Məhkəmə qərarları › İş №e-2(001)-805/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-805/2025

05.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-805/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 49,20 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 179,60 manat məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 və TR 066 saylı teleradio yayımı üçün lisenziya alınmışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Binəqədi rayonu ərazisində bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan yaxud da müqavilə münasibətlərinə son qoyduqdan sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş 78 saylı MKİS tərəfindən verilmiş Arayışdan görünür ki, cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 44 saylı evin, 20 saylı mənzilinin 2015-2016-cı illərdə sahibidir. İddia ərizəsinə əlavə edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-33835/2024 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 44 saylı evin, 20 saylı mənzili xx.xx.2009-cu ildən cavabdehon adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Tərəfimizdən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli Arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış Aysu Bayramova ilə İddiaçı MMC arasındaxx.xx.2011-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üç gün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixdə 21 manat borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdə “Ədalət-A” hüquq firmasının, “K@TV1” kabel televiziyasının əməkdaşları və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 5039 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Tərtib edilmiş aktdan görünür ki, akt tərtib edilən zaman özünü mənzil sahibi kimi təqdim edən Nəsimi Tağıyev adlı şəxsin iştirakı ilə mənzilə baxış keçirilmiş və mənzildə kabel televiziyasından istifadə edilməsi halı müəyyən edilmişdir. Eyni zamanda qeyd edirk ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Beləliklə tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus mənzil “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmuş və həmin qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin şəbəkədən ayrıldığı xx.xx.2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 151 gün, təşkil edir. Qeyd edilən 151 günün 21 günü hər gün üçün 30 qəpik (6 manat 30 qəpik), 130 günü isə 33 qəpik (42.90 manat) olmaqla 49.20 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında 100 (yüz) manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, məktub qəbul edilsə də heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianı müdafiə etdi və təmin olunmasını xahiş etdi. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəməyə electron informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq tələbi müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə bildiriş göndərilməsinə baxmayaraq, zərf “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Ədalət-A” hüquq firması ilə İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08 yanvar 2016-cı il tarixli, 5039 N saylı aktdan görünür ki, İddiaçı MMC-yə hüquqi xidmət göstərən “Ədalət-A” hüquq firmasının, “KATV” kabel televiziyasının əməkdaşları və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssislərinin, özünü mənzilin sahibi kimi təqdim etmiş Nəsimi Tağıyevin iştirakı ilə binaya baxış keçirilən zaman şəbəkəyə qanunsuz qoşulma aşkar edilmişdir. 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 44 saylı evin 20 saylı mənzilində yaşayan Bayramova Aysu arasında bağlanmış KATV1 Kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2011-ci il tarixdə bu ünvan KATV1 Kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2015-ci il tarixinədək isə son odəməsini edib, xx.xx.2015-ci il tarixində 21 manat borc ilə şəbəkədən ayrılmışdır. 29 mart 2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə “Ədalət-A” hüquq firması arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 sayl Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 44 saylı evin 20 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. 78 saylı MKİS rəisi tərəfindən verilən arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 44 saylı evin 20 saylı mənzilin avqust 2015-fevral 2016-ci illərdə sahibi Cavabdeh olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının “Telekommunikasiya haqqında” Qanununun 35.3-cü maddəsinə əsasən, Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 227 saylı “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi və əsaslandığı hallar İddia ərizəsində cavabdehin iddiaçı ilə bağlanmış müqavilə əsasında kabel televiziyasının şəbəkəsinə qoşulması qeyd olunsa da, buna dair hər hansı müqavilə iş materiallarına əlavə edilməmiş, xx.xx.2022-ci il tarixli arayışda isə ünvan üzrə müqavilənin Bayramova Aysu ilə İddiaçı MMC arasında bağlanması qeyd olunmuşdur. iddiaçı ilə televiziya xidmətlərinin göstərilməsinə dair xx.xx.2011-ci il tarixli müqavilənin cavabdeh arasında deyil, digər şəxs arasında bağlanması, qeyri-qanuni qoşulma halının baş verdiyi təqdirdə belə, vurulmuş zərərə görə cavabdehin təqsirli olmasına əsas vermir. Bundan əlavə tərəf cavabdeh tərəfindən edilən son ödəmə və qalıq borcu barədə məlumatı ərizəsində qeyd etsə də, göstərilən halları təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia edilən kimi - qanunsuz qoşulma hallarına dair təqdim edilmiş ünvan üzrə mənzildə kabel televiziyası xidmətlərin göstərilməsinə dair arayış, habelə qanunsuz qoşulmanın aşkar edilməsinə dair Akt iddiaçının özü və ona hüquq xidməti göstərən şirkətin əməkdaşları tərəfindən tərtib olunmuş sənədlərdir. Başqa sözlə, binaya kabel televiziyası xidmətinin göstərilməsini təsdiqləyən aidiyyəti dövlət orqanının məlumatı təqdim olunmamış və ya qanunsuz qoşulmanın aşkar edilməsinə dair aktın tərtib olunmasında mənzil kommunal istismar sahəsinin əməkdaşının, binanın komendantının və ya hal şahidi kimi qonşuların iştirakı təmin edilməmişdir. Yəni, həmin sənədlərdə əks olunmuş məlumatlar qeyd edilən tərəfsiz qurumlar və ya şəxslər tərəfindən təsdiqlənmədiyi üçün onlar mötəbər (həqiqətə uyğun) sübut sayıla bilməz. Belə olan halda, iddiaçının istinad etdiyi sənədlər cavabdehin qeyri-hüquqi əməl törətməsini təsdiqləyən mötəbər sübut kimi qəbul edilmir. Digər tərəfdən, cavabdeh qanunsuz olaraq şəbəkəyə qoşulmuş olsa belə, bu qoşulmanın sonuncu yoxlama tarixindən sonrakı gündən həyata keçirilməsi ilə bağlı heç bir sübut mövcud deyildir. İddiaçı vurulmuş ziyanın əvəzi kimi 49,20 manat tələbini mənzilə sonuncu baxış keçirildiyi xx.xx.2015-ci il tarixdən aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixədək olan müddət üzrə hesablamaqla müəyyənləşdirmişdir ki, məhkəmənin qənaətinə görə bu cür hesablama əsaslı qəbul edilə bilməz. Həmçinin iddiaçının irəli sürmüş olduğu əsas tələbin rədd edilməsi, özü özlüyündə onun hüquqi xidmətlərin göstərilməsi və əlavə çəkilən xərclərin tələbinə münasibətdə də təmin edilməməsi üçün əsasdır. Məhkəmə xatırladır ki, hazırki baxılan iş üzrə iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1- ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar