-cü ilin aprel ayından ən azı 3 ay müddətdə sayğacdan kənar təbii qazdan istifadə etmədiyi ilə faktiki olaraq razılaşır. Abonentin saldosuna nəzər yetirdikdə müəyyən edilir ki, abonentin həm akta qədər, həm də aktdan sonra qaz sərfiyyatı aylıq 30 kub.m dən çox deyildir.
26. Məhkəmə məhkəmə mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olması prinsipindən yanaşaraq hesab edir ki, abonentdən itirilmiş qazın həcmi qismində aylıq 30 kub.m qaz sərfiyyatına görə 3 aylıq məbləğin tutulması ağlabatandır. Çünki abonentin 2023-cü ilin yanvar, fevral, mart ayında istifadə etdiyi qazın həcmi 90 kubdan artıq deyildir və bu fakt dəymiş zərər hesablanarkən meyar kimi qiymətləndirilməlidir.
27. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, qanunsuz qoşulma ilə bağlı 90 kub.m itirilmiş qazın həcminə görə abonentdən 10.8(90X0.12) manat tutulmalıdır.
28. Bundan əlavə məhkəmə abonentin debitor borcu olmadığını və bu faktı iddiaçının nümayəndəsinin də qəbul etdiyini nəzərə alaraq, iddianı cavabdehdən debitor borcuna görə 8.3 manat vəsaitin tutulması hissəsində əsassız hesab edir. Tətbiq edilən prosessual normalar:
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh itirilmiş qazın dəyəri qismində 10.8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
34. Həmçinin iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh itirilmiş qazın dəyəri qismində 10.8(on manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev