Məhkəmə qərarları › İş №e-2(001)-809/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-809/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-809/2024 23.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli 1xx/xx/135422/15 saylı kredit müqaviləsi üzrə 548,84 manat məbləğində əsas borc, 275,65 manat məbləğində cərimə borcu, 182,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 1007,37 manat məbləğində pulun, 30,08 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh) arasında 26 noyabr 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/135422/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 27 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 26 noyabr 2015-ci il tarixli 1xx/xx/135422/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Borclular öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin xx.xx.2023-cü il tarixinə Banka 548,84 manat məbləğində əsas borc, 275,65 manat məbləğində cərimə borcu, 182,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 1007,37 manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.1.6-cı bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır.Cavabdeh2 kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-9255/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar geri qaytarılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, mübahisənin cavabdehlərlə aralarında barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən cavabdehlərlə aralarında barışıq sazişi imzalanmışdır. Odur ki, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər barışıq sazişinin şərtlərinin və nəticəsinin onlara aydın olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdiklərini bildirdilər. Eyni zamanda ilk ödəniş olaraq 125 manat və birinci aylığın pulunu artıq ödədiklərini məhkəmənin nəzərinə çatdırdılar. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bir tərəfdən ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 şəxsində, (bundan sonra "İddiaçı" adlanacaq); Digər tərəfdən Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: AZE ********) və Cavabdeh1 (şəxsiyyət vəsiqəsi: AZE ********) (bundan sonra "Cavabdehlər" adlanacaq) İddiaçı və Cavabdehlər (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti İddiaçı QSC "Bank Standard" KB ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli, 1xx/xx/135422/15 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdehlərin 26 noyabr 2015-ci il tarixli, 1xx/xx/135422/15 saylı kredit müqaviləsi üzrə 548,84 manat məbləğində əsas borc, 275,65 manat məbləğində cərimə borcu, 182,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1007,37 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdehlər tərəfindən ümumilikdə 825 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişinn 2.2-ci bəndində göstərilən 825 manat məbləğində olan borcdan 125 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 700 manat hissəsini 14 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 50 manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdehlər tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 1007.37 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tələb ediləcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabehdehlər tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

3. Sazişin qüvvədə olma müddəti 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.

4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir.

5. Yekun müddəalar 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli iddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X3 şəxsində, (bundan sonra "İddiaçı" adlanacaq); Digər tərəfdən Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: AZE ********) və Cavabdeh1 (şəxsiyyət vəsiqəsi: AZE ********) (bundan sonra "Cavabdehlər" adlanacaq) İddiaçı və Cavabdehlər (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti İddiaçı QSC "Bank Standard" KB ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 26 noyabr 2015-ci il tarixli, 1xx/xx/135422/15 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdehlərin 26 noyabr 2015-ci il tarixli, 1xx/xx/135422/15 saylı kredit müqaviləsi üzrə 548,84 manat məbləğində əsas borc, 275,65 manat məbləğində cərimə borcu, 182,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1007,37 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdehlər tərəfindən ümumilikdə 825 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişinn 2.2-ci bəndində göstərilən 825 manat məbləğində olan borcdan 125 manat hissəsini ilkin ödəniş kimi ödənilməsini, yerdə qalan 700 manat hissəsini 14 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 50 manat ödənilməsi öhdəliyini Cavabdehlər öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdehlər tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 1007.37 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tələb ediləcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabehdehlər tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO QSC "Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

3. Sazişin qüvvədə olma müddəti 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.

4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir.

5. Yekun müddəalar 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. İddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,08 (otuz manat, səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" X2 Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar