Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-883/2024 13.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 27 oktyabr 2014-ci il tarixli 1xx/xx/125302/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 307.75 manat məbləğində əsas borcun, 186.90 manat məbləğində faiz borcunun, 239.87 manat məbləğində cərimə borcunun, 92.60 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, ümumilikdə 827.12 manat məbləğində pulun və 30 manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 tərəflər arasında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş barışıq sazişinin şərtləri ilə tanış olduğunu və həmin sazişin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 262-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında 11 yanvar 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Maddə 2.Sazişin şərtləri: 2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin 28 dekabr 2013-cü il tarixli, 1xx/xx/54215/13 saylı kredit müqaviləsi üzrə 307.75 (üç yüz yeddi manat, 75 qəpik) manat məbləğində əsas borc, 186.90 (bir yüz səksən altı manat, 90 qəpik) manat məbləğində faiz borcu, 239.87 (iki yüz otuz doqquz manat, 87 qəpik) manat məbləğində cərimə borcu, 92.60 (doxsan iki manat, 60 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 827.12 (səkkiz yüz iyirmi yeddi manat, 12 qəpik) manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən ümumilikdə 400 (dörd yüz) manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə güzəşt tətbiq edilir. 2.3. Bu Sazişin 2.2-ci bəndində göstərilən 400 (dörd yüz) manat məbləğini 8 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən hər ay 50 (əlli) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.4. İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 827.12 (səkkiz yüz iyirmi yeddi manat, 12 qəpik) manat məbləğində borc cavabdehdən tələb ediləcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. Maddə 3.Sazişin qüvvədə olma müddəti: 3.1. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir. 3.3. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır. Maddə 4. Sazişə dəyişikliklər və əlavələr edilməsi qaydası: 4.1. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. Maddə 5.Yekun müddəalar: 5.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu sazişlə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-883/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-883/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver