Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-8317/2025 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5900 AZN əsas, 275.53 AZN faiz borcu olmaqla, cəmi 6175.53 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 81.76 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq cavabdehə 35 ay müdddətinə, illik 27.6% olmaqla, 5900 manat məbləğində kredit xətti açılmışdır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 25 dekabr 2025, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 5900 AZN əsas, 275,53 AZN faiz, 0 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6175,53 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək həqiqətən də iddiaçı bankdan kredit götürdüyünü, lakin işləmədiyini və borcu ödəməyə imkanının olmadığını qeyd etmişdir. Gələcəkdə imkanı olduqca hissələrlə ödəməyə çalışacağını, lakin hazırda həmin pulu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli ərizə-anketə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh 35 ay müddətinə illik 27.60% ödəmək şərti ilə 5900 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə 5900 manat əsas, 275.53 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 6175.53 manat borcu mövcuddur. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə 5900 manat əsas, 665.97 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 6565.97 manat borcun olması barədə məlumatlandırmış, borcun tam olaraq 5 iş günü müddətində ödənilməsi təklif olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə işin faktiki halları ilə cavabdehin kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərilmiş, lakin hazırda iddiaçı bildirişdə ödənilməsini tələb etdiyi məbləğdən daha az tələb irəli sürdüyündən məhkəmə irəli sürülən tələb daxilində iddianın təmin olunmalı, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, mövcud borcunu, 5900 manat əsas, 275.53 manat faiz borcu məbləğində pulu "xxxx" Kommersiya Bankı ASC-yə verməlidir. Hazırki halda isə məhkəmə bununla əlaqədar qətnamənin icrasının hissə-hissə ödənilməsinə dair səbəbləri göstərilməklə, məbləğləri, qrafiki və sair ilə əlaqədar məlumatları özündə əks etdirən heç bir rəsmi müraciətin olmamasını nəzərə alıb bu hissədə qətnamənin icra qaydasının fərqli məzmunda müəyyən edilməsinə hazırki zamanda zərurət olmadığını hesab edir və cavabdehin hazırda borcunu tam şəkildə ödəmək imkanında olmaması və gələcəkdə maddi imkanı olduqca aylıq hissə-hissə ödəcəyinə dair bildirdiklərinə məhkəmə ona qətnamənin hissə-hissə icrası və ya icraya möhlət verilməsi ilə əlaqədar qanunla nəzərdə tutulmuş qaydada müraciətlər edə biləcəyinə dair hüquqlarının olmasını da xatırladır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 81.76 manat məbləğində pul ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5900 AZN əsas, 275.53 AZN faiz borcu olmaqla, cəmi 6175.53 AZN borc vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 81.76 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(001)-8317/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-8317/2025
16.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver