Məhkəmə qərarları › İş №e-2(001)-887/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-887/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-887/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı krediti müqaviləsinə əsasən, cavabdehə illik 11% hesablanması şərti ilə 59 ay müddətinə 9409,86 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliyini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 9409,86 manat məbləğində əsas borcu, 238,22 manat məbləğində faiz üzrə borcu, 35,40 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 9683,48 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank borcluya dəfələrlə xəbərdarlıq etmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəməyə müraciət edildikdən sonra cavabdeh borcundan ödəniş etmişdir. Ona görə də Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı krediti müqaviləsinə əsasən, əsas borca görə 9409,86 manat, cəriməyə görə 35,40 manat olmaqla cəmi 9445,26 manat borcun, 116,83 manat dövlət rüsumunun Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, bankla bağladığı xx.xx.2023-cü il tarixdə kredit müqaviləsinə əsasən, illik 11% ödəmək 59 ay müddətinə qaytarmaq şərti ilə 9409,86 manat borc götürmüş, işdən çıxdığından bir müddət ödənişləri apara bilməmiş, lakin oktyabr-noyabr aylarında ödəniş etsə də, bank onu məhkəməyə vermişdir. Hazırda banka iddia ərizəsini geri götürməyi təklif edir. Banka olan borcunu mart ayından ödəməyə başlayacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı kredit borcunun restrukturizasiyasına dair müqavilənin surətindən müəyyən olunur ki, bank borcalana 59 ay müddətinə qaytarmaq, illik 11% ödəmək şərti ilə 9409,86 manat məbləğində istehlak krediti verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1.1-ci bəndindən müəyyən olunur ki, hazırkı müqavilədə nəzərdə tutulan hallarda və qaydada müqavilənin ləğv edilməsi və kreditin dərhal geri qaytarılmasını tələb etmək bankın hüququdur. Müqavilənin 6.1.3-cü bəndindən müəyyən olunur ki, ödəniş cəvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank hazırkı müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və ya birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Müqavilənin 9.2-ci bəndindən müəyyən olunur ki, hazırkı müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 manat üçün 0,05 manat məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək olan dövr ərzində əsas borca görə 9409,86 manat, faiz borcuna görə 3237,62 manat olmaqla cəmi 12647,48 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli 5933P saylı pretenziyadan müəyyən olunur ki, bank borcalanı xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı nağd kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 9409,86 manat, faiz borcuna görə 238,22 manat, cəriməyə görə 35,40 manat olmaqla cəmi 9683,48 manat borcu vardır və borcalan müqavilə üzrə öhdəliyini xx.xx.2023-cü il tarixdən icra etmir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı nağd kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 9409,86 manat, cəriməyə görə 35,40 manat olmaqla cəmi 9445,26 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı Cavabdeh xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı nağd kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində iddiaçıya əsas borca görə 9409,86 manat, cəriməyə görə 35,40 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır ona görə də təmin edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 345544-CNS-46477 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9409,86 manat, cəriməyə görə 35,40 manat, dövlət rüsumuna görə 116,83 manat olmaqla cəmi 9562,09 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar